Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

CƏBHƏDƏ GƏRGİNLİK: 1 düşmən əsgəri öldü, 1-i yaralandı

Qondarma “DQR”-in “müdafiə nazirliyi” bu gün günorta saatlarında təmas xəttinin cənub-şərq istiqamətində (Xocavənd) bir erməni əsgərinin öldürüldüyü haqda məlumat yayıb.

Xeberinfo.com:   Məlumata əsasən hərbi qulluqçu Arsen Arakelyan “Azərbaycan qoşunlarının mövqelərindən açılan atəş nəticəsində” həlak olub.

Bundan əvvəl qondarma rejimin “müdafiə nazirliyi” Azərbaycan tərəfinin açdığı atəşlə müqavilə əsasında xidmət keçən hərbçi Mqer Çiloyanın yaralandığını açıqlamışdı.Azərbaycan Müdafiə Nazirliyi erməni əsgərin yaralanmasında iştirakının olduğunu təkzib edib.

Xatırladaq ki, prezidentlərin may ayında Vyanada keçirilən görüşü ərəfəsindən etibarən təmas xəttində əsasən sakitlik hökm sürürdü və atəşkəsin pozulması halları kəskin azalmışdı. Lakin iyulun ortalarından etibarən Ermənistan silahlı qüvvələri yenidən təmas xəttində təxribat xarakterli addımlar atmağa başlayıb. Əvvəlcə Qazax istiqamətində bir əsgərimiz, daha sonra Ağdam istiqamətində zabitimiz düşmən snayperi ilə vurulub. Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, təmas xəttində vəziyyətin yenidən gərginləşməsinə görə məsuliyyət Ermənistan hakimiyyətinin üzərinə düşəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam