Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Rus turistlər Ermənistandan üz çeviriblər –İranlıların isə marağı daha da artıb...

Ermənistanın rəsmi statistika qurumu ölkənin turizm sektorundakı vəziyyətlə bağlı 2020-ci il və cari ilin 6 ayına aid göstəriciləri açıqlayıb. 

Yenixeber.org: Qurumun yaydığı hesabatda turist kimi Ermənistana gələnlərin sayında kəskin azalmanın baş verdiyi qeyd olunur. Maraqlıdır ki, ötən il karantin qadağaları və müharibə faktoruna baxmayaraq, Ermənistana builkindən daha çox turist gəlib.

Sənəddə göstərilir ki, 2020-ci ildə Ermənistana 2019-cu illə müqayisədə 1.5 milyon nəfər, yəni 80.2 faiz daha az turist gəlib. 2021-ci ilin ilk 6 ayında isə ölkəni ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 70 min nəfər, yəni 23 faiz az turist ziyarət edib. Baxmayaraq ki, 2020-cilin birinci yarısı demək olar bütünlüklə karantin qadağaları ilə müşayiət olunub, cari ildə isə həmin qadağalar xeyli yumşaldılıb. Statistika idarəsi xüsusilə Rusiyadan gələn turistlərin sayında kəskin azalmanın olduğunu qeyd edir. Bildirilir ki, ölkəyə ilin ilk 6 ayında cəmi 93 min rusiyalı turist gəlib. Bu da ötən illə müqayisədə 23 faiz azdır. Görünür, xüsusilə müharibədən sonra məğlub və kasıb Ermənistan rusları az maraqlandırır.

Ancaq maraqlıdır ki, Rusiyadan fərqli olaraq, İrandan Ermənistana gələnlərin sayı kəskin şəkildə artıb – 2.4 dəfə. Belə ki, ilin ilk 6 ayında Ermənistana 27 min iranlı gəlib. Bu, bir tərəfdən müharibə dövründə və ondan sonra İranla Ermənistanın “dostluq və qardaşlıq” münasibətlərinin daha da güclənməsindən irəli gəlirsə, digər tərəfdən də iranlıların Ermənistanda pulsuz peyvənd olunmaq istəyilə əlaqədardır. Belə ki, Ermənistana gələn iranlılar burada öz ölkələrindən fərqli olaraq, “COVİD-19”-a qarşı asanlıqla pulsuz peyvənd oluna bilirlər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam