Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

İrəvanda Təhlükəsizlik Şurası TOPLANDI: Azərbaycanla yeni müqavilə İMZALANIR

        Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirib.

Yenixeber.org: İclasda konkret nələrin müzakirə edildiyi açıqlanmır.

Lakin Ermənistan mediası Təhlükəsizlik Şurasında Paşinyanın ötən həftənin sonunda rəhbəri olduğu “Mülki müqavilə” fraksiyası ilə qapalı toplantısının gündəmini müzakirə etdiyini yazır.
Ötən həftənin sonunda Nikol Paşinyanın parlamentdə partiyasının deputatları ilə qapalı müzakirə keçirdiyi deyilirdi. Hətta erməni mediası Paşinyanın parlament binasından qışqıra-qışqıra danışdığını, səsinin dəhlizlərdən eşidildiyini də yazmışdı.

Məlumatlara görə, Paşinyanın parlamentdəki toplantısında Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası məsələsi müzakirə olunub.

“Paşinyan deputatlarına delimitasiya-demarkasiyası prosesi başa çatdıqdan sonra dövlətlərarası sənədin parlamentdə təsdiq edilməsinin vacibliyini bildirirdi. Yəni hər kəs müqavilələrin imzalanmasında məsuliyyəti bölüşdürməlidir. Toplantıda həmçinin, Soçi razılaşnmalarına əməl edilməsi, Azərbaycanın irəli sürdüyü dəhliz məsələsi də müzakirə olunub. Əldə etdiyimiz məlumata görə, sərhədin delimitasiya və demarkasiyası ilə bağlı müqavilənin parlamentdə ratifikasiya edilməsi tələbi Paşinyanın qarşısına Putin tərəfindən qoyulub. Delimitasiya və demarkasiya prosesi ən qısa müddətdə – 6 ay müddətində həyata keçirilməsi planlaşdırılır”, – “Hraparak” qəzeti yazır.

Məlumata görə, Paşinyan Təhlükəsizlik Şurasının bu gün keçirilən iclasında da eyni məsələləri müzakirə edib. Toplantıda TŞ-nin üzvləri ilə yanaşı, parlamentin spikeri və vitse-spikerinin, eləcə də parlamentin xarici əlaqələr və təhlükəsizlik komitələri rəhbərlərinin iştirak etməsi də bu məlumatın doğruluğu ehtimalını gücləndirir. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam