Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Azərbaycandan üz döndərən iranlı turistlər Türkiyəyə gedir –RƏQƏMLƏR


 

Türkiyə dünyada ən çox səfər edilən 10 ölkədən biri elan edilib. Bu ilin dörd ayında qonşu dövlətə 180 ölkədən 7,8 milyon turist gedib.

Yenixeber.org: Türkiyəyə ən çox İran vətəndaşları səfər edib.

Hesabat dövründə Türkiyəyə 858 min 17 nəfər iranlı gedib. Sonrakı sırada 671 min 665 nəfərlə Almaniya, 651 min 228 nəfərlə Gürcüstan, 579 min  644 nəfərlə Bolqarıstan, 524 min 369 nəfərlə Rusiya vətəndaşları yer alıb. Göstərilən dövrdə Türkiyə İsrail, Çin, Yunanıstan, Rumıniya, Ukrayna və Azərbaycandan isə 100 min nəfər turist qəbul edib.

Qazaxıstan, Türkmənistan, ABŞ, Belçika, İtaliya, İsveç, Makedoniya, Polşa üzrə bu rəqəm 50 min nəfər təşkil edib. Müqayisə üçün bildirək ki, cari ilin yanvar-may ayları ərzində Azrəbaycana İrandan gələnlərin sayında 11,3 faiz azalma müşahidə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-may aylarında Körfəz ölkələrindən (İran istisna olunmaqla) gələnlərin sayında daha çox artım müşahidə edilib.

Ötən ilin yanvar-may ayları ilə müqayisədə ölkəmizə gələn Küveyt vətəndaşlarının sayı 6 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2,4 dəfə, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 1,9 dəfə, İraq vətəndaşlarının sayı 1,5 dəfə, Oman vətəndaşlarının sayı 32,4 faiz, Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı 6,8 faiz artıb.(oxu.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam