Redaktor seçimi
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Günün xəbəri

İRANA XOCALI ÇAĞIRIŞI... –“Sahibə xanımın bu addımı mühüm əhəmiyyətə malikdir”

"Milli Məclisin sədri Sahibə xanım Qafarova İran İslam Şurası Məclisinin sədri Məhəmmədbaqer Qalibaf ilə görüşdə gələn il fevral ayının 26-da Xocalı soyqırımının 30-cu ildönümünün tamam olacağını xatırladaraq, bu ölkənin parlamentini də soyqırımla bağlı sənəd qəbul etməyə çağırdı. Qeyd etdi ki, bu cür insanlıq əleyhinə törədilmiş cinayətlərə hüquqi-siyasi qiymətin beynəlxalq səviyyədə verilməsi çox vacibdir".

Yenixeber.org: Bunları Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib. 

Millət vəkili spiker S.Qafarovanın İranda keçirdiyi görüşlərin və qaldırdığı məsələlərin dövlətlərarası münasibətlərin inkişafında xüsusi əhəmiyyətə malik olduğunu vurğuladı. Komitə sədri, bu baxımdan Xocalı soyqırımının İran parlamenti tərəfindən tanınması ilə bağlı məsələ qaldırılmasının vacibliyini qeyd edib. "Məlumdur ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinin dünya səviyyəsində tanıdılması istiqamətində ciddi səylər göstərib. Bu məsələ dövlət siyasətinin prioritetlərindən birinə çevrilib. 2008-ci ildə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın beynəlxalq miqyasda başlatdığı "Xocalıya ədalət" kampaniyası böyük uğur qazanıb. Nəticədə, bir neçə ölkənin parlamentində soyqırımla bağlı sənəd qəbul edilib, erməni vandalizmi pislənib, lənətlənib", - deyə millət vəkili bildirib. 

 

 

S.Qurbanov xatırladır ki, bu günə qədər Pakistan, Kolumbiya, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras, Rumıniya, Sudan, Panama, Qvatemala, Latviya, Sloveniya, İordaniya, Cibuti parlamentləri, o cümlədən ABŞ-ın Texas, Nyu-Cersi, Corciya, Men, Nyu-Meksiko, Arkanzas, Missisipi, Oklahoma, Tennessi , Pensilvaniya, West Virginia, Connecticut, Florida, Arizona ştatları Xocalı soyqırımını rəsmən tanıyıblar.

Bundan başqa 57 ölkənin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı da Xocalı soyqırımını tanıyıb. Bununla bağlı təşkilatın bir neçə qətnaməsi var. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın dünya ictimaiyyətinə Xocalı soyqırımını, Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətləri çatdırması zəruridir. 

Bununa belə komitə sədri vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ədalətin bərqərar olmasında müstəsna rol oynayıb: "Azərbaycan ərazi bütövlüyünü təmin etmək üçün təməl hüquqlarından biri - güc tətbiq etmək hüququndan yararlandı və növbəti dəfə sübut olundu ki, hazırki beynəlxalq münasibətlər sistemində, təəssüf ki, ədaləti bərqərar etməyin ən yaxşı yolu elə budur".

Sadiq Qurbanov Birinci-vitse prezident Mehriban Əliyevanın Xocalı soyqırımı haqqında dediyi fikirlərdən misal çəkib: "Mehriban xanım çıxışlarının birində demişdi ki, düşmən Xocalı soyqırımını törətməklə bizim mübarizə əzmimizi sındırmağa çalışmışdı, amma buna nail ola bilmədi. Azərbaycan xalqı toparlanıb düşmənə layiqli cavabı verdi və ədaləti bərqərar etdi".

Komitə sədrinin sözlərinə görə, Xocalı soyqırımının tanınmasına qarşı müqavimətdə ikili standartlar, o cümlədən "xristian həmrəyliyi" mühüm rol oynayıb. "Bu baxımdan, gərək, müsəlman ölkələri bu məsələdə birlik nümayiş etdirsinlər, ədalətdən yana olsunlar. Sahibə xanım Qafarovanın İran parlamentinin sədrinə Xocalı çağırışı etməsi müstəsna əhəmiyyət daşıyır. Hesab edirəm ki, həm İran, həm də soyqırımı parlament səviyyəsində tanımayan, bu barədə sənəd qəbul etməmiş ölkələr də, nəhayət, müvafiq addımlar atacaqlar", - deyə millət vəkili vurğulayıb.

"AzPolitika.info"


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam