Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Ermənistana ağrılı yay dərsi və son möhlət:“Uzağı, noyabrın 10-dək...”

 

“Qisas” əməliyyatının davamı qaçılmaz olacaq, əgər...; daha bir dərsi Rusiya götürməlidir, çünki...

Yenixeber.org: Qarabağda erməni təxribatlarının nəticəsi olaraq separatçı ünsürlər layiqli cavablarını aldılar. Şəhidimiz torpağa tapşırılan gündəcə “Qisas” əməliyyatı ilə qisası birə-beş alındı. Azərbaycan dövləti, onun Prezidenti bir daha həm Ermənistana, həm də onun havadarlarına öz qətiyyətini nümayiş etdirdi, sözünün ağası olduğunu göstərdi, xəbərdarlıqlarının boşuna olmadığnı təsdiqlədi.

Qalır, yüz bəhanə ilə sülh anlaşmasını gecikdirən İrəvanın son olaylardan düzgün dərs götürməsi. Bu dərs isə ilk növbədə ondan ibarət olmalıdır ki, kapitulyant tərəfin günahı ucbatından davam edən qeyri-müəyyənliyin altını ən çox elə onun özü çəkəcək, erməni xalqı yeni-yeni bəlalara tuş gələcək, acınacaqlı durumdan çıxa bilməyəcək...

*****

3 avqustdakı bir günlük müharibə həm də Qarabağda qanunsuz silahlı dəstələtin mövcudluğunu qabarıq şəkildə ortaya qoydu. Məlum oldu ki, 44 günlük müharibədən sonra separatçı-quldurlar özlərinə əməlli-başlı postlar qurub, ərazimizə ağır hərbi texnika, hətta döyüş sistemləri gətiriblər. Bu da əlbəttə ki, Rusiya “sülhməramlı” kontingentin rəhbərliyinin izni olmadan mümkünsüzdür. Demək, Bakının Moskvaya da sərt irad bildirməyə tam haqqı var.

Yəni daha bir dərsi sözsüz ki, Rusiya götürməlidir. Hər halda, “sülhməramlılar”ın separatçılara münasibətdə hərbçimizin şəhid olmasına gətirən loyal davranışı nəinki 10 noyabr kapitulyasiya aktının 4-cü bəndinə (“Rusiya sülhməramlı kontingenti erməni hərbi birləşmələrinin çıxarılması ilə paralel yerləşdirilir”), eləcə də 22 fevral 2022-ci il tarixli Moskva bəyannaməsinə daban-dabana ziddir. Bəyannamənin üçcə bəndini burada yada salmaq kifayətdir:

Bənd 1: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik  qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə » Azərbaycan Prezidentinin Rəsmi  internet səhifəsi

Bənd 11: “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində təşkilatların və şəxslərin digər Tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş fəaliyyətinin qarşısını qətiyyətli surətdə alırlar”.

Bənd 18: “Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, transmilli mütəşəkkil cinayətkarlığa, silahların, narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətlərə, eləcə də digər yeni təhlükəsizlik çağırışlarına qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər”.

*****

Bu arada 3 avqust insidentinə “yetərli beynəlxalq reaksiya” olmamadığına görə Ermənistanda az qala, şok yaşanır. Bu dəfə doğrudan da nə ABŞ və Avropa Birliyi (Fransa), ATƏT, nə də Rusiya tərəfindən İrəvanın gözlədiyi bəyanatlar səslənmədi. Yalnız ümumi, sönük ifadələr. Halbuki Fərrux kəndi ətrafındakı məlum hadisələrdə belə olmamışdı. Ermənilərin ağzında əməllicə “şirə” qalmışdı. ATƏT-in üzdəniraq Minsk Qrupunun isə ümumiyyətlə səsi çıxmadı ki, bu da hələ də MQ xəyalı ilə yaşayan İrəvana güclü ayıldıcı siqnaldır.

Aİ-Azərbaycan sazişi bir daha gündəmdə - Almaniyanın dönüklüyü...

Bəzi erməni şərhçilər olaya Qərbdən zəif reaksiyanı ən əvvəl Azərbaycanın Avropa üçün artan energetik, tranzit rolu ilə əlaqləndirib. Ola bilər. Ancaq Rusiyanın da zəif reaksiyası göstərdi ki, artıq ermənilər yerə-göyə sığmayan iddia və ədaları ilə, sırtıqlıqları ilə hamını bezdirblər.

İkinci yandan, ruslar separatçıları necə açıq müdafiə edə bilər ki, əgər Qarabağda, onların müvəqqəti məsuliyyət zonasında hələ də qanunsuz silahlılar qalır?! Bu, Azərbaycana meydan oxumaq deyilmi? Bir suveren dövlətin ərazisində iki legitim ordunun mövcudluğu mümkünmü?

*****

“10 noyabr 2022-ci ilə qədər Ermənistanın bütün qanunsuz silahlı birləşmələri və Ermənistan ordusunun bölmələri tam tərkibdə Azərbaycanın Qarabağ bölgəsini tərk etməlidir”.

Bunu Rusiyanın tanınmış hərbi eksperti, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko sosial şəbəkə hesabında yazıb.

Korotçenko haqlı olaraq qeyd edib ki, erməni qanunsuz silahlı birləşmələrinin Qarabağda qalması daima qeyri-stabillik, provokasiya və diversiya mənbəyidir: “Bu haqda ilk dəfə deyil ki, danışıram. Bu qeyri-qanuni silahlı birləşmələr Nikol Paşinyanın imzası olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda onların çıxarılması ilə bağlı açıq şəkildə nəzərdə tutulan öhdəliklərə zidd olaraq separatçıların nəzarətində olan ərazidə qalır. Bundan başqa, bir qədər əvvəl rəsmi İrəvan da etiraf etdi ki, qeyri-qanuni silahlı birləşmələrlə yanaşı, Qarabağdakı separatçı rejimi Ermənistan silahlı qüvvələrinin şəxsi heyəti də müdafiə edir - bununla da Azərbaycan ərazisində erməni işğalçı kontingentinin olması rəsmən təsdiqlənir - yenə də Paşinyan üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri pozur. Erməni silahlılarının növbəti təxribatı Azərbaycan Ordusunun əsgərinin ölümü ilə nəticələndi. Azərbaycan Müdafiə Nazirliyinin buna cavabı tamamilə qanunauyğun oldu - qisas qərarı verildi”.

İqor Korotçenko

Analitikin sözlərinə görə, indi də erməni separatçıların bəzi nümayəndələri “sülhməramlılar” adı altında regiona ABŞ və Fransa hərbi kontingentlərinin yeridilməsinə çağırışlar edirlər. “Təbii ki, Rusiya və Azərbaycan buna imkan verməyəcək. 27 sentyabrda 2-ci Qarabağ müharibəsinin başlamasının ikinci ildönümü olacaq. Bu tarix Ermənistanın qeyri-qanuni silahlı birləşmələrinin və Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın Qarabağ bölgəsindən praktiki olaraq çıxarılmasının başlanması ilə əlamətdar olmalıdır - elə bir hesablama ilə və elə templə ki, 2022-ci il noyabrın 10-dək orada onlardan heç kim qalmasın. Bu, çoxdan gözlənilən və davamlı sülhün, nəhayət, regiona gəlməsi üçün əsas şərtdir”, - deyə o əlavə edib.

Bu, Ermənistan üçün faktiki son möhlətdir... “Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam