Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Kremldən İrəvana qəfil zəng – Putinlə Paşinyanın “ulduzları” barışdı?

Ermənistan baş naziri özünü xəstəliyə vurub? Erməni mediasında və sosial şəbəkələrdə ilginc versiyalar ortaya atıldı...

Yenixeber.org: Ermənistan Güney Qafqaz ölkələri arasında koronavirusa yoluxma və ölüm sayına görə liderliyini qoruyub saxlayır. İşğalçı ölkədə son sutka ərzində daha 517 nəfər virusa yoluxub, 20 xəstə ölüb (ölənlərin ümumi sayı - 158). Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, bununla da yoluxanların sayı 10.009-a çatıb. Beləcə, işğalçı ölkə region dövlətləri arasında daha bir anti-rekorda imza atıb - yoluxanların sayı 10 mini keçən ilk ölkə olmaqla.

Artıq 10 min nəfərin içində baş nazir Nikol Paşinyan və ailə üzvləri də var. Hər halda, iki gün, Paşinyanın canlı yayımda verdiyi açıqlamadan bu nəticə hasil olub. O da maraqlıdır ki, Nikol Paşinyanın COVİD-19-a tutulması məhz onun ad gününə - 45 yaşına (1 iyun 1975) təsadüf edib. Daha bir maraqlı məqam Rusiya prezidenti Vladimir Putinin ona ilk dəfə olaraq, ad günü münasibətilə təbrik zəngi eləməsidir.

Rəsmi məlumata görə, telefon zəngi zamanı Kreml başçısı ona dəstək və koronavirusdan tezliklə sağalmağı arzu edib. Pandemiya ilə mübarizədə Rusiyanın Ermənistana kömək etməyə hazır olduğunu bildirib. Nikol Paşinyan və Putin həmçinin 2-ci Dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə bağlı iyunun 24-nə Moskvada planlaşdırılan paradla bağlı danışıblar. Erməni baş nazir paradda iştirakla bağlı bir neçə gün öncə ona göndərilən dəvətə görə Rusiya rəhbərinə təşəkkürünü çatdırıb və ümid etdiyini bildirib ki, o vaxtadək sağalacaq və Moskvaya gedə biləcək.

*****

Как Пашинян Зеленскому про Путина советы давал

Kreml başçısının Paşinyana zəngi müəyyən mənada “açıq səmada şimşək” effektini xatırlada bilər. Əvvəla ona görə ki, hakimiyyətdə olduğu iki ildən çox müddətdə Nikol Paşinyan Putindən heç vaxt təbrik almayıb. Hətta baş nazir təyin olunması ilə bağlı də Kremldən ona təbrik gəlməmişdi. Putin Paşinyanın həbsə atdığı eks-prezident Robert Köçəryana belə ad günü təbriki göndərib, ancaq indiyədək Nikolu hər hansı motivlə təbrik etməmişdi.

Bundan əlavə, Paşinyan Ermənistanın rəhbəri olaraq, bu günədək Rusiyaya rəsmi səfərə dəvət almayıb. Səbəblər haqda yetərincə və zaman-zaman yazmışıq. Onların qayəsində Rusiya liderinin “rəngli inqilab”la hakimiyyətə gələn “gizli qərbçi” Paşinyana hələ də ürək qızdırmaması, həmçinin onun Moskvanın adamlarını (Robert Köçəryan və başqaları) Ermənistanda sıxışdırmağa davam etməsidir.

Və bu fondda Rusiya prezidentindən Ermənistanın baş nazirinə qəfil təbrik zəngi gəlir. İlk baxışda humanist addım kimi görünə bilər. Hər necə olmasa, N.Paşinyan ömrünün məhz 45-ci ildönümündə, ad günündə qorxunc virusa yaxalanıb. Başqa yandan, Paşinyanın xəstələnib-xəstələnmədiyini, yəni özünü siyasi xəstəlıyə vurub-vurmadığını Rusiya liderindən dəqiq kim bilə bilər ki?

Nəhayət, Putinin Paşinyana xeyli vaxtdır əvəz axtarması barədə deyilənlər də unudula bilməz. Görəsən, son telefon zəngi bu planları gündəmdən çıxarırmı, Putin Paşinyanı bağışlayıbmı? Çətin. Əksinə, təbrik zəngi Ermənistan baş nazirini Rusiya sarıdan arxayın salıb, onun sərvaxtlığını azaltmağa yönəlik gediş də ola bilər(di)...

*****

Paşinyan'dan Putin'e tebrik mesajı - Ermeni haber ajansı

Yeri gəlmişkən, Ermənistanın özündə Paşinyan və ailə üzvlərinin virusa yoluxması xəbəri heç də birmənalı qarşılanmayıb. Ermənistanın bir çox vətəndaşları baş nazir və onun ailəsinin COVİD-19-a yoluxduğuna dair şübhə ilə yanaşıblar. Paşinyanın qızlarının bu xəbərdən sonra da sosial şəbəkələrdə aktiv olmaları şübhələri artırıb.

Məsələ ondadır ki, sosial şəbəkə istifadəçiləri Nikol Paşinyanın özü və ailəsinin yoluxma testi pozitiv çıxması barədə açıqlamasından sonra onun qızlarının - Şuşan və Məryəmin İnstagram-dakı statusuna diqqət çəkiblər. Bu zaman qızlar Yenukovanda - Paşinyan ailəsinin doğma kəndində qayğısız həyata davam edirmişlər.

Bu xüsusatlardan çıxış edənlərin ehtimalına görə, ola bilsin, baş nazirin koronavirus infeksiyası ilə bağlı hekayəsi, sadəcə, bir PR-dır və hədəf də hökumətin cəmiyyəti vəziyyətin ciddiliyinə inandırmaq və ya son həftələrdə reytinqi sürətlə aşağı düşən Paşinyana simpatiya oyatmaq istəyidir. Çünki əks təqdirdə, dövlət başçısının qızlarının karantin rejimini pozması və mülki məsuliyyətləri barədə suallar ortaya çıxır.

Political Chaos in Armenia – Realities that hypocrites do not want ...

Öz növbəsində jurnalist Narek Ter-Nakalyan daha bir versiya irəli sürüb: o, Paşinyanın xəstələnmə ilə bağlı bəyanatını Ermənistanın Vatikandakı keçmiş səfiri, Qarabağ münaqişəsinin qızışdırıcılarından olan eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyanın ona qarşı ittihamları ilə əlaqələndirib. Xatırladaq ki, Minasyan baş nazirin qanunsuz silah ticarəti ilə əlaqəli olduğunu söyləmişdi. Jurnalist Paşinyanın hərəkətini gündəmi dəyişdirmək, vətəndaşları onun üçün rahatsız olan bir mövzudan yayındırmaq cəhdi kimi təqdim edib.

İnternet istifadəçiləri habelə canlı yayım zamanı hökumət başçısının qəribə davranışlarına da diqqət çəkiblər: Paşinyan özünün və bütün ailəsinin təhlükəli virusa yoluxduğu barədə danışarkən gülümsəyibmiş. Bu detal bütün xəstələnmə hekayəsinin saxta olması ətrafında ehtirasları daha da gücləndirib.

Hər necə olmasa, Ermənistanda bir çoxları baş nazirin xəstəliyi barədə xəbəri etimadsızlıqla və kifayət qədər şübhə ilə qarşılayıb. Bəlkə sıravi vətəndaşları baş nazirin xəstəliyi - istər xəyali olsun, istərsə də real - ona görə bir elə maraqlandırmır ki, onlar pandemiya dövründə ölkəyə uğursuz rəhbərlik nəticəsində olduqca ağır sosial-iqtisadi problemlərlə baş-başa buraxılıblar. Bütün hallarda belə bir ovqat “inqilabçı” baş nazirə etimad böhranından uzaqda olmadığından xəbər verir...  
“Yeni Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam