Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Qarabağla alver olmayacaq və... nida işarəsi! -Bakıdan sillə kimi mesaj

 

Moskva və Tehrana simmetrik etirazların əsas motivi: Azərbaycan işğala 30 il dözdüyü kimi, 10 noyabr sənədinin reallaşmasını da 30 il gözləməyəcək! Rusiyalı politoloq: “Moskva Qarabağda qəliz duruma düşüb...”   

Yenixeber.org: 10 noyabr 2020 və 11 yanvar 2021-ci-ci il tarixli üçtərəfli sazişlərdən sonra ilk dəfə Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə açıq etiraz bildirdi. Hərbi nazirlik srağagün yaydığı açıqlamada Rusiya sülhməramlı qüvvələrinin Qarabağda müvəqqəti yerləşdiyini (!) xatırladaraq, Moskvanın imzaladığı bəyanatlara riayət etmədiyi, sülhməramlı qüvvələrin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasını təmin eləmədiyini (kapitulyasiya aktının 4-cü bəndi), üstəlik, yeni qanunsuz erməni postlarının yaradılmasına şərait yaratdığını bildirdi.

Bu, şübhə yox ki, quruca bir nazirliyin yox, bütövlükdə rəsmi Bakının ilk açıq etirazıdır. Bununla Azərbaycan hərbi-siyasi rəhbərliyi ən əvvəl mesaj verir ki, məğlub olan, işğalçı ordusu darmadağın edilən Ermənistanın hələ də yuxarıdan “getməsinin”, özün hətta ara-sıra qalib ədası ilə aparmasının yeganə səbəbi Rusiyadır, onun davranışdır.

Təsadüfi deyil ki, Moskvanın himayəsindən ruhlanan Ermənistan XİN Müdafiə Nazirliyimizin məlum bəyanatına özünə xas həyasızlıqla reaksiya verib. Ermənistan XİN 10 noyabr sənədini özünə sərfəli şəkildə təftiş edərək iddia edib ki, guya sənəd erməni işğalçı qoşunlarının Dağlıq Qarabağdan yox, yalnız ona bitişik ərazilərdən çıxmasını nəzərdə tutur və qanunsuz birləşmələr Rusiya hərbçiləri ilə birgə “artsax xalqı”nın əsas qarantı kimi orada həmişəlik qalacaqlar. Başqa sözlə, İrəvan misilsiz sırtıqlıqla, üstəlik, Azərbaycan dövlətinin adından, onun qanuni əraziləri ilə bağlı qərar vermək cəsarəti sərgiləyir.

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginlik barədə açıqlama  verdi

Əlbəttə ki, “arxalı köpək qurd basar” məntiqi ilə. Arxada isə deyəsən, təkcə Rusiya dayanmayıb, başqalarının da uzun “qulaqları” görünür - üzdə bizə “dost-qardaş” deyib, arxada ayağımızın altını qazıyanların... 

*****

Təcrübə də göstərir ki, yalançı və qorxağın təki olan erməni xaricdən, böyük dövlətlərdən stimul, vəd almadan heç vaxt belə “əjdahaya” dönmür. Bu mənada başqa bir diqqətçəkici məqam eyni gündə rəsmi Bakının İrana etiraz notası təqdim etməsidir.

Notada İran tərəfinə məxsus maşınların Azərbaycan dövlətinin razılığı olmadan Laçın dəhlizi vasitəsilə Qarabağa müəmmalı yüklər daşımasını dayandırmaq tələb olunur. Aydın məsələdir ki, onları qanunsuz şəkildə ərazimizə buraxan Rusiya “sülhməramlılarıdır”. Demək, etiraz yenə həm də Moskvaya, Rusiya sülhməramlılarının rəhbərliyinə ünvanlanıb.

Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib -  "İki sahil"

Bütün bunlar, Moskva və Tehrana verilən kritik mesajlar o anlama gəlir ki, Bakı Qarabağla bağlı heç bir alverə imkan verməyəcək, öz qanuni haqlarından zərrəcə geri durmayacaq və nida işarəsi! Qoy kimsə də xam xəyallara qapılıb, təzədən “erməni kartı” ilə üstümüzə gəlməyə cəsarətlənməsin, bizə qarşı yeni oyunlar qurmağa çalışmasın. Azərbaycan 90-cı illərin dövləti deyil. Qardaş Türkiyə yanımızda, “Dəmir yumruq” da ki, yerində...

*****  

Ola bilsin bizi təkləməyə çalışacaqlar" - Elxan Şahinoğlu

Elxan Şahinoğlu 

 

Bu xüsusda politoloq Elxan Şahinoğlu da tam haqlıdır deyəndə ki: “Azərbaycan Müdafiə Nazirliyi artıq etiraf edib ki, Rusiya Ermənistanla birgə üçtərəfli bəyanatın müddəalarını pozur. Müdafiə Nazirliyinin açıqlamasının son cümləsi belədir: ”Rusiya Federasiyası sülhməramlı qüvvələri üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq müvəqqəti dislokasiya olunduqları Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin yerləşdirilməsi hallarına son qoymalıdır". Bu açıqlama havada qalmamalıdır. Açıqlamada yazıldığı kimi, “Azərbaycan Ordusu tərəfindən bütün adekvat tədbirlərin görülməsi təmin olunacaq”. Laçın dəhlizi nəzarətə götürülməli, Qarabağdakı separatçılar tərk-silah olunmalıdır - bunun başqa alternativi yoxdur".

Lap dəqiqi, erməni tərəfinə bir daha hərbi gücümüzü göstərməyin zamanı çatıb. Lakin buna lüzum qalmaya bilər, əgər Rusiya və 9 aydır onun arxasında gizlənib “xoruzlanan” Ermənistan götürdükləri yazılı öhdəliklərə əməl eləsə, Moskva erməniləri ümidləndirərək onlara yeni ordu qurmağa girişməsə (Rusiya müdafiə naziri Sergey Şoyqunun srağagün Moskvada erməni həmkarı Arşak Karapetyana qılınc hədiyyə edərək, zarafatyana “artıq Ermənistana silah tədarükü başladı” deməsinə diqqət!) Ancaq qeyri-dostlar və düşmənlər düşünməsin ki, Azərbaycan işğala 30 il dözdüyü kimi, 10 noyabr sənədinin reallaşmasını da 30 il gözləyəcək. Belə şey olmayacaq!

*****

“Rusiya Qarabağda qəliz duruma düşüb”.

Qriqori Trofimçuk: “Mixail Qorbaçov Azərbaycan üçün ikinci Hitlerdir” |  Alpaninfo

Qriqori Trofimçuk

 

Bu sözləri tanınmış rusiyalı politoloq Qriqori Trofimçuk Minval.az-a açıqlamasında deyib.

“Pis olan odur ki, Qarabağda yerləşən rus sülhməramlıları uzun müddətdir qeyri-rəsmi şəkildə Bakını razı salmır və getdikcə İrəvanı da daha az qane edir. O İrəvan ki, sanki keçən ilin noyabr razılaşmasını, tökülən qanları unudub və yenə döyüşə can atır, o cümlədən rəsmi bəyanatlar səviyyəsində. Bu yerdə mənə noyabr anlaşmasından dərhal sonra söylədiyim fikri təkrarlamaq qalır: Rusiya son dərəcə qeyri-sabit olan çox qəliz hərbi-siyasi vəziyyətə düşüb və aranın qarışmaması üçün o, çoxlu səy göstərməli olacaq ki, hər kəs üçün və eyni zamanda hər kəsə qarşı müharibəyə cəlb olunmasın”, - deyə politoloq qeyd edib.

Onun sözlərinə görə, rəsmi Bakı üçün Qarabağın statusu məsələsi prinsipial olaraq mövcud olmasa da, prosesin digər iştirakçıları Azərbaycanın beynəlxalq qanunlarla təsbit edilmiş ərazisi kimi tanınan torpaqları Bakıya təhvil verməyə heç də hazır deyillər. “Qısası, konkret bir dalan vəziyyəti, təxirə salınmış problem var. Atəşkəsə əslində artıq heç kim riayət etmədiyi üçün müharibənin davam edib bölgəni partlatmasından narahat olmaq lazımdır”, - rusiyalı ekspert əlavə edib.

Ancaq yeni müharibəni önləməyin etibarlı yolu bəlli: Azərbaycanın yerdə qalan halal torpaqlarının da ona qeyd-şərtsiz qaytarılması, sonuncu erməni silahlısının ərazimizi tərk eləməsi...   

*****

Bu arada Ermənistanın baş naziri Nikol Paşinyan yenə də sülhpərvər “çuxası” geyərək, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməyə və Qarabağla bağlı danışıqlar aparmağa hazır olduğunu açıqlayıb. O, İrəvanın ATƏT-in Minsk Qrupundan konkret təkliflər gözlədiyini də bildirib. Həmçinin əlavə edib ki, regional kommunikasiyaların açılması üçün Ermənistan, Rusiya və Azərbaycan baş nazir müavinlərinin üçtərəfli komissiyasının işini bərpa etməyə hazırdır.

Diqqət edin, yenə köhnə hava, real iş əvəzinə şablon bəyanat, vaxt uzatmaq cəhdi, özünü məğlub tərəf kimi yox, ən azı müharibədən uduzmayan ölkə olaraq çıxmış tərəf kimi aparmaq çabası. Bu şeytana bir daha xatırlatmaq lazım gəlir: status məsələsi tarixin zibilliyindədirsə, Qarabağla bağlı İlham Əliyevlə hansı danışıqları aparacaqsan? Yaxud bədnam Minsk Qrupu bundan sonra bölgəyə hansı “konkret təkliflər” gətirə bilər ki? 30 ildə verdiyi “təklifləri”? Artıq onlar da statusun olduğu yerdə - tarixin zibilliyindədir...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam