Redaktor seçimi
Abdin Fərzəliyev Abşeronu belə NURLANdırır– 
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
Günün xəbəri

Azərbaycan nümayəndəsi ATƏT-in tədbirində Ermənistan təmsilçisinin əsassız iddialarına cavab verib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin müşaviri Aytən Qəhrəman ATƏT-in Polşa sədrliyinin təşkilatçılığı ilə Varşavada keçirilən İnsan ölçüsü üzrə konfransda Ermənistan təmsilçisinin əsassız iddialarına tutarlı cavab verib.

Yenixeber.org: Mərkəzdən bildirilib ki, o, konfrans çərçivəsində tolerantlıq, milli azlıqlara mənsub şəxslərin hüquqları, başqa dövlətlərin vətəndaşları ilə rəftar və miqrantların insan hüquqları mövzusuna həsr edilən V plenar sessiyasında Azərbaycanı təmsil edib.

A.Qəhrəman söyləyib ki, nifrət və dözümsüzlüklə bağlı ciddi problemlərin aradan qaldırılmasının açarı bütün iştirakçı dövlətlər tərəfindən beynəlxalq hüquqa, ATƏT-in prinsiplərinə və öhdəliklərinə ciddi riayət etməklə müəyyən olunur:

"Bu kontekstdə Azərbaycan multikulturalizm, xüsusən də mədəniyyətlərarası və dinlərarası dialoq vasitəsilə tolerantlığın və ayrı-seçkiliyin qarşısının alınmasına verdiyi töhfə ilə tanınır. Azərbaycan hesab edir ki, mədəniyyətlər arasında bağlar axtarmaq və körpülər qurmaqla paralel olaraq, mədəni müxtəlifliyin təşviqi və qorunması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və bununla bağlı dözümsüzlüklə mübarizədə, eləcə də bəşəriyyətin birləşməsində multikulturalizmin təşviqi neqativ meyillərə qarşı mübarizədə mühüm töhfə verə bilər".

Müşavir həm də Ermənistan QHT-nümayəndəsinin Azərbaycanın ünvanına səsləndirdiyi bütün əsassız ittihamları rədd edib: "Azərbaycanı beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliyi pozmaqda ittiham etməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin bu gün də davamlı olaraq törətdiyi hərbi cinayətləri dayandırsın. Ermənistan Azərbaycanın torpaqlarını işğal etdiyi müddətdə bu ərazilərin tarixi-mədəni xüsusiyyətlərini dəyişdirmək və saxtalaşdırmaq üçün ardıcıl tədbirlər həyata keçirib və nəticədə Azərbaycanın tarix və mədəniyyət abidələri məhv edilib, ibadət yerləri təhqirlərə məruz qalıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam