Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

“BİZ SİZİ MAYDA GÖZLƏYİRDİK...” –“Sərhədlərimizdə stabil ağır vəziyyət qalmaqdadır”

Ermənistanın yeni təyin olunmuş müdafiə naziri Arşak Karapetyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zasla görüşündə belaruslu həmkarına bir xeyli gileylənib.

Yenixeber.org: Yeni nazirin S.Zasla görüşünü işıqlandıran erməni mediası Karapetyanın açıq şəkildə KTMT-nin fəaliyyətindən narazılığını ifadə etdiyini yazır. Belə ki, S.Zası İrəvanda qəbul edən nazir KTMT-nin baş katibinə deyib: “Biz sizin səfərinizi mayda (Azərbaycan-Ermənistan sərhədində gərginlik yaranan ilk dövrdə-red.) gözləyirdik. Həmin vaxt Ermənistan üçün kifayət qədər gərgin dövr idi, ancaq təəssüf ki, sizin səfəriniz baş vermədi. Bu gün bizim sərhədlərimizdə stabil ağır vəziyyət qalmaqdadır...” 

Ardınca Azərbaycan tərəfini sərhədi pozmaqda günahlandıran nazir Ermənistanın “məsələni güc yolu ilə həll etmək” bacarığının olduğuna dair sərsəm fikirlər səsləndirib. Ancaq Ermənistanın bu cür boş hədə-qorxularına öyrəşdiyimizdən və 44 günlük müharibədə ermənilərin nəyə qadir olduqlarına, eləcə də müharibədən sonra erməni ordusundan nə qaldığına bələd olduğumuzdan bu hədə-qorxulara önəm verməyə dəymir. Odur ki, bu açıqlamada əsas məqam Paşinyan hökumətinin Rusiyadan və onun rəhbərlik etdiyi KTMT-dən narazılığını açıq şəkildə ifadə etməsidir. Məlum məsələdir ki, Karapetyan özünün yox, Paşinyanın sözünü deyir. Paşinyansa Rusiyaya özünün açıq mətnlə ifadə edə bilmədiyi narazılığı nazirin dili ilə çatdırır.

 

 

Yeni müdafiə naziri KTMT rəhbəri ilə görüşdəki çıxışında həmçinin bildirib ki, KTMT-nin böhran situasiyalarına reaksiyası və qərarların qəbul edilməsilə bağlı operativlik səviyyəsi müasir dövrün tələblərinə cavab vermir. Yəni müdafiə naziri demək istəyir ki, Ermənistan istər 44 günlük müharibəyə, istərsə də sərhəddə yaranmış qarşıdurmalara Rusiyanın başçılığı ilə KTMT-nin dərhal müdaxilə etməsini və Azərbaycanı “cəzalandırmasını” gözləyib, lakin bu gözləntilər özünü doğrultmayıb. Əslində, Paşinyanın yeni müdafiə nazirinin dili ilə söylədikləri KTMT-dən çox erməni əhalisinə hesablanıb. Məqsəd bir daha Rusiyanın etibarlı tərəfdaş olmadığını, Fransaya və ümumilikdə Qərbə yönələn siyasətin daha doğru olduğunu göstərməkdir.

Onu da qeyd edək ki, ümumilikdə son günlər Ermənistanın Rusiya ilə hərbi rəhbərliklər səviyyəsində görüşləri xeyli intensivləşib. Belə ki, KTMT rəhbərinin İrəvana səfərindən dərhal sonra Rusiya müdafiə naziri Sergey Şoyqu Karapetyanı Moskvaya çağırıb. Bu təmasların nəyə hesablandığı və nəylə nəticələnəcəyini isə yəqin ki, yaxın günlərdə görəcəyik.

 

“azpolitika”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam