Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Qarabağda separatçıların tör-töküntüləri -Qarabağda separatçıların tör-töküntüləri rüşvəxorluq, dələduzluqla məşğuldur

Qarabağda separatçıların tör-töküntüləri rüşvəxorluq, dələduzluqla məşğuldur

Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdikləri Azərbaycan ərazisindəki ermənilər separatçıların tör-töküntülərinin zülmünə etiraz ediblər.

Yenixeber.org: “Novosti Armeniya”nın yaydığı məlumata görə, etirazçılar separatçıların tör-töküntüsünə başçılıq edən Araik Arutyunyanın rüşvətxorluq etdiyini bildiriblər : “Araik Arutyunyan torpaqları zəbt edib. Deyirlər ki, guiya 100-ə yaxın kəndli (Azərbaycan ərazisində yaşayan erməniləri nəzərdə tutur- red. ) texnikaya görə təzminat alıb. Ancaq kimdən soruşuruq, aldım deyən yoxdur. Ancaq adamı olanın zənglərinə cavab verilir. İşsizlər yardım edilmir”.

Qeyd edək ki, onlar İrəvanda Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Göründüyü kimi, İrəvan və havadarları Azərbaycanın erməni vətəndaşlarını özlərinə cəlb etmək üçün yalan vədlər verir, problemlərini həll etmirlər. Heç bir hüquqi, qanuni fəaliyyəti olmayan əldəqayırma, oyuncaq idarəetmə sistemi isə rüşvətxorluq və dələduzluluqla məşğuldur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam