Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

İrəvanın təhlükəli sülh oyunu -Bakının verdiyi “ev tapşırığı”nı düz oxumasa...

Ermənistan rəsmiləri hələ də tarixin zibilliyində eşələnir; kapitulyant ölkə Azərbaycana şərt qoya bilməz; “Dəmir yumruq” yay-qış saz vəziyyətdə öz yerindədir...

Yenixeber.org: Azərbaycanın Ermənistana sülh təklifi sonsuzadək masa üzərində qalmayacaq. Belə bir xəbərdarlıq Prezident İlham Əliyevin yanvarın 12-də yerli telekanallara verdiyi müsahibədə “qırmızı xətt” və mühüm mesajlardan biri kimi keçdi və sözsüz ki, ünvanlarına da çatdı. Qalır, verilən mesajlara adekvat reaksiyalar.  

“Ermənistan regionda yaranmış yeni geosiyasi vəziyyəti düzgün qiymətləndirməli və nəticə çıxarmalıdır”.

Bunu isə srağagün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib. O, İlham Əliyevin həmin müsahibədə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı məsələlərə toxunduğunu yada salaraq deyib: “Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasında potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxunub. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”.

*****

Armen Qriqoryan Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün şərtləri  AÇIQLADI | KONKRET

Armen Qriqoryan

 

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə təxminən eyni gündə bəyan edib ki, Azərbaycanla sülh müqaviləsinin hazırlanması və imzalanması bir sıra şərtləri (!!) özündə ehtiva edir: “Biz hərtərəfli sülh müqaviləsinin formalaşdırılması üzərində işi davam etdirəcəyik. Bunun üçün biz Qarabağ probleminin danışıqlar və siyasi mexanizmlər yolu ilə və ATƏT-in Minsk Qrupu həmsədrlərin üçlüyü çərçivəsində həllini tapmalıyıq”.

Qriqoryan ümid etdiyini bildirib ki, “vasitəçilərin gələcək addımları Qarabağ münaqişəsinin uzunmüddətli həllinə nail olmağa” kömək edəcək. “Beynəlxalq ictimaiyyət Qarabağ münaqişəsinin həll olunmadığını və həll yolu üçün əsas platformanın Minsk Qrupu həmsədrlərinin ”üçlüyünün" olduğunu qəbul edir. Ermənistan hələ ki, həmsədrlərin regiona səfər edəcəyini gözləyir", - deyə o əlavə edib.

Bu da erməni tərəfinin “cavabı”. Göründüyü kimi, kapitulyasiyadan sonra da İrəvan Bakıya utanıb-qızarmadan şərt(lər) irəli sürməyə, özünü az qala, heç nə olmayıbmış kimi, əvvəlki qalib ədası ilə aparmağa çalışır və “status” üçün tarixin zibilliyində eşələnir. Sanki 44 günlük müharibədə darmadağın edilən işğalçı erməni ordusu deyilmiş. Azərbaycan xalqının və dövlətinin, konkret olaraq Azərbaycan Prezidentinin status və Minsk Qrupu ilə bağlı prinsipial və dəyişməz mövqeyini bilə-bilə.

Bu mövqe məlum müsahibədə İlham Əliyev tərəfindən bir daha, net şəkildə ifadə edilib. Ölkə rəhbəri bildirib ki, Bakı həmsədrlərə “Qarabağ məsələsi” ilə məşğul olmağa imkan verməyəcək, çünki bu problemi Azərbaycan artıq onların yerinə həll edib. Onu da xüsusi vurğulayıb ki, əgər tərəflərdən biri münaqişəni bitmiş sayısa, vasitəçilərə ehtiyac qalmır.

Sual da budur ki, məgər zorən vasitəçilik olur? Bu harada görülüb?..   

*****

ERMƏNİSTANIN HAVADARLARI, SİZƏ DEYİRƏM!...” – Səbrin tükəndiyi yer və Prezidentin  həmsədrlərə sərt ismarıcı

Azərbaycan Prezidentinin ilk növbədə həmsədrlərə ünvanlanan həmin sərt fikri həmçinin o anlama gəlir ki, heç bir status söhbəti təzədən “dirildilə” bilməz. Demək, İrəvan Bakı ilə səmimi şəkildə böyük sülhdə maraqlıdırsa, o halda “statusu” həmişəlik unutmalı, təhlükəli oyunbazlıqdan, yalançı sülhpərvər imici yaratmaqdan əl çəkməlidir. Əks təqdirdə, növbəti dağıdıcı müharibəyə hazır olsun. “Dəmir yumruq” yay-qış, saz vəziyyətdə öz yerindədir! Və unutmasın: müsahibədə o da vurğulanıb ki, əgər Ermənistan ərazi bütövlüyümüzü tanımasa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq və baxaq görək, bundan ən çox kim uduzacaq.

Əlbəttə ki, Ermənistan. O zaman İrəvan “Artsax” dərdi çəkirkən, öz ərazi bütövlüyünün dərdini çəkməli olacaq. Yoxsa hazırkı sərhədləri daxilində də mövcudluğunu saxlaya bilməyəcək. Görəsən bunu indi daha hansı dildə anlatmaq lazımdır?

Şübhə yox ki, bu, rəsmi Bakının İrəvana həm də 2022-ci il üçün əsas “ev tapşırığı”dır. Bunun üstündən yenə də MQ havası çalmaq, Qarabağ üçün statusdan dəm vurmaq Ermənistan siyasilərinin hələ də “göydən yerə enmədiyini” göstərir. Amma enəcəklər. Enməli olacaqlar. Endirəcəyik. Başqa çarələri yoxdur...

*****  

“Azərbaycan Ermənistanla sülhə hazırdır və bunu müntəzəm olaraq bəyan edir. Amma Ermənistan elə ölkədir ki, onun son anda nə edəcəyini bilmirsən. Rusiyaya vədlər verir, amma Qərblə ”flört" edir".

İqor Korotçenko: “Paşinyan Azərbaycanın suverenliyini de-fakto qəbul etdi”

İqor Korotçenko

 

Bu fikri rusiyalı hərbi ekspert İqor Korotçenko paylaşıb.

Ekspertə görə, erməni cəmiyyətinin uzun müddətdir ki, yalançı təsirə məruz qaldığını, çox güclü revanşist meylləri nəzərə alsaq, onun yeni reallığın dərkinə doğru hərəkət prosesi çox çətin olacaq.

“Bu, həm də Qərbin qeyri-kommersiya təşkilatlarının mövqelərinin çox güclü olduğu bir ölkədir. Onların fəaliyyəti dayandırılmayıb, hələ də aktiv fəaliyyət göstərirlər. Bundan əlavə, Nikol Paşinyan bir növ siyasi buqələmundur, situasiyadan asılı olaraq sağ qalmaq üçün siyasi rəngini dəyişir, - Korotçenko vurğulayıb.

O, habelə erməni diasporu faktorunu unutmamağı tövsiyə edir: “Bu gün erməni diasporu müstəqil siyasi faktdır, hətta İrəvandakı hakimiyyətdən də nüfuzludur. Fransada, ABŞ-da, Rusiyadakı erməni diasporu bu və ya digər şəkildə Ermənistana təsir edən siyasi qərarların qəbulu və həyata keçirilməsində özünü təmin edən qurumdur. Açığı, bütün bu amillərə görə Ermənistanın Azərbaycanla sülh yolu ilə nizamlanması üzrə öhdəliklərini birmənalı şəkildə yerinə yetirəcəyini gözləyə bilmərik”.

Bununla belə analitik hesab edir ki, Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olan bütün tərəflər İrəvanın daha konstruktiv mövqe tutmasına kömək etmək üçün birgə çalışmalıdırlar. “Əgər bir çox problem aradan qaldırılarsa, o zaman, sülh müqaviləsi imzalamaq mümkün olacaq”, - rusiyalı ekspert diqqətə çatdırıb.

*****

Ermənistan rəsmiləri isə deyəsən sülh oyunu oynamaqla yenə vaxta qazanmağa ümid edirlər. Ancaq bu, çox riskli oyundur. Ən əvvəl də özləri üçün. Ona görə ki, əvvəlki əyyamlar gedib. İndi Ermənistan məğlub, Azərbaycan qalib statusundadır. Odur ki, İrəvan Bakının “ev tapşırığı”nı diqqətlə və düz oxumalıdır..."Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam