Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Kiyev döyüşür, azərbaycanlılara qarşı sevgi ağlasığmaz dərəcədə artıb...

                               “Azərbaycan səfirliyi ən vicdansız hərəkəti edib”

Yenixeber.org: Putinin Ukraynaya hücumunun ilk günündən etibarən 2014-cü ildən Kiyevdə yaşayan biznesmen Əli Quliyev hər gün Meta-da müharibə aparan ölkədən öz hazırladığı məlumatları yerləşdirir. Onun göndərdiyi məlumatlar Moskvanın rəsmi mənbələrinin xəbərlərindən tamamilə fərqlidir. Quliyev Rusiya qoşunlarının hər gün canlı qüvvə və texnika itkisi verdiyi barədə məlumat paylaşır, ukraynalıların qəhrəmanlıqlarından danışır.

Son bir neçə gündür o, dünyanı Putini Ukraynanın Mariupol və Volnovaxa şəhərlərinin mühasirəsinə son qoymağa məcbur etməyə çağırır. Bu şəhərlərdə yaşlılar, qadınlar və uşaqlar aclıqdan, soyuqdan, bombardmanlardan ölür. Kreml isə “Mariupolluların mühasirədən çıxmasına imkan verməyən milliyyətçilər” haqqında yalanlar yayır, 30 ildir ermənilər guya Qarabağın Xocalı şəhərinin yüzlərlə sakinini qəsdən öldürmüş azərbaycanlılar haqqında yalan danışdığı kimi.

Martın 13-də Kiyevdə sirenlər çalarkən Əli Quliyevə suallarımızı cavablandırmaq xahişi yer alan məktub daxil olub. O, sığınacağa qaçmamaq, mənzilində qalıb suallarımızı cavablandırmaq qərarına gəlib.

- Şəhərdə çox kiyevli qalıb? İnsanlar nə yeyirlər, kommunal xidmətlər necə işləyir?

- Dəqiq rəqəmləri bilmirəm, amma evlərdə, sığınacaqlarda, metropolitendə Ukrayna paytaxtında qalan çox sayda kiyevlini görmək olur. Müharibə başladıqda əvvəlcə gündə 3-4 dəfə siren çalırdı. İndi ən az gündə 15-20 dəfə, xüsusən də gecələr. İnsanlar müharibəyə öyrəşiblər, beş sirendən dördünə məhəl qoymurlar, evlərini tərk etmirlər. Xüsusən də gündüzləri. Ərzaqla, dərmanlarla təchizat müharibədən əvvəlki dövrdə olduğu kimidir. İlk günlər isti su verilməsində fasilələr olurdu, bu problem aradan qaldırılıb. Kommunal xidmətlər düzgün işləyir. Hər gün ölkəyə hər tərəfdən yüz tonlarla müxtəlif yük, humanitar yardım daxil olur. Qiymətlər artır, amma kritik dərəcədə deyil, belə ki, ərzaq yardım xətti ilə, yəni pulsuz daxil olur.

- Müxtəlif mənbələr Kiyevdə talanlar, qətllər haqqında məlumat yayırlar. Ukrayna əsgərlərinin əsgərlərə ərzaq paylamaqdan qayıdan azərbaycanlı biznesmenə atəş açdığını yazırdılar. Azərbaycan vətəndaşı öldürülüb. Bu, doğrudur?

- Belə şaiyələr əsasən yalandır. Şəhərdə talan yoxdur, xaos yoxdur, ən azından, mən müşahidə etmirəm. Dostlarım – azərbaycanlı və ukraynalı dostlarım da belə düşünürlər. Azərbaycan vətəndaşının öldürüldüyünü eşitməmişəm.

- Kiyev hücumu dəf etməyə hazırdır?

- Şəhərdə əsas prospektlərdə və küçələrdə barrikadalar qurulub. Sakinlər hərbi dövr qanununa uyğun olaraq ciddi nizam-intizama riayət edirlər. Könüllülər hərbiçilərə kömək edir. Ərazi müdafiə qüvvələrinin xidməti tərifəlayiqdir. Qərbin silah dəstəyi böyükdür. Rusların bu bataqlıqdan necə çıxacağını təsəvvür etmək çətindir. Məncə, rus qoşunları Kiyevə daxil olsa, burada ətrafda minlərlə cəsəd olacaq.

- Prezident Zelenski deyir ki, RF ilə Ukraynanın bitərəf statusunu müzakirə etməyə hazırdır. Kiyevlilər NATO-ya daxil olmaq istəyi haqqında nə danışırlar?

- Prezident Vladimir Zelenski ukraynalıların ən az 95%-i tərəfindən dəstəklənir, o, bütün xalqın adından çıxış edir. Ukraynanın NATO-ya üzvlüyü ideyası əvvəlki qədər məşhur deyil.

- Ukraynalıların Azərbaycana, azərbaycanlılara, Türkiyəyə münasibəti necədir?

- Azərbaycanlıları burada əvvəl də sevirdilər, indi bu münasibət ağlasığmaz dərəcədə artıb. Ukraynalılar xalqın, dövlətin Ukraynaya dəstəyindən, xüsusən dövlət xidmətlərinin avtomobillərini benzinlə pulsuz təmin edən SOCAR-ın yardımından xəbərdardırlar.

Türkiyəyə qarşı da ukraynalıların dərin hörməti var. Türkiyədən buraya hər gün onlarla ton yük gəlir. Amma, ən əsası, əlbəttə ki, “Bayraktar”lardır, ukraynalılar bu silah üçün Türkiyəyə həddindən artıq minnətdardırlar. Dronlar əfsanalər yaradır.

Mən Ukraynada döyüşən azərbaycanlılardan ibarət bir neçə qrupun qəhrəmanlığı ilə fəxr edirəm. Onlar Ukrayna sakinləri və bu ölkənin vətəndaşlarıdır.

- Necə düşünürsünüz, müharibədən sonra Ukrayna və Rusiya xalqları arasında münasibətlər necə olacaq? Xalqların bu müharibəni unutması üçün neçə il lazım olacaq?

- Rusiyanın vurduğu ziyan Almaniya ilə İkinci Dünya müharibəsinin nəticələrindən daha dəhşətlidir. Bu hadisələrin izi ukraynalıların yaddaşında əbədi qalacaq. Burada hamı ruslardan nifrət edir. Deyirlər ki, çoxsaylı itkilərə baxmayaraq, Rusiya vətəndaşları Putini dəstəkləməyə davam edirlər, buna görə də Rusiyadakı şovinizm bütün ukraynalılarda nifrət hissi yaradır.

- Azərbaycanlılar Ukrayna üçün başqa nə edə bilər?

- Ukraynaya humanitar və mənəvi yardımı davam etdirmək lazımdır. Amma Bakıda RF səfirliyi qarşısında etiraz nümayişləri keçirilsə daha yaxşı olar. Azərbaycanın Rusiyanın Ukraynaya qarşı müharibəsinə mövqeyini bütün dünyanın bilməsi vacibdir.

- Azərbaycan diasporunun və Ukraynadakı AR səfirliyinin işi haqqında nə deyə bilərsiniz?

- Azərbaycan səfirliyi, başda səfir Elmira Axundova olmaqla, müharibənin ilk günlərindəcə Ukraynanı tələsik tərk etməklə və azərbaycanlıları konsulluq dəstəyindən məhrum qoymaqla ən vicdansız hərəkəti edib. Bu biabırçı hadisə haqqında Türkiyə KİV-ləri məlumat yayıb. Ukraynanı tərk edən azərbaycanlılar bir neçə gün Macarıstanda, Polşada, Slovakiyada qalıblar. Başa düşürəm, hamını birdən çıxarmaq çətindir. Amma Azərbaycan diplomatları çətin vəziyyətə düşən ölkə vətəndaşlarının yanında olmalıdır. Sadalanan ölkələrin hökumətləri bizim insanlarımıza isti münasibət göstərməsəydi, onlar çətin vəziyyətə düşərdi.

Diasporda isə bir-iki vicdanlı şəxsi çıxmaqla, digərləri faydalı heç nə etməyib. Buradakı azərbaycanlıların ukraynalılara kömək etdiyi hallar var. Pulla kömək edirlər, insanları könüllü şəkildə öz avtomobilləri ilə daşıyırlar.

- Bəs sizin ailəniz necə? Siz niyə ölkədən çıxmadınız?

- Ailəm Bakıda yaşayır.

Mən Ukraynanın çətin günlərində ölkəni tərk etməməli olduğuma qərar verdim və hərbi çətinlikləri ukraynalılarla bölüşmək üçün Kiyevdə qaldım.

Ukraynalılar təcavüzkarla çətin mübarizə yolunu seçiblər. Bu zaman tezliklə sülh olmasını istəyirlər, çünki uşaqlar, dinc insanlar ölür, əziyyət çəkir. Rusiya Ukraynanın şəhərlərini dağıdır. Amma ölkə sakinlərinin əksəriyyəti, onlar üçün nə qədər çətin də olsa, utancverici sülh istəmirlər.(Turan)

Kamal Əli


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam