Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

KTMT-nin Baş katibi: -"Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib"

KTMT-nin Baş katibi: Ermənistanla Azərbaycan arasında sərhəd məsələsinin tənzimlənməsində siyasi imkanlar tükənməyib

“Biz hesab edirik ki, Ermənistanla Azərbaycan arasında sərhəd münaqişəsinin tənzimlənməsi ilə bağlı siyasi imkanlar tükənməyib”.

Yenixeber.org: “Armenpress” xəbər verir ki, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas Ermənistanın Ararat vilayətindəki hərbi hissələrdən birində jurnalistlərlə söhbətində bildirib.

O qeyd edib ki, məsələnin həlli üçün Azərbaycan-Rusiya-Ermənistan formatında fəaliyyət vacibdir.

S.Zas deyib ki, vəziyyət KTMT-nin diqqətindədir və təşkilat Ermənistanın dövlət strukturları ilə birlikdə sərhəddə monitorinq həyata keçirir.

Onun sözlərinə görə, sərhəddəki qarşıdurma regional təhlükəsizliyin qurulması, Ermənistan, Azərbaycan və Rusiya liderlərinin əldə etdiyi razılaşmanın reallaşmasını mürəkkəbləşdirir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam