Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Paşinyanın partiyası -Türkiyə ilə münasibətləri yaxşılaşdırmaqdan başqa alternativ olmadığını bəyan edir

 

 

Ankara ilə İrəvan arasında mehriban qonşuluq əlaqələrinin qurulmasına alternativ yoxdur.

Yenixeber.org: Bu sözləri Ermənistanın hakim fraksiyası “Vətəndaş sazişi”nin üzvü, Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan deyib.

O bildirib ki, ölkəsinin Türkiyə ilə diplomatik münasibətlər qurulması məhz Ermənistanın dövlət maraqlarından irəli gəlir.

Siyasətçinin fikrincə, hər iki tərəf üçün bütün müsbət nəticələri sadalamağa zaman yetməz.

Ağacanyan vurğulayıb ki, qonşularla mehriban münasibətlərin qurulmasına alternativ yoxdur.

“Son 30 ildə baş verən regional prosesləri nəzərə alsaq, bu, asan proses deyil, lakin biz bu yolla getməyə hazırıq və Ermənistanın dövlət maraqlarından irəli gələn proseslərin reallaşması üçün hər şeyi edəcəyik”, - deyə deputat bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam