Redaktor seçimi
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
Günün xəbəri

BMT Baş katibinin müraciəti yayılıb- Beynəlxalq Demokratiya Günü münasibətilə

BMT Baş katibi Antonio Quterreşin hər il sentyabrın 15-də qeyd olunan Beynəlxalq Demokratiya Günü münasibətilə müraciəti yayılıb.

Yenixeber.org:   Müraciətdə deyilir: “Bu gün demokratiya gününü qeyd edirik və mən bütün ölkələrin hökumətlərini təkidlə çağırıram ki, onlar insanların bu prosesdə fəal, substantiv və əhəmiyyətli iştirakını təmin etsinlər. İmkandan istifadə edərək bu il də xatırlatmaq istəyirəm ki, demokratiya insanların maraqlarının ifadəsi vasitəsidir. O, inklüziv, bərabərhüquqlu iştirak tələb edir ki, bu da sülhün təmin edilməsinin, dayanıqlı inkişaf və insan hüquqlarının əsas elementlərindən biridir”.

İnsan haqları üzrə Bəyannamədə qeyd olunur ki, “xalqın iradəsi hakimiyyətin əsası olmalıdır”. Məhz insan haqları konstitusion proseslərinin möhkəmlənməsinin impulsu və qlobal səviyyədə demokratik dəyərlərin və prinsiplərin qəbul olunmasına verilən töhfədir. Öz növbəsində, demokratiya insan hüquqlarının müdafiə olunduğu və reallaşdığı mühiti yaradır.

BMT-nin bəyanatında qeyd olunur ki, demokratiya vətəndaş cəmiyyəti və hökumət arasında davamlı dialoqa söykənir və hər bir ölkədə siyasi qərarların qəbul edilməsinə təsir edir. Səmərəli idarəetmə siyasi iştirak, vətəndaşların cəlb olunması və sosial dialoq kimi amillərə əsaslanır. Qloballaşma və texnoloji tərəqqi dövründə

bu cür yanaşma xüsusilə aktualdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam