Redaktor seçimi
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Günün xəbəri

“Rusiya nəfəs alan imperiyadır” -Solovyov Kremlin arzularını açıqladı

Son dövrlər Kremlə yaxın politoloqlar, publisistlər və jurnalistlər Rusiya imperiyasının bərpa ediləcəyini və bunun üçün əlverişli şəraitin yetişəcəyi tarixin heç də uzaqda olmadığını iddia etməyə başlayıblar. Hətta onlar bunu tarixi ədalətin bərpası kimi qələmə verirlər. 

Yenixeber.org: Dövlətin bütün informasiya imkanlarından yararlanan bu şəxsləri ictimaiyyətə sərbəst və müstəqil fikir sahibləri kimi sırımağa çalışırlar.

Belələrindən biri də ermənipərəst aparıcı Vladimir Solovyovdur. Heç şübhə yoxdur ki,Solovyovun söylədikləri rəsmi orqanların təbliğat planına daxildir. Kreml çox vaxt sözünü nəzarətində saxladığı belə şəxslər vasitəsilə arzularını çatdırır.

ABŞ-ın “The National İnterest” saytının redaktoru Ceykob Heylbrunla müsahibəsində Vladimir Solovyov Rusiya imperiyasının əvvəlki sərhədləri çərçivəsində bərpa edilməsinin zaman məsələsi olduğunu deyib. Və qeyd edib ki, bu hadisənin baş verməsi dövlətin başında kimin olacağından asılı deyil: “Əmin deyiləm ki, bu, yalnız Vladimir Putinin adı ilə bağldır. Hər şey daha mürəkkəbdir. Əgər siz bizim ölkənin tarixinə baxsanız, görərsiniz ki, Rusiya çox nadir imperiya tipidir. Nəfəs alan imperiyadır. Biz elə bil ki, nəfəs alıb, nəfəs veririk, yəni gah böyüyürük, gah da kiçilirik. Məsələn, 1917-ci ildə biz demək olar ki, mövcud deyildik, çox az bir hissəmiz qalmışdı. Və bu, bizim məktəb xəritələrimizdə qırmızı rənglə boyanmış kiçik vilayət idi. Bunu düşmən meşəsi əhatəsində olan rus ağacı adlandırırdılar. Sonradan bu ərazi böyüyərək nəhəngləşdi, sovet lideri İosif Stalinin rəhbərliyi altında nəhəng imperiyaya çevrildi.

Bu, əslində rus dili, rus mədəniyyəti, rus həyat tərzi, rus ədalət hissi idi. Biz özümüzünkü hesab etdiyimizi gec və ya tez, geri alırıq. Güc tətbiq etmək elə də vacib deyil, əsas olan rus mədəniyyətində mövcud olan birlik ideyası və özünəməxsus rus təhtəlşüurudur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam