Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“PAŞİNYAN QARABAĞA GETSƏYDİ...” –“Hər hansı tarixdə belə səfər fəlakətlə nəticələnər”

“Tutaq ki, Nikol Paşinyan Qarabağa getdi və “respublika”nın (Qondarma qurum nəzərdə tutulur-red.) təhlükəsizliyini təhdid altında qoydu. Bu, doğru olardı, ya yox?”

Yenixeber.org:  Erməni mətbuatına açıqlamasında bu fikirləri söyləyən tanınmış politoloq Arqişti Kiviryan Paşinyanın ümumiyyətlə, hər hansı bir tarixdə Qarabağa səfər etməsinin Ermənistan və Qarabağdakı ermənilər üçün böyük fəlakətlə nəticələnə biləcəyini deyib. Politoloqun fikrincə, artıq Qarabağa Ermənistandan kimin gedib-getməyəcəyini İrəvan yox, Moskva təyin edir: “9 noyabr sazişinin imzalanmasından sonra “artsax”-ın (Qarabağ-red.) təhlükəsizliyinin faktiki təminatçısı Moskva oldu və qlobal miqyasda baxsaq, Qarabağa kimin gedib-getməməsi Moskvada həll olunur. 9 noyabrdan sonra bu məsələ İrəvanda yox, Moskvada həll olunur.”

 

 

Kiviryan Paşinyanın vaxtilə Qarabağa səfər etməsini böyük məsuliyyətsizlik adlandırıb və deyib ki, bunun nəticəsi ermənilərə yaxşı məlumdur: “Vaxtilə getdi və “Qarabağ Ermənistandır” dedi və biz hamımız bunun nəylə nəticələndiyini yaxşı bilirik. Bütün bu bəyanatlar və məsuliyyətsiz hərəkətlər İkinci Qarabağ Müharibəsinə gətirib çıxardı. Əgər indi də Stepanakertə (Xankəndi-red.) getsə və öz tərzində yenə “Qarabağ Ermənistandır” desə, təxribatlar başlayacaq və bu gün “o niyə getmədi” deyənlər “axı, o niyə getdi” deyəcəklər”.

Politoloq deyib ki, ermənilər üçün indi olduqca mürəkkəb situasiya yaranıb: “İndi hər bir məsuliyyətsiz addım erməni xalqı üçün ən yeni kataklizmlərə səbəb ola bilər, xüsusilə nəzərə alsaq ki, bu gün təhlükəsizliyimizin qarantı – ordu yoxdur!”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam