Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Ohanyanın hazırladığı bəyanat layihəsi rədd edildi -"Bu, ermənilərin Qarabağdan qovulması demək olacaq"

Ermənistan Milli Məclisinin xarici əlaqələr komissiyası müxalif "Hayastan" fraksiyasından lideri, keçmiş müdafiə naziri, hərbi cani Seyran Ohanyanın hazırladığı bəyanat layihəsini 6 əleyhinə, 4 leyhinə səs nisbəti ilə rədd edib.

Yenixeber.org: "Azadlıq" radiosu xəbər verir ki, keçmiş prezident, hərbi cani Robert Koçaryanın yaratdığı fraksiyadan verilən bu layihə Azərbaycanla sərhədin delimitasiya və demarkasiyası barədə idi. Xəbərdə deyilir ki, komissiya iclasının əvvəlində məsələnin həssaslığı nəzərə alınaraq səs çoxluğu ilə müzakirənin qapalı keçirilməsi barədə qərar qəbul olunub. 

Xarici əlaqələr komissiyasının sədri Eduard Ağacanyan bu barədə deyib: “Təklif olunan bəyanat layihəsinin öz məzmunu etibarilə əsasən daxili siyasi xarakteri daşıması, sənəddə hökumətin birbaşa və dolayısı ilə ittiham olunması və onun faktiki olaraq müxalifətin hazırkı siyasi narazılığını əks etdirməsi artıq əsas verir ki, "Vətəndaş müqaviləsi" partiyasının komissiyadakı üzvləri onun əleyhinə səs versinlər. Eyni zamanda layihənin açıq müzakirəsinin danışıqlara mane ola biləcəyi, habelə təhlükəsizliyə problemlər yaradacağı nəzərə alınaraq bu məsələnin qapalı rejimdə müzakirəsi təklif edilir”.

"Hayastan" fraksiyasından deputat Armen Rustamyan müzakirənin qapalı keçirilməsinin qeyri-məqbul olduğunu bildirib.

O deyib ki, bəhanə gətirilir, əsas məqsəd isə hakimiyyətin ağrılı və həyəcan doğuran razılaşmalara getməsidir.

Deputat soruşub ki, bu layihənin hansı bəndinə görə onun əleyhinə səs verilib:“Əgər qısa əsaslandırsaq, məsələnin mahiyyəti belədir: biz demişik ki, suverenliyimizdən heç bir güzəşt edilməməlidir və Konstitusiya rəhbər tutulmalıdır. Suverenlik həm də həmin dəhliz məntiqi və Ermənistanın mümkün itkiləri ilə bağlıdır. İkincisi, elə addımlar atmaq olmaz ki, "artsax" (Qarabağ-red) Azərbaycanın tərkibində qalsın. Bu, ermənilərin "artsax"dan qovulması demək olacaq. Üçüncü məsələ isə ön cəbhəni, mövqelərimizi möhkəmlətməklə bağlıdır. Çünki biz öz sərhədlərimizi qorumasaq, kənardan heç kəs gəlib bunu bizim əvəzimizə etməyəcək. Yəni onlar bunun əleyhinədirlər? Qoy indi izah etsinlər ki, niyə bunların əleyhinədirlər?..”

Lakin komissiya sədri Eduard Ağacanyan deyib ki, onun partiyasının bu layihəyə qarşı çıxmasının bir səbəbi onun siyasi məzmunudur. Onun sözlərinə görə, iclasın qapalı keçirilməsi barədə qərar isə müzakirə olunan məsələlərin həssaslığın ilə bağlıdır.

Xatıraladaq ki, Noyabrın 26-da Soçidə keçirilən üçtərəfli görüşdən sonra verilən bəyanatda Bakı və Yerevan sərhədin delimitasiya və demarkasiyası üçün birgə komissya yaratmalı olduğu əks olunmuşdu. Lakin Ağacanyan deyib ki, bu məsələ ilə bağlı heç bir təzə xəbər yoxdur.

"AzPolitika.info"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam