Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

Rusiya dənizdən və qurudan “hücuma keçir” – Hədəf Xəzər, Qara dəniz və Ermənistandır...

Rusiya bu gündən etibarən Xəzərdə, Qara dənizdə, Ermənistanda və hərbi bazalarının olduğu bir sıra digər məntəqələrdə təlimlərə başlayıb.
Yenixeber.org: Sözgedən hərbi təlimlərin sentyabrın 15-dək davam edəcəyi bildirilib.
Maraqlıdır, bir aydan çox təlimlərin keçirilməsinə dair qərarın qəbul edilməsi nəyə işarədir? Xüsusilə seçilən mövqelər hansısa məna daşıyırmı? Təlimlərin baş tutması Ermənistana dəstəyi ehtiva edə bilərmi?
Politoloq Elman Vəliyev Rusiyanın son zamanalr həbi təlimlərin intensivliyini artırdığını bildirib. Müsahibimiz bunun dünyaya mesaj olduğunu düşünür:
"Rusiya hərbi gücünü göstərməklə aşkar şəkildə mesaj verir. Yəni "bizə qarşı ola biləcək təhlükələrə daim hazırıq və bu təhlükələri dəf etmək gücünə də malikik". Rusiya daha əvvəl 2017-ci ildə Zapad-2017 təlimləri, 2018-ci ildə də Vostok 2018 təlimləri keçirmişdi. Bu məqamlara diqqət edək. 2017-2018-ci ildəki təlimlər genişmiqyaslı idi. O təlimlər Belarusda, Rusiyanın qərbində, sonra da Sibirdə keçirilmişdi. Həmin vaxt Rusiya ilə Qərbin münasibətləri gərginləşmişdi, Krım məsələsi gündəmdə idi. Rusiya o dövrdə sanki bir gözdağı vermək niyyətinə düşmüşdü".
Politoloq Rusiyanın indi də Qafqaz cəbhəsindən təhlükə gözlədiyini diqqətə çatdırıb:
"2021-ci ildəki Rusiyanın təlimləri isə daha çox Cənubi və Şimal Qafqazda cərəyan edən proseslərlə bağlıdır. Çünki gərginlik, ola biləcək təhlükələr Qafqaz cəbhəsindədir. Eyni zamanda həm quru, həm də su təlimləri də diqqət mərkəzindədir. Yeni təlimlərin keçirilməsi həm Rusiyanın narahatlığından, həm də güc nümayiş etdirmək istəyindən irəli gəlir. İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda proseslər bir xeyli qarışdı. Həm region dövlətlərinin, həm Avropa İttifaqı dövlətlərinin, həm də ABŞ-ın son proseslərdə maraqlarının artması buna səbəbdir. Rusiyanın avqust-sentyabr aylarında təlimlər keçirmək planı NATO-nun "Agile spirit 2021- Çevik ruh" hərbi təlimlərində sonraya hesablanıb. NATO-nun belə bir əhəmiyyətli təlim keçirməsi Rusiya üçün narahatedicidir. 15 müttəfiq və tərəfdaş dövlətlə birgə təlim balansda fərqlər yarada bilər. Rusiya bunun fərqindədir".
Ekspert Rusiyanın Ermənistanda təlim keçirməsini İrəvana "gözdağı" kimi qiymətləndirib:
"Rusiyanın Ermənistandakı bazasında da təlimlər keçirməsi zənn etmirəm ki, Ermənistana dəstək məqsədi ilə həyata keçirilsin. Bunun əsas məqsədi bölgədə marağı olan dövlətlərə mesaj verməkdir. Həmçinin də Ermənistanın yanlış bir addım atıb Qərbə üz tutmasına, Qərbin Ermənistanı öz tərəfinə çəkmək planına etirazdır".(sfera) 
Əzizə Zeynal

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam