Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu ölkə parlamentində Xocalı barədə bəyanat qəbul edilib

Kolumbiya Senatının Xarici əlaqələr daimi Komissiyası və yuxarı palatada fəaliyyət göstərən Kolumbiya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilib.
Yenixeber.org: Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, senatın birinci vitse-spikeri, adıçəkilən daimi komissiyanın sədri və çoxsaylı senatorlar tərəfindən imzalanmış sənəddə 1992-ci ilin 26 fevral tarixində azərbaycanlı mülki əhaliyə qarşı Xocalı şəhərində soyqırımı törədildiyi, bu zaman 63-ü azyaşlı uşaq, 106-sı qadın və 70-i yaşlı olmaqla 613 nəfər dinc sakinin qətlə yetirildiyi qeyd olunub.

Sənəddə bir sıra dünya ölkələrinin qanunverici orqanları tərəfindən tanınmış Xocalı soyqırımının 29-cu ildönümünün Kolumbiya Senatı tərəfindən qeyd edildiyi və faciə qurbanlarının xatirəsinin anıldığı bildirilib.

Bəyanatda həlak olmuş soydaşlarımızla əlaqədar dost ölkə Kolumbiyanın Azərbaycan hökumətinə, xalqına həmrəyliyi və başsağlığı diləkləri çatdırılıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam