Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ermənistan ordusunun ötən gecə dağıdılan postu-FOTOLAR

Erməni  KİV-ləri ötən gecə Kəlbəcər istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun Azərbaycan ordusu bölmələrinin cavab tədbirləri nəticəsində dağıdılan postunun fotolarını yayıb.

Yenixeber.org: Fotolara əsasən həmin post əslində çox primitiv qurulub, köhnə vaqondan və ətrafına yığılmış içərisi torpaq dolu kisələrdən ibarətdir. Kadrlara əsasən postda qan izləri, ətrafa dağılmış ləvazimatlar görünür.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən Ermənistan ordusunun bölmələri iyulun 28-də gecə saatlarında ordumuzun dövlət sərhədinin Kəlbəcər istiqamətindəki mövqelərinə qarşı yenidən təxribata əl ataraq müxtəlif çaplı silahlardan atəşə tutub. Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb, döyüşlər səhər saatlarına qədər davam edib. Səhər saat 10 radələrində Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs barədə razılaşma əldə olunub. Erməni tərəfinin döyüşlərdə tankları və 120 millimetrlik minaatanları da işə saldığı bildirilir. Döyüşlərdə erməni tərəfi 3 hərbçisini itirib, 4 nəfər yaralanıb. Azərbaycan ordusunun 2 hərbçisinin yaralandığı bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam