Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

Savaşın 40-cı günü: -Düşmən bu istiqamətlərdə DARMADAĞIN EDİLDİ

Savaşın 40-cı günü: Düşmən bu istiqamətlərdə DARMADAĞIN EDİLDİ

Yenixeber.org: Ermənistan silahlı qüvvələrinin təxribatından sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uzun illər işğalda olan torpaqlarımızın azad olunması uğrunda başladılan əks-hücum əməliyyatları ilə bağlı “Müharibənin bu günü” xronikasını təqdim edirik:

5 noyabr 2020-ci il. Müharibənin 40-cı günü.

Saat - 07:36 - Düşmən Ağdərə və Xocavənd istiqamətlərində geri çəkilməyə məcbur edildi

2020-ci il noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutdu. Döyüş əməliyyatları müxtəlif intensivlikdə əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam etdi. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edildi.

Saat - 08:00 - Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozdu

Saat - 14:06 - İlham Əliyev İspaniyanın EFE agentliyinə müsahibə verdi

Saat - 15:19 - Düşmən Tərtər və Ağdamı atəşə tutdu

2020-ci il noyabrın 5-i saat 14:40-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhəri, rayonun Səhləabad kəndini, eləcə də Ağdam rayonunun Hacıturallı və Əfətli kəndlərini artilleriya atəşinə tutdu.

Saat - 17:57 - Düşmənin Təpəkənddəki hərbi infrastrukturu DARMADAĞIN EDİLDİ

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vuruldu. Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Təpəkənd kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdıldı.

Saat - 19:12 - Ağdərə istiqamətində düşmənin hərbi kolonu pusquya salınaraq MƏHV EDİLDİ

Ağdərə-Papravənd marşrutu ilə hərəkət edən 1 komandir, 1 rabitə avtomobili, şəxsi heyət və sursatla dolu 2 ədəd “KamAz” maşını və qoşqusunda top olan 3 ədəd “Ural” maşını tamamilə məhv edildi.

Saat - 20:36 - Düşmənin 41-ci artilleriya alayının batareyası DARMADAĞIN EDİLDİ

Cəbhənin Ağdam istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin 41-ci artilleriya alayının batareyalarına atəşlə zərər vuruldu. Nəticədə şəxsi heyət arasında ölən və yaralananlar oldu. Atəş zərbəsi ilə düşmənin xeyli sayda sursatı partladıldı, artilleriya qurğuları tam sıradan çıxarıldı.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam