Redaktor seçimi
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
Günün xəbəri

Paşinyanın koronavirusa yoluxması şübhəlidir -“Baş nazir ordunun 30 illiyini qeyd etməkdən yayınır”

Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən gün koronavirusa yoluxduğuna dair rəsmi məlumat erməni mətbuatı tərəfindən şübhə altına alınır.

Yenixeber.org: Ermənistan mətbuatında Paşinyanın əslində virusa yoluxmadığı və bu yalan məlumatın Baş nazirin ordunun 30 illik yubileyi ilə bağlı tədbirdə iştirak etmək istəməməsilə bağlı olduğu iddia edilir. “Hraparak” qəzeti yazır ki, Paşinyan öncədən yanvarın 28-də qeyd edilməli olan ordunun 30 illiyilə bağlı tədbirdə iştirakdan imtina edib. Vəziyyətdən çıxmaq üçünsə Baş nazirin guya koronavirusa yoluxduğu barədə yalan məlumat yayılıb.

Qəzet iddia edir ki, siyasi dairələrdə Paşiyanın növbəti dəfə yoluxma xəbəri şübhəylə qarşılanır. Belə ki, rəsmi məlumatda Baş nazirin xəstəliyi simptomsuz keçirdiyi bildirilir. Bu zaman sual olunur ki, əgər simptomlar olmayıbsa, test vermək hansı zərurətdən irəli gəlib?

Digər yandan Paşinyanın Müdafiə naziri Suren Papikyanın toy məclisində virusa yoluxduğu iddia olunur. Lakin həmin məclisdə Paşinyanla yanaşı siyasi hakimiyyətdə və hökumətdə təmsil olunan xeyli sayda məmur iştirak edib. Lakin onlardan kiminsə yoluxduğuna dair heç bir məlumat yoxdur.

Rəsmi məlumatda isə qeyd olunur ki, ordunun 30 illiyi ilə bağlı rəsmi tədbir “Baş qərargahın və ordunun rəhbər heyətində yoluxma halları olduğundan” ümumiyyətlə təxirə salınıb. Bildirilir ki, hətta Baş qərargah rəisinin özü də virusa yoluxub. Lakin yuxarıda qeyd edildiyi kimi, cəmiyyətdə və siyasi dairələrdə virus yoluxmasının yalan və bəhanə olduğuna dair şübhələr var.

Ancaq hər necə olsa, görünən odur ki, bir vaxtlar “yenilməz”, “qalib”, “qəhrəman” və s. yalançı adlarla bəzədilən erməni ordusu hazırda o qədər hörmətsiz və miskin bir duruma düşüb ki, heç yubileyini də qeyd etmək istəmirlər - “meyiti ortada qalıb”, yerdən götürəni də yoxdur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam