Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“O, TUALET MÖVZUSUNA DA ŞƏRH VERİR, AMMA” –Ter-Petrosyan Paşinyandan küsüb

 

Son günlər Ermənistanın baş naziri Nikol Paşinyanla ölkənin birinci prezidenti Levon Ter-Petrosyan arasında münasibətlərin korlanması müşahidə olunur.

Yenixeber.org: Erməni mətbuatı neçə illərdir bir-birini tərifləyən və dəstəkləyən bu iki şəxsin münasibətlərində son zamanlar yaranan gərginlikdən yazır.

Ermənistanın “İravnuk” qəzetinin yazdığına görə, Levon Ter-Petrosyan Paşinyandan bərk inciyib. Qəzet yazır: “Birinci prezident öz ətrafına deyib ki, Paşinyan hətta tualet mövzusunda da şərh verməyə vaxt tapır, ancaq onu təbrik etmək üçün vaxt tapa bilmir...”

Söhbət Ter-Petrosyanın yanvarın 9-na təsadüf edən 75 illik yubileyindən gedir. Paşinyanın onu ən çətin günlərdə dəstəkləyən sabiq prezidentin ad gününü rəsmən təbrik etməməsi Ter-Petrosyana pis təsir edib. Onunla müqayisədə Ermənistanın hazırkı prezidenti Armen Sarkisyanbirinci prezidentə rəsmi qaydada təbrik ünvanlayıb.

Paşinyan isə Ter-Petrosyanı təbrik etməməsi bir yana, hətta birinci prezidentin yaxın adamı kimi tanınan öz mətbuat katibi Vladimir Karapetyanı da işdən qovub. Bu da olub onun Ter-Petrosyana ad günü “hədiyyəsi”. Erməni mətbuatı bu hadisələrin Ter-Petrosyan və tərəfdarları tərəfindən böyük hiddətlə qarşılandığını və tərəflər arasında münasibətlərin kəskin şəkil aldığını yazır. Birinci prezidentin tərəfdarları Paşinyanın hərəkətlərini nankorluq kimi qiymətləndiriblər. Ancaq tərəflər arasındakı narazılığın səbəbləri barədə hələ ki, hər hansı məlumata rast gəlinmir.

Xatırladaq ki, bu iki şəxsin münasibətləri çox yaxın olduğundan, hətta Ermənistanda çoxları Paşinyanı “Ter-Petrosyanın oğlu” adlandırır.(azpolitika)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam