Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ermənistanın 30 illik atəşkəs tələsi

 

Ermənistan nəinki son bir ayda əldə edilən humanitar atəşkəs razılaşmalarını, ümumilikdə müharibənin bütün dövrlərində atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan Ordusunun mövqelərini və mülki yaşayış məskənlərini hədəfə alıb.
Yenixeber.org: Ermənistan tərəfinin atəşkəsi pozması ilə bağlı xronologiyaya nəzər salaq. Azərbaycanla Ermənistan arasında ilk dəfə atəşkəs 1991-ci ilin noyabrın 20-də Qarakənd üzərində Mi-8 helikopterinin vurulması ilə pozuldu. Erməni hərbi birləşmələri Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotu vurmaqla öz terorçuluq niyyətlərini rtaya qoydu. Daha sonra 1992-ci il fevralın 25-də İran İslam Respublikası və BMT-nin Təhlükəsizlik Şurası atəşkəs üçün müraciət etdi. Razılaşmadan cəmi 1 gün sonra, fevralın 26-da Xocalıda azərbaycanlıların soyqırımı törədildi.

İran yenidən tərəflər arasında atəşkəs müqaviləsinin imzalanmasına 1992-ci il martın 15-də və mayın 8-də də vasitəçilik etdi. Lakin 1992-ci il mayın 8-də ermənilər Şuşa şəhərini işğal etdilər. İran prezidenti Həşimi Rəfsəncaninin vasitəçiliyi ilə 1993-cü ilin oktyabrın 28-də atəşkəs razılaşması əldə olunandan 1 gün sonra, oktyabrın 29-da Zəngilan rayonu işğal olundu. Ermənistanın sabiq prezidenti Robert Koçaryan özü rəsmən etiraf edin ki, Azərbaycanla əldə edilən atəşkəsdən həmişə öz xeyirlərinə yararlanıblar.

Növbəti mərhələdə - 1994-cü ilin mayın 12-də ATƏT-in Minsk qrupunun həmsədrləri uzunmüddətli atəşkəs elan etsə də, nəticədə Ermənistan işğalçılıq siyasətindən əl çəkmədi. Bu vaxta qədər təmas və cəbhə xətlərində Ermənistan silahlı qüvvələri dəfələrlə atəşkəsi pozaraq bölmələrimizi hədəfə aldılar.

Atəşkəsin uzunmüddətli olmasına səbəb Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonu tamamilə işğal etməsi idi. Buna baxmayaraq, ermənilər yenə cəbhə bölgəsində atəşkəsi mütəmadi olaraq pozub, saysız-hesbasız təxribatlar törədiblər.

2010 - 2012-ci illər və nəhayət 2016-cı ilin Aprel hadisələri ermənilərin atəşkəsi kobud şəkildə pozması nəticəsində baş verdi. Ermənilərin hücum cəhdinin qarşısını alan Azərbaycan Ordusu düşmənə döyüş meydanında öz layiqli cəzasını verdi.

2020-ci ilin iyul ayında erməni silahlı qüvvələri Ermənistan ərazisində Azərbaycan-Ermənistan dövlət sərhədindən Tovuz rayonuna hücum etdi. Bir neçə gün davam edən döyüşlərdə ermənilər Apreldə olduğu kimi ağır zərbələr alaraq geri oturduldu.

Məlum hadisədən bir ay keçməmiş, avqust ayında Ermənistanın diversiya qrupu Azərbaycan ərazisinə daxil olaraq təxribat törətmək istədi. Azərbaycan Ordusu bu cəhdin qarşısını aldı, erməni diversiya qrupunun rəhbəri əsir götürüldü, dəstə üzvlərinin bəziləri məhv edildi.

Nəhayət, bu il sentyabrın 27-də Ermənistan silahlı qüvvələri cəbhənin Tərtər, Goranboy, Ağdam və Füzuli istiqamətində yenidən təxribata əl ataraq Azərbaycan Ordusuna hücum etdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab olaraq bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlad. Əks-hücum əməliyyatlarımız nəticəsində Azərbaycan Ordusu 30 ilə yaxın işğal altında olan 4 şəhər, 4 qəsəbə və 165 kəndi düşmən tapdağından azad etdi. Düşmənin xeyli sayda hərbçisi və döyüş texnikaları məhd edildi.

Sentyabrın 29-dan başlayaraq Ermənistan rəhbərliyi əvvəlki çirkin niyyətlərini atəşkəs adı altında həyata keçirməyə başladı. Son bir ayda 3 dəfə atəşkəs üçün ATƏT-in Minsk qrupunu ölkələrinin liderlərinə yalvaran Ermənistanın baş naziri Nikol Paşinyanın məqsədi qızgın döyüşlərdə “taym-out” götürməklə yenidən silahlanmaq və azad olunan torpaqları yenidən işğal etməkdir. Əlbəttə, bu istəyinə nail ola bilməyən işğalçı ölkə rəhbərliyi humanitar atəşkəs dövründə Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən yaşayış yerlərini raket və ağır artilleriyadan atəşə tutmaqla müharibə cinayətlərinə əl atdı. Əvvəlcə Gəncə, ötən gün Bərdəyə edilən raket hücumları Paşinyanın humanitar atəşkəs adı altında terror aktlarını davam etdirdiyini göstərir. Müharibə meydanında ağır məğlubiyyətlə üzləşən Ermənistanın hərbi-siyasi rəhbərliyi dinc əhalini qətlə yetirməklə qisas almağa çalışır, eləcə də Azərbaycanı adekvat addımlar atmağa təhrik edir.

Təqdim etdiyimiz xronologiya da təsdiqləyir ki, indiyədək bütün dövlərlərdə atəşkəsi pozan tərəf həmişə Ermənistan olub. Atəşkəs rejiminin tarixən pozulmasına və hazırkı vəziyyətə görə məhz Ermənistan tərəfi məsuliyyət daşıyır.(azvision)

Tural Tağıyev

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam