Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Kremlin vasitəçiliyi ilə kövrək atəşkəs:sülh sazişi yoxdursa, gərginlik daimi olacaq

Səxavət Məmməd: “Moskvanın bu çaxnaşmada maraqlı olduğu görünür. Rusiya sərhəddəki problemləri də həll etmək üçün əraziyə girmək istəyir”

Yenixeber.org: Ermənistan silahlı qüvvələri tərəfindən yarım aydan çoxdur törədilən təxribatlar noyabrın 15-i gecə saatlarında şiddətli döyüşlərlə nəticələndi. Belə ki, düşmən sərhədin Kəlbəcər və Laçın istiqamətlərində təxribat hücumlarına cəhd göstərdi. Azərbaycan Ordusu düşmənin təxribatlarına qarşılıq anındaca adekvat tədbirlər həyata keçirdi. Ermənistan silahlı qüvvələrinin artilleriya atəşinə başlaması ilə şiddətlənən döyüşlərdə hər iki tərəfdən itkilər oldu.

Noyabrın 16-sı axşam saatlarında Rusiyanın vasitəçiliyi ilə atəşkəs bərpa edildi. Lakin ekspertlər hesab edirlər ki, Ermənistanın sülhdən yayınması, sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməməsi insidentlərin bundan sonra da baş verəcəyi ehtimalını gücləndirir. Politoloqlar qeyd edirlər ki, Rusiyanın vasitəçiliyi ilə əldə olunan atəşkəs kövrəkdir.

  

Sərhəddə baş verən son döyüşlərlə bağlı suallarımızı cavablandıran hərbi jurnalist Səxavət Məmməd deyib ki, atışmanın baş verməsində qeyri-adi hal yoxdur:

-Hər zaman olduğu kimi erməni tərəfi atəşkəsi pozdu. Bu dəfə hansısa bir istiqamətdə yox, genişmiqyaslı bir pozuntu oldu. Məsələ burasındadır ki, Ermənistan tərəfi sülhə gəlmək istəmir. Bunu açıq şəkildə də deyirlər. Bu həm də o analama gəlir ki, rəsmi İrəvan Azərbaycanın sərhədlərini tanımır. İllərdir öz əraziləri kimi gördükləri yerləri Azərbaycan tərəfinə təhvil verməkdən boyun qaçırırlar. Buna görə də, sərhəddə daim gərginlik olur. Azərbaycan tərəfi Qarabağın daxilində adekvat davrana bilməsə də, sərhəddə bütün cəhdlərin qarşısını alır və artıqlaması ilə cavab verir. Nə qədər ki, sülh sazişi olmayacaq, sərhədlərin delimitasiya və demarkasiyası aparılmayacaq buna bənzər hadisələr artacaq. Açığı, Moskvanın bu çaxnaşmada maraqlı olduğu görünür. Rusiya sərhəddəki problemləri də həll etmək üçün əraziyə girmək istəyir. Məsələ ondadır ki, buna Azərbaycan tərəfi razı deyil. Ermənistanda nə qədər Paşinyan hakimiyyətdə olsa da, revaşist qüvvələr mövcuddur və həmin qüvvələr daha çox ordunun içərisindədirlər. Hər erməni əsgərinin ölümü, yaralanması, mövqe itirməsi daxildəki vəziyyəti bir qədər də gərginləşdirir. Hazırda sərhəd müəyyən edilmədiyi üçün heç bir tərəf Azərbaycanı ittiham edə bilməz.

- Azərbaycan Ordusunun adekvat tədbirləri hansı formada oldu?

- Genişmiqyaslı əməliyyat həyata keçirildi, Kəlbəcər və Laçın istiqamətində ciddi döyüşlər baş verdi. Baş vermiş döyüşlərdə aviasiya xaric, bütün növ silah və qoşunlardan istifadə edilib. Erməni tərəfi iddia edir ki, Azərbaycan tərəfi PUA-lardan istifadə edib. Bu yalandır. Azərbaycan tərəfi PUA-lar qaldırıb, ancaq heç bir hədəfə zərbə endirilməyib. Hava dumanlı olmasa, bəlkə ondan da istifadə edilə bilərdi. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız oldu. Qarşı tərəfdən də çox ciddi itki olub. Bir neçə texnika vurulub, şəxsi heyətdən xeyli sayda ölü və yaralı var. Əsirlərin olması da heç kimə sirr deyil. Görünən odur ki, Azərbaycan Ordusu müharibədə çox ciddi təcrübə qazanıb.

- Belə şiddətli döyüşlər təkrarlana bilərmi?

- Baş verən döyüşlər genişmiqyaslı idi. Ancaq bunun uzun müddət davam etməsi gözlənilən deyildi. Məlum olduğu kimi Rusiya müdafiə naziri Sergey Şoyqunun Azərbaycan müdafiə naziri Zakir Həsənova telefon zəngindən sonra əməliyyatlar dayandı. Əməliyyatların geniş miqyas alması çox təhlükəlidir. Çünki qarşıdakı ərazilər Ermənistanın beynəlxalq aləm tərəfindən tanınmış torpaqlarıdır. Əməliyyatlar bir qədər də uzansa və dərinlik artsa, məsələyə xarici güclər də müdaxilə edə bilərdilər. Bundan əlavə, Ermənistan dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) prosesə qoşamağa cəhd edir. Döyüşlər şiddətlənən zaman Rusiyadan bu tələbi etdilər. Azərbaycan bu halda haqlı olduğu davada haqız duruma düşə bilər.

- Sülhməramlıların müvəqqəti nəzarətində olan Qarabağda vəziyyət necədir?

- Sülhməramlıların nəzarəti altında olan ərazidə sərhəddə əməliyyatlar baş verərkən heç bir hadisə baş verməyib. Ümumiyyətlə, Qarabağda vəziyyət stabildir. Gərginliyi Rusiya idarə edir. Kreml gərginliyi istədiyi vaxt artırır, istədəyi vaxt azaldır. Sərhəddə nə qədər erməni tərəfinə ciddi cavab verə bilsək də, Qarbağda adekvat davrana bilmirik. Bunun səbəbi isə Rusiyadır. Hətta deyərdim ki, Qarabağın daxilində ermənilərdən daha çox ruslar Azərbaycan əleyhinə işlər görür. Rusiya ərazidə qalmaq üçün hər vasitədən istifadə edir. Düşünürəm ki, sülhməramlıların 5 ilinin tamam olmasına bir il, yaxud altı ay qalmış daha iyrənc hadisələrin şahidi olacağıq.

- Sizcə, indiki məqamda Ermənistanın bu addımı nəyə hesablanıb? Yenidən müharibə istəyirlər?

- Ermənistan tərəfi qətiyyən müharibə istəmir. Müharibədə məğlub olmuş tərəf tam şəkildə təşkilatlana bilməyib. Silah arsenalını bərpa edə bilməyib. Əhalisinin psixoloji durumu isə ortadadır. Ermənistan sadəcə belə imitasiyalar edir ki, proses uzansın, sülhdən qaçsın. Kimliyindən aslı olmayaraq, istənilən bir erməni sülh sazişi imzalayacaqsa və Azərbaycanın dövlət sərhdələrini tanıyacaqsa, onu xain elan edəcəklər. Buna heç kim getmək istəmir. Erməni tərəfi bu addımlar atmaqla həm də, Fransa və ABŞ-ı, daha dəqiq ATƏT-in Minsk Qrupunu yenidən prosesə cəlb etmək istəyir. Buna da Azərbaycan qəti razı deyil.

- Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin müharibə aparmaq gücü varmı?

- Ermənistan ordusunun müharibə aparacaq gücü yoxdur. Bu birmənalıdır. Müharibə üçün təkcə silah, əsgər yox, həm də ciddi maliyə lazımdır. Heç inandırıcı deyil ki, bu qısa müddətdə erməni tərəfi ordusunu komplekləşdirə bilsin. Bunun üçün uzun illər lazımdır. Ermənistanın maliyə qaynaqları məhduddur. İnsan resursu da imkan vermir ki, böyük bir ordu qura bilsin. Bu baxımdan Ermənistan tərəfi ancaq və ancaq imitasiya edə bilər. Müharibəyə başlaması qətiyyən mümkün deyil.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam