Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Ekspert: -"Antiterror əməliyyatının vaxtıdır"

Ekspert: Antiterror əməliyyatının vaxtıdır

“Son hadisə bir daha ermənilərin müharibədəki məğlubiyyətlə barışmaq istəmədiklərini təsdiqləyir. Görünür, separatçıların tör-töküntülərinin nümayəndəsi Araik Arutunyanın bu yaxınlarda mülki əhalinin silahlandırılmasına dair bəyanatı faktiki olaraq yerinə yetirilməkdədir".

Yenixeber.org: Bu fikirləri hərbi ekspert Ədalət Verdiyev Qarabağda erməni terrorçunun azərbaycanlı və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, erməni mülki vətəndaşında qumbaranın nə üçün olduğunun sualının cavabı məhz Araik Arutunyandadır: "Təəssüflər olsun ki, Rusiya sülhməramlıları hələ də regiondakı erməniləri tərksilah etməyiblər. Bu proses baş tutmayanadək gələcəkdə də oxşar proseslərin yaşanması gözləniləndir”

Ədalət Verdiyev
Ədalət Verdiyev

 

Ə.Verdiyev hesab edir ki, düşmənə adekvat cavab verilməlidir: “Bu hal ilk dəfə deyil. Əvvəllər də dəfələrlə analoji təxribatlar olub. Son bir həftədə 3-4 dəfə sabotaj cəhdi olub. Artıq Azərbaycan əsgərinin “dəmir yumruğ”unu bir daha havaya qaldırması üçün real şərait yaranıb. Düşünürəm ki, antiterror əməliyyatı istiqamətində real addımlar atmağın vaxtıdır”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov açıqlamasında deyib ki, belə halların gələcəkdə də təkrarlanması istisna deyil: “Onlar ən sərt şəkildə cəzalanmayanadək özbaşınalıq davam edəcək. Ermənilər Rusiya sülhməramlılarının olduğu ərazidə özlərini çox məsuliyyətsiz aparırlar. Baş verənlər də bunu göstərir. Belə təxribatlar ilk dəfə deyil. Düşmən bundan sonra sülhməramlılar üçün də təhlükə yaradacaq”.

Üzeyir Cəfərov
Üzeyir Cəfərov

 

O, həmçinin ermənilərin sabotaja əl atmasının məqsədlərini də açıqlayıb: “Ermənilər bizi təxribata çəkərək yenidən qan tökülməsini, proseslərin uzanmasını istəyirlər. Fikrimcə, bu məsələlər həllini tapmalıdır. Əks halda məcbur olub yenidən silah işlədəcəyik və bu, ermənilərə baha başa gələcək. Ona görə də düşmən bundan lazımi nəticə çıxarmalı, məğlubiyyətlə barışmalıdır. Yoxsa biz müvafiq tədbirlər görəcəyik”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam