Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“Gündüz rusun dostu, gecə amerikalının ”yataq" ortağı..." -İrəvanın riyakar siyasətinin sonu gəlir

Paşinyan sabah Brüsselə qoltuğunun alına verilmiş “qarpızla” gedir; post-Putin dönəminə hazırlaşan ermənilər cəzalanmaqdan niyə həzz alırlar?..

Yenixeber.org: Sabah Brüsseldə Azərbaycan və Ermənistan rəhbərləri - Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan Avropa Birliyinin (AB) “Şərq tərəfdaşlığı”na üzv ölkələrin sammiti çərçivəsində bir araya gələcəklər. Ancaq müşahidələr və təhlillər göstərir ki, Brüssel görüşü bölgədə böyük sülhü yaxınlaşdırmayacaq. Çünki Ermənistan özünü hələ də məğlub tərəf kimi aparmaq istəmir, guya bölgədə onun hansısa söz sahibliyinin qaldığına dünyanı inandırmağa inadlı cəhdlər göstərir, Azərbaycanla sülh müqaviləsi imzalamağı yaxına buraxmır.

Belə davranışda sözsüz ki, ən əvvəl Qərbin, o sırada AB-nin İrəvanın iddialarına müəyyən mənada dəstək olması, darmadağın və miskin durumda olan dünənki işğalçı dövlətə böyük maliyyə dəstəyi vəd eləməsi, habelə “arabanın 5-ci təkəri”nə çevrilmiş ATƏT-in Minsk Qrupunun reanimasiyasına ümidlər az rol oynamır. Brüssel görüşü ərəfəsi keçirilən virtual “Demokratiya sammiti” bu xüsusda Paşinyanın “qoltuğunun altına” verilən növbəti “qarpız” oldu. Bölgənin taleyini həll edən Azərbaycan, Türkiyə və Rusiyanın dəvət almadığı, Kremlə qarşı növbəti demarş sayılan həmin tədbirin ardınca Nikol indi Avropaya daha ürəkli yollana biləcəyini zənn edir.

*****

Hələ də Rusiya hesabına ayaqda duran Ermənistan adlı simvolik və saxta dövlətdə siyasi-iqtisadi böhran isə davam edir. Bu böhran hələ çox sürəcək, əgər mənfur qonşular düşdükləri acınacaqlı durumun gerçək səbəbini yanlış ünvanda - özlərində yox, xaricdə axtaracaqlarsa. Bu da növbəti “isti” fakt.

“Ermənistanın 20 ildən çoxdur üzləşdiyi problemlərin mahiyyətini anlamaq üçün onların kökünə nəzər salmaq lazımdır. Belə eləməklə biz çox tez anlayacağıq ki, bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Bu, Rusiya prezidenti Vladimir Putindir - demokrat Boris Yeltsini əvəzləyən adam”.

Bu sözlər Razmik Akopcanyanın Armenianreport.com-dakı dünənki məqaləsindədir.

Akopcanyan: Əgər Bakını qəzəbləndirsək... - Video

Yaxın keçmişin xiffətini çəkən başdan xarab millətin başdan xarab “şərhçisi” öz isterik sərsəmləmələrinə davam edərək yazır: “Putin iqtidara gələnə qədər baş verənləri xatırlayaq. Biz torpaqları azad etdik, ”Artsax" qürurumuzun, şərəfimizin, igidliyimizin simvoluna çevrildi. Artsax danışıqlar masası arxasında idi. Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini bəsləyirdi. Bu, hər şeydə, o cümlədən Ermənistanın və ”Artsax"ın nailiyyətlərinə, onların müstəqilliyinə, demokratik seçiminə və inkişafına hörmətdə özünü göstərirdi. Putin isə tam “fərqli xəmirdən” yoğrulub. Ona görə də Heydər Əliyev ona bu qədər yaxın idi. Putin bunu heç gizlətməyib də. O, Əliyevin yas mərasiminə gəlib, hətta “onu ata kimi sevdiyini” deyib. Buna uyğun olaraq da o, İlham Əliyevi qardaş kimi sevir. Artıq gün kimi aydındır ki, Putin səmimi olaraq, Ermənistanı sevmir. Bütün bunların arxasında nə dayanır, bu, artıq psixoloqlara ünvanlanmalı sualdır".

*****

Burada deyiblər, “Adımı sənə qoyum, səni də yana-yana”. Dünyada psixoloji problemi olan tək toplum varsa, onun adı, familiyası çoxdan məlum: bu - ermənilərdir! Onları idarə edənlər, yönəldənlər, o cümlədən faşizmi, irqçiliyi, düşmənçiliyi təbliğ edən erməni mediası və erməni lobbisidir!

Sual yaranır: 30 ildir kim kimdən bərk yapışıb, Rusiya orbitindən çıxıb Qərbə sarı getməyə Ermənistana kim mane olur? Əlbəttə ki, bu, hələ SSRİ dönəmindən mərkəzin dotasiyası ilə yaşamağa vərdiş eləmiş tüfeyli ermənilərin Moskvaya qarşı növbəti şantajıdır. Onlar elə bilirdilər ki, artıq Qarabağ, işğal məsələsi bitib və indi Rusiyaya asi olmaq və “Artsax”ı da “götürüb” Qərb tərəfə keçmək olar.

Söz düşmüşkən, əslində erməni müəllif özü də fərqinə varmadan məqaləsində etiraf edir ki, torpaqlarımızın işğalında məhz Yeltsin Rusiyası həlledici rol oynayıb, hansısa “məğlubedilməz” erməni ordusu və ya mifik “artsaxın özünümüdafiə ordusu” yox! Yeltsin dönəmində Ermənistana ötürülən 2 milyard dollarlıq havayı silah-sursat yadınıza gəlir yəqin ki. İndi onun böyük əksəriyyəti Bakıdakı Qənimətlər Parkındadır.

Bakı qəzəblənsə, Ermənistan xəritədən silinəcək” - Akopcanyan | KONKRET

Ancaq erməniləri yandırıb-yaxan, özündən çıxaran heç də o silahlar deyil - havayı malın itkisi adamı yandırmaz. Erməniləri dəli edən Putinin də Yeltsin kimi Qarabağın işğalda qalmasına kömək eləməməsidir. Onun 10 noyabr kapitulyasiya sənədinin imzalanmasından bir neçə gün sonra verdiyi müsahibədə Dağlıq Qarabağ da daxil, Azərbaycanın ərazi bütövlüyünün Rusiya tərəfindən tanındığını, üstəlik, Dağlıq Qarabağın KTMT-nin məsuliyyət zonasına aid olmadığını net şəkildə bəyan eləməsidir. Kreml başçısı hətta bunu da demişdi ki, Ermənistanın özü belə qondarma qurumu tanımaqdan imtina eləməklə Dağlıq Qarabağın yuridik olaraq Azərbaycana aid olduğunu qəbul edir. Amma kimı deyirsən? “Timsah göz yaşları”  davam edir...

*****

“İndi belə bir yalançının (Putin nəzərdə tutulur - red.) bizə qarşı tarixi, şokedici cinayət törətməsinə, Ermənistana xəyanət etməsinə təəccüblənməyə dəyərmi? Əminəm ki, yox. Bu vəziyyətdə bəs biz nə etməliyik? Güclənməli və Putin dövrünün sonunu gözləməliyik. Bu son isə mütləq gələcək. Ən uzun gecə belə sübhlə bitir”.

Bunu da dünyanın nadir nüsxələrindən olan sırtıq millətin sırtıq yazarı Akopcanyan öz məqaləsinin sonunda qeyd edib.

Doğru, ən uzun gecədən sonra belə səhər gəlir. Lakin Rusiya hakimiyyətinin başında kimin durmasından asılı olmayaraq, erməni xalqı üçün bu səhər heç vaxt açılmayacaq, ta ki, yaşadığı cümlə bəlalarının əsas səbəbini özü üçün müəyyən və etiraf etməyənədək. Bu səbəb isə əlbəttə ki, öz xilaskarını heyrətamiz həyasızlıqla satqın adlandıran mənfur tolumun özü ilə bağlıdır, onun nankor və kölə xisləti ilə, böyük güclərin əlində daim maşa olmaq vərdişi ilə, özünü daim satışa çıxarıb maniakalcasına əzab çəkməyi sevmək vərdişi ilə bağlıdır.

*****

Hərçənd arada bəzən dilləri çaşıb həqiqəti də etiraf edirlər. Serjik Sərkisyanın “sağ əli” sayılan, 2018-ci ildə hakimiyyətdən devrilən Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov kimi.

Eduard Şarmazanov həbs edildi | KONKRET

Eduard Şarmazanov

 

Özünün Facebook səhifəsində o yazıb: “100 il əvvəl olduğu kimi, biz indi də geosiyasi dəyişikliklərin mahiyyətini tam dərk eləmirik. Böyük dövlətlərin gözlənilən qarşıdurmasında düzgün oriyentasiyanı seçməyi bacarmaq lazımdır. Bir yandan Ermənistanın Rusiyanın müttəfiqi olduğunu bəyan edirsiniz, digər yandan isə Baydenin anti-Rusiya və anti-Çin layihəsinə qatılırsınız. Ermənistanın həm iqtidarı, həm də elitası özü qərar verməlidir ki, Ermənistanın yeri və rolu haradadır. Təhlükəsizliyinizi bir qütbə (Rusiyaya - red.) etibar etməklə eyni zamanda öz müttəfiqinizə qarşı Qərblə oyun oynaya bilməzsiniz. Səhər və gündüz ruslarla, axşam çinlilərlə müttəfiq olub, gecə amerikalılarla ”yatağı paylaşmaq" mümkün deyil".

Amma ermənilər bir əsrdən çoxdur bu siyasi əxlaqsızlığa məmnuniyyətlə gedir, sonra da hamını suçlu çıxarırlar. Özlərindən savayı. Heç şübhəsiz, sabahkı Brüssel görüşü da bu sırada növbəti bariz nümunə kimi tarixdə qalacaq. Ancaq İrəvanda unutmasınlar ki, bir gün riyakar siyasətin sonu mütləq gələcək. O gün uzaqda deyil...“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam