Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

KİV:"Rusiya Ukrayna ilə sərhəddə yeni hərbi qüvvə və texnika yerləşdirir"

KİV: Rusiya Ukrayna ilə sərhəddə yeni hərbi qüvvə və texnika yerləşdirir

Rusiya son həftələrdə Şərq Sibir və Uzaq Şərqdən ölkənin qərbinə, ilhaq etdiyi Krım yarımadasına, habelə Ukrayna ilə sərhəd bölgələrinə yeni hərbi qüvvə və texnika yerləşdirir.

Yenixeber.org: UNIAN xəbər verir ki, bu barədə Rusiyanın “Conflict Intelligence Team” jurnalist-araşdırmaçılar qrupunun yaydığı materialda məlumat verib.

Məlumata görə, qrup sosial şəbəkədə yerləşdirilən 30-dək yeni videomaterialı izləyib. Həmin materiallarda yük maşınlarının, yanacaqdolduran avtomobillərin, tankların, piyadaların döyüş maşınlarının, “Qrad”, “Uraqan” reaktiv atəş sisteminin, “Tor” Zenit-Raket Kompleksinin hərəkəti müşahidə edilib. Bildirilib ki, texnika və canlı qüvvə Rusiyanın Buryatiya, Zabaykal diyarı, Amur vilayəti və Primorsk diyarından gətirildiyi ehtimal olunur.

Qərb kəşfiyyatçılarının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Ukraynaya hücum etmək üçün 100 min hərbçi cəlb edə, hücum isə 2022-ci ilin qışında başlaya bilər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam