Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“TİFAQI DAĞILMIŞ” ORDUNUN MİSKİN BAYRAMI... -Yubiley tədbirini belə keçirən olmadı

Bu gün Ermənistanda ordu günü kimi qeyd olunur. 44 günlük müharibədən sonra ordudan daha çox qorxaq, başıpozuq silahlı dəstəni xatırladan erməni ordusunun qalıqlarının ünvanına çoxsaylı təbrik mətnləri ünvanlanır. Ermənistanın istefa vermiş prezidenti Armen Sarkisyandan parlament sədrinə, müxalifət liderlərinə qədər bir çoxları pafoslu təbriklərində qulağa xoş, lakin içi puç ifadələrdən istifadə edirlər.

Yenixeber.org: Azərbaycana qarşı təcavüzdə iştirak etmiş və əvzəində ordumuzun layiqli cavabı ilə həlak edilmiş ermənilərin dəfn olunduqları Erablur qəbristanlığı isə belə günlərdə erməni siyasi elitasının ən çox ziyarət etdiyi məkanlardan birinə çevrilir. Erməni mətbuatında dərc edilən məlumatlardan belə aydın olur ki, bu gün həmin qəbristanlığı ilk olaraq ziyarət edənlərdən biri erməni katolikosu 2-ci Qarigen olub.

O da qeyd olunur ki, əvvəlki illərdə belə ziyarətlərini baş nazir və prezidentin müşaiyəti ilə həyata keçirən Qarigen Paşinyan hakimiyyətə gələndən sonra qəbristanlığa yalnız öz başının keşiş dəstsi ilə getməli olur. Çünki Nikol Paşinyan onu nəinki dini lider, az qala heç adam yerinə də qoymur. Çünki adını ruhani din adamı qoyan bu şəxs bir çox postsovet ölkələrində olduğu kimi, özünü daha çox Moskvanın respublikadakı agenti, Koçaryan-Sarqsyan quldur dəstəsinin təmsilçisi və müdafiəçisi kimi aparır, Paşinyana qarşı siyasi bəyanatlar belə verməkdən çəkinmir. Ancaq əsas olan heç bu da deyil...

 

 

Məsələ ondadır ki, erməni kilsəsinin və onun başçılarının üzərində Erablurda yatan minlərlə erməni gəncinin hər birinin qanı var. Məhz erməni kilsəsi əsrlər boyu türklərə, xüsusən də Türkiyə və Azərbaycan türklərinə düşmənçiliyinin ermənilərin canına, qanına hopdurulmasında aparıcı rol oynayıb. Məhz erməni kilsəsi 1990-cı illərin əvvəllərində Qarabağın azərbaycanlı əhalisinə divan tutulmasına, günahsız insanların – körpələrin, qocaların, qadınlarln qanının axıdılmasına “fətva” verib və erməniləri buna ruhlandıraraq, bu şərəfsizliyi, qətliamları qəhrəmanlıq kimi təqdim edib. İyrənclik səviyyəsinə çatan bu təkəbbürün, düşmənçiliyin acı nəticəsi 44 günlük müharibədə 10 minə yaxın erməninin məhv edilməsi oldu. Erməni xalqı 44 günlük müharibədə öz kilsəsinin uzun illər boyu əkib-becərdiyi nifrət ağacının zəhərli meyvələrini dadmalı oldu. Və bütün bunlardan sonnra katalikos utanmadan Erabluru ziyarət edir və “zəhmətinin” bəhrələrilə bir daha yerindəcə tanış olur....

 

 

Erməni ordusuna gəlincə onun bayramlıq halının olmadığını sıravi əsgərdən tutmuş Baş nazir və “ali baş komandan” Nikol Paşinyana qədər hər kəs yaxşı bilir. Elə buna görə də Paşinyanın koronavirus bəhanəsilə “meyiti ortalıqda qalan” ordunun 30 illiyinə həsr olunmuş tədbirlərdən yayındığı, qaçdığı bildirilir.

 

Nəticədə “yubiley tədbirləri” ordu rəhbərliyi tərəfindən rəsmən ləğv edildi. Bu isə o deməkdir ki, bir vaxtlar “yenilməz”, “qalib”, “qəhrəman” və s. epitetlərlə bəzədilən erməni ordusunun müxtəlif saxta bəhanələrlə adi yubiley tədbirini belə keçirmək istəyən yoxdur.

Maraqlıdır ki, Ermənistanda bu “əlamətdar gün”dən öz siyasi maraqları üçün istifadə edənlər də var. Məsələn, vaxtilə Nikol Paşinyanın “baş xəfiyyəsi” olan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəisi, hazırda isə hakimiyyətin qatı əleyhdarlarından sayılan Artur Vanetsyan.

 

 

Bu adam sosial şəbəkə səhifəsində hərbi mövqelərə yollandığını əks etdirən şəkil paylaşaraq, yazıb: “Ordunun bayramını əsgərlərlə bir yerdə qeyd etmək lazımdır”.

Ancaq məsələ ondadır ki, indi əsgərlərin yanına yollanan həmin bu “qəhrəman” 44 günlük müharibədə gizlənməyə deşik axtaranlardan biri idi. O vaxt da pafosla Qarabağa, Şuşaya yollandığını bəyan edən Vanetsyan bir neçə saat Şuşada qalandan sonra erməni əsgərlərini orada qoyub Xankəndiyə qaçmışdı. Bu fakt Ermənistanda böyük qalmaqal yaratmış, hökumət üzvləri və Paşinyanın özü buna görə Vanetsyanı tənqid atəşinə tutmuşdular. İndi isə həmin bu “qəhrəman” utanıb-qızarmadan “ordu günü”ndə əsgərlərin yanına getdiyini, bayramı onlarla qeyd edəcəyini deyir...

 

 

Ancaq orduya ünvanlanan təbriklərin içərisində ən maraqlısı hətbi cani Robert Koçaryana aiddir. Rusiyanın hərbi dəstəyilə, onun kölgəsində gizlənərək silahsız azərbaycanlıların qətliamını törədən, torpaqlarını işğal edən və bunu “qəhrəmanlıq” kimi qələmə verən Koçaryan bu gün erməni ordusunun necə miskin durumda olduğunu belə ifadə edib: “Vaxtilə regionun və “artsax”-ın təhlükəsizliyinin təminatçısı olan ordunun özünün bu gün müdafiəyə ehtiyacı var...”

Doğrudan da, erməni ordusunun qalıqlarının müdafiəyə ehtiyacı var, ona görə də əllərinə imkan düşən kimi könüllü şəkildə Azərbaycan tərəfinə əsir düşməyə meyllidirlər...“Azpolitika”  


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam