Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Azərbaycan və Türkiyəni virtual konfransa niyə dəvət etmədilər...

 

Yalnız Azərbaycanı dekabrda keçiriləcək virtual demokratiya konfransına dəvət etməsəydilər, bunu birtəhər başa düşmək olardı, çünki bir gənc dövlət kimi demokratiya sahəsində qüsurlarımız çoxdur.
Yenixeber.org: Hətta bəzən mənə elə gəlir ki, biz demokratiya kəlməsini belə unutmuşuq. Söz yox ki, Qarabağdakı uğurların fonunda bunu başa düşmək olar – otuz ildən sonra torpaqlarımızı qaytara bildik. Amma gəlin bunu demokratiya ilə bağlı da edək. Daha bir otuz ildən sonra bu ölkədə demokratiyanı bərqərar edək ki, nə daxildə, nə də xaricdə bizə irad tutan tapılmasın. Həm də indi 21-ci əsrdir. Bir tərəfdən “ağıllı kəndlər”, şəhərlər salır, o biri tərəfdən də feodalizmlə müasirliyi calaq edirik...

Amma bunların dekabrda keçiriləcək videokonfransa dəxli yoxdur. Bizdən savayı Türkiyə də konfransa dəvət almayıb. Bəli, o Türkiyə ki, onu islam aləmində yeganə demokratik olkə saymaq olar.
Bəs amerikalıların bu qəzəbini nə ilə izah etmək olar? Bu yaxınlarda “böyük iyirmiliy”in Romada baş tutan sammitində Türkiyə - ABŞ təmaslarını diqqətlə izlədik. Başqalarından fərqli olaraq, Baydenin prezident Ərdoğana əsgəri salam verməsi qeyri-səmimi bir jest, hətta qeyri-səmimi bir işarə kimi göründü.

Türkiyənin bir regional ölkə kimi özünü təsdiq etməsi ABŞ-ın ürəyindən deyil - bunu açıq etiraf etmək lazımdır.

Xüsusən də prezident C.Baydenin “erməni genosidi”ni tanımasından sonra Ankaraya münasibətinin tamam dəyişəcəyini və yaxud istiləşəcəyini düşünmək əbəs olardı. Amma ingilislərin belə bir misalı var ki, bizim əbədi dostlarımız yox, əbədi maraqlarımız var.

Bəli, daha dərindən fikirləşəndə Türkiyə ABŞ üçün çox faydalı ola bilərdi. Ən azı ona görə ki, Vaşinqton Pekini və Moskvanı özünün əsas rəqibi hesab edir. Mərkəzi Asiyada güclənən Türkiyə bu iki ölkə arasında əsl “geosiyasi rıçaq” ola bilərdi. Dünən, noyabrın 12-də İstanbuda Türk Dövlətləri Şurasının növbəti sammiti baş tutdu. Son vaxtlar türk dövlətlərinin yaratdığı bu qurumu Birləşmiş Türk Ştatları da adlandırır və dərin inteqrasiyanın baş tutacağına işarə edilir. Bir vaxtlar “türk zolağı” adlandırılan geosiyasi arealda yeni bir canlanmanın baş verdiyini görməmək mümkün deyil.

ABŞ Türkiyəyə və Azərbaycana həm də Qarabağı bağışlamaq istəmir. Bu da onunla bağlıdır ki, Vaşinqton və Paris oyundan kənarda qalıb. Bu ölkələr bir tərəfdən başqasının uğurunu öz adlarına çıxmağa öyrəşiblər, digər tərəfdən də işğal altında olan torpaqlarımızın qayıtması bu ölkələri bərk əndişələndirir.

Demokratiyanın əsas cəhətlərindən biri də qanuna və hüquqa, o cümlədən də beynəlxalq hüquqa hörmətdir. Azərbaycan nə edib? İşğal altındakı torpaqlarını azad edib, BMT TŞ-nın dörd qətnaməsinin tələblərini yerinə yetirib! Bəs okeanın o tayındakı və bu tayındakı ağalar nədən narazıdırlar?

Bəli, məsələ bundadır ki, onlar üçün BMT TŞ-nın tələbləri mövcud deyildi, bu ağalar hər dəfə danışıqlar üçün yeni bazis axtarırdılar. Biz də hər dəfə yazırıq ki, bu bazis TŞ –nın qətnamələri olmalıdır. Amma kimə deyirsən? Onlar üçün münaqişələr həll edilmək üçün yox, on illərlə davam etmək və təzyiq rıçaqı rolunu oynamaq üçün lazımdır...

İndi bizi demokratiya sammitinə dəvət etmirlər ki, Türkiyə və Azərbaycan haqqında yeni obraz formalaşdırsınlar. Biz nə etməliyik? Bir məsələni bilməlyik ki, bizə demokratiya kiməsə göstərilmək, kiməsə nümayiş etdirmək üçün lazım deyil. Öz xalqına və vətəndaşına hörmət edən bir hakimiyyət demokratiyaya xor baxmamalıdır, çünki indi 21-ci əsrdir, elə bir əsr ki, hətta heyvanların və bitkilərin də hüquqları qorunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam