Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

 Brüssel görüşü barədə açıqlama-RƏSMİ

İlham Əliyevlə Paşinyanın Brüssel görüşü barədə açıqlama

“Dekabrın 15-də Brüsseldə Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələri arasında Zirvə görüşü keçiriləcək. Həmin görüşdə prezident İlham Əliyev də iştirak edəcək”.
Yenixeber.org: Bunu AZTV-yə açıqlamasında xarici işlər naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, orada həm Aİ ilə Azərbaycan arasında müxtəlif sahələrdə həyata keçirilən layihələr, həm də əməkdaşlıq perspektivləri müzakirə olunacaq:
“Eyni zamanda, belə formatlarda bir qayda olaraq çoxsaylı ikitərəfli görüşlər keçirilir. İstisna deyil ki, digər beynəlxalq qurumların rəhbərləri ilə görüşlər olacaq. Həmçinin, Aİ prezidenti Şarl Mişelin təşəbbüsü ilə sammit çərçivəsində prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi nəzərdə tutulub.

Azərbaycan dövləti hər zaman danışıqlar prosesinə hazırdır, məsələlərin həllinə yönəlik siyasət həyata keçirir.

Son aylarda da müxtəlif formatlarda çoxsaylı görüşlər keçirilib və hesab edirik ki, bu da çox vacib görüşlərdən biridir. Azərbaycanın postmünaqişə reallıqlarını, öz mövqeyini bir daha çatdırması üçün əlverişli imkan olacaq”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam