Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Paşinyan Qarabağa öz adamını yerləşdirmək istəyir - Politoloq rəyi

 

 Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər etməsində bir neçə məqsədi var.

Yenixeber.org:  İşğal altındakı Dağlıq Qarabağda müxtəlif dırnaqarası yarışlar keçirməklə Qarabağdakı separatçı rejimi beynəlxalq aləmə “müstəqil” qurum kimi tanıtdırmağa çalışırlar. Amma ortada heç bir nəticə yoxdur.

Bunu açıqlamasında politoloq Elxan Şahinoğlu N.Paşinyanın Dağlıq Qarabağa avqustun 5-də gözlənilən qanunsuz səfərini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Ermənistanın qondarma rejimi “müstəqil dövlət” kimi tanıtdırmaq cəhdlərinin heç vaxt nəticəsi olmayacaq, çünki beynəlxalq aləm Azərbaycanın ərazi bütövlüyünü tanıyır.

Politoloq qeyd edib ki, N.Paşinyanın başqa məqsədi də var, bu da Dağlıq Qarabağdakı separatçıları zəiflətməkdir:

“Bilirsiniz ki, gələn il Dağlıq Qarabağda qondarma “prezident seçkiləri” keçiriləcək. Paşinyanın məqsədi odur ki, öz adamını Qarabağ “rəhbərliyi”nə gətirsin. Çünki hazırkı Qarabağ “rəhbərliyi” Paşinyana tabe deyil.

Bununla belə, qondarma rejim Ermənistana tabedir və Ermənistan ordusu Azərbaycanın işğal altındakı torpaqlarında yerləşdirilib. Amma Qarabağ separatçıları Paşinyandan çox, Yerevandakı “Qarabağ klanı”na – Robert Koçaryan və Serj Sarkisyan cütlüyünə tabedirlər. Bu da Paşinyanı narahat edir”.

O əlavə edib ki, N.Paşinyanın Qarabağ separatçılarının başına öz adamını gətirməsi isə çox çətin məsələdir:

“Çünki işğal altındakı torpaqlarda daha çox Yerevandakı “Qarabağ klanı”nın mövqeləri güclüdür. Paşinyan da istəyir ki, səfərlər, orada edəcəyi çıxışlar vasitəsi ilə Qarabağdakı erməniləri öz tərəfinə çəksin”.

E.Şahinoğlunun fikrincə, Azərbaycan bu səfərlərə görə Ermənistana daha da sərt üzünü göstərməlidir:

“Çünki bilirik ki, son illər səfərlər hava nəqliyyatı üzərindən həyata keçirilir. Halbuki əvvəllər bu səfərlər quru yolla edilirdi. Əvvəllər Xankəndi hava limanını istifadəyə vermək istəyəndə Azərbaycanın sərt mövqeyi ilə üzləşdilər. Beynəlxalq aləm də, aviasiya şirkətləri də Azərbaycanı dəstəklədi”.

Bir müddət əvvəl Ermənistanın Baş naziri N.Paşinyan bəyan edib ki, avqustun 5-də Dağlıq Qarabağa gələcək və Xankəndinin mərkəzi meydanında geniş nitq söyləyəcək. Səfər “ümumerməni oyunları”nın açılış mərasimi ilə bağlıdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam