Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Ərdoğan-Putun görüşündən -GÖZLƏNTİLƏR

Ərdoğan-Putun görüşündən GÖZLƏNTİLƏR

“Rusiya-Türkiyə əlaqələri çox genişdir və onların içində bəzi mövzular müzakirə olunub öz həllini tapacaq. Onların arasında olan əməkdaşlığın özünəməxsus xüsusiyyətləri var”.

Yenixeber.org: Bu sözləri politoloq Tofiq Zülfüqarov sentyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının rəhbəri Vladimir Putin arasında baş tutacaq görüşlə bağlı deyib.

Politoloq qeyd edib ki, Rusiya ilə Türkiyənin maraqlarının toqquşması mümükündür: “Hər iki dövlət başçısı kifayət qədər təcrübəyə malikdir. Bu görüşdən sonra bir çox mövzular öz həllini tapacaq. Həmin görüşdə dəhlizlər məsələsi də müzakirə olunacaq, çünki bu mövzu Azərbaycan və Türkiyə üçün çox önəmlidir. Dəhlizlər məsələsində Azərbaycan və Türkiyə öz mövqeylərini hər kəsə bildiriblər. Zəngəzur dəhlizi məsələsi gündəmdə olacaq. Həmin dəhlizin təhlükəsizliyini Laçında olduğu kimi Rusiya hərbiçiləri təmin etməlidir”.

T.Zülfüqarov vurğulayıb ki, ölkə başçıları Qarabağda hazırki vəziyyətlə bağlı danışıqlar apara bilər: “Rusiya sülhməramlıları təhlükəsizlik mövzuları ilə məşğul olmalıdır. Monitorinq mərkəzi vasitəsi ilə atəşkəsə nəzarət ediləcək. İqtisadi mühitin qorunması ilə bağlı danışıqlar aparıla bilər. Ümumi olaraq terrorçu dəstələrin Azərbaycanın torpaqlarından çıxarılmasının vacibliyi yenidən vurğulanacaq. İstənilən ölkənin vətəndaşının qeyri-qanuni yollarla Azərbaycan torpağına daxil olması yol verilməzdir. Yəni bu məsələlərin hər biri öz həllini tapacaq. Bölgədə sabitliyin bərqərar olması məqsədi ilə Azərbaycanla Ermənsitan arasında olacaq sülh müqaviləsi haqqında müzakirələr gedə bilər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam