Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Paşinyanın Rusiyanı savaşa çəkmək planı pozulur: -Azərbaycan ordusu heç bir müqavimətlə üzləşməyəcək

 

Erməni hərbi mənbələri etiraf edirlər ki, Ermənistan ordusunun hazırda hətta indiki mövqelərini belə, qorumağa gücü və döyüş qabiliyyəti yoxdur; Azərbaycan ordusu hərəkətə gətirilərsə, Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüraları Rusiyanın müşahidəsi altında birdəfəlik sona çata bilər...  

Ermənistan baş naziri Nikol Paşinyan “hərbi-siyasi avantüra ustası” olduğunu artıq dəfələrlə sübut edib. O, ən etibarsız və sürüşkən siyasətçi kateqoriyası üzrə bütün mərhələləri artıq keçib. Və bundan sonra ona hansısa məsələnin həllində güvənmək üçün yalnız sadəlövh olmaq lazımdır.

Yenixeber.org: Vaxtilə ilk dəfə seçkilərdə qalib olub, hakimiyyətə gələrkən gizli kanallarla Azərbaycandan zaman istədi. Söz verdi ki, siyasi hakimiyyətinin təhlükəsizliyini təmin etdikdən sonra 30 illik münaqişənin nizamlanmasında konstruktiv mövqe tutacaq. Və rəsmi Bakı da ona belə bir zaman tanıdı.

Baş nazir N.Paşinyan öz siyasi hakimiyyətini möhkəmləndirdikdən sonra tamamilə fərqli mövqedən çıxış etməyə başladı. Hətta özündən əvvəlkilərdən – Robert Köçəryan və Serj Sarkisyandan belə, irəli gedərək, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə sülh danışıqlarını ümumiyyətlə, iflis vəziyyətinə saldı. Bunun əvəzindəsə, aqressiv və avantürist açıqlamalarla regional gərginliyin artmasına səbəb oldu. Sərhəd bölgəsində və təmas xəttində hərbi təxribatlar törədərək, münaqişənin yenidən alovlanmasına yol açdı.

1406055.jpg (102 KB)

Buna oxşar vəziyyət ötən ilin sonlarında və bu ilin ilk yarısında da təkrarlandı. Belə ki, Ermənistanın savaşda biabırçı məğlubiyyəti onun baş nazir kreslosunu ciddi şəkildə silkələdi. Baş nazır N.Paşinyan hakimiyyəti itirmək təhlükəsi ilə üzləşdi. Və yenə də üçtərəfli anlaşmaları yerinə yetirməyə hazır olduğunu vurğuladı.

Amma bunun üçün növbədənkənar seçkilərdə qələbə qalanmalı olduğuna eyhamlar vurdu. Üçtərəfli anlaşmaları yerinə yetirmək üçün zaman istədiyinin üstüörtülü mesajlarını verdi. Yenə də zaman qazanmağa nail oldu, hakimiyyətini qoruya bildi.

Hətta Rusiya prezidenti Vladimir Putin erməni baş naziri seçki qələbəsi münasibətilə təbrik edərkən, “xalqdan alınan dəstəyi üçtərəfli anlaşmaların icrası istiqamətində siyasi iradə tələb edən qərarların qəbuluna yönəltməyi” məsləhət gördü. Və bir çoxları erməni baş nazirin Kreml sahibinin bu məsləhətinə həssas yanaşacağını düşünürdü.

Halbuki hazırda bunun tam əksi müşahidə edilməyə başlayıb. Ermənistan baş naziri Kreml sahibini aldatmağa çalışır. Erməni baş nazir açıq-aşkar Rusiyaya kələk gəlməyə cəhd göstərir. Hətta Rusiyanın regional maraqlarını təhlükə altına sala biləcək addımlardan belə, çəkinmir.

Hazırda Kremldə böyük səbrsizliklə Ermənistanın üçtərəfli anlaşmaları icra etməsini gözləyirlər. Ancaq müşahidələr göstərir ki, erməni baş nazirin belə bir niyyəti hələlik yoxdur. Əksinə, o, siyasi avantüralarla, hərbi təxribatlarla üçtərəfli anlaşmaları sabotaj edir.

1408424.jpg (42 KB)

Halbuki Rusiya regionda nəqliyyat-kommunikasiya xətlərinin mümkün qədər tez bir zamanda açılmasında birbaşa maraqlı olduğunu qətiyyən gizlətmir. Erməni baş nazir isə regional proseslərə ABŞ və Fransanı da cəlb etməyə çalışmaqla, Kremlin geopolitik hədəflərini döyəcləyir. Və bu, rəsmi İrəvanın Azərbaycanla sərhəddə intensiv silahlı insidentlər törətməsi fonunda baş verdiyindən hərbi gərginliyin artmasına səbəb olur.

Rusiyanın yüksək siyasi dairələrində artıq heç kim şübhə etmir ki, baş nazir N.Paşinyan bütün vasitələrlə Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiya prosesini mümkün qədər uzatmaq, hətta “düyünə salmaq” niyyətindədir. Çünki bu məsələnin həlli Ermənistan siyasi dairələrinin revanşist ümidlərini birdəfəlik “dəfn” edə bilər.

Paşinyan hakimiyyəti hərbi təxribatlarla revanşist erməni siyasi dairələrinin müqavimət göstərdiyi Zəngəzur dəhlizinin açılmasını əngəlləyə biləcəyinə də ümid bəsləyir. Çünki Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməklə yanaşı, həm də rəsmi Bakının Ermənistan üzərindəki siyasi-psixoloji və maliyyə-iqtisadi hegemonluğunu möhkəmləndirə bilər.

Halbuki erməni baş nazir buna müqavimət göstərsə də, həm Zəngəzur dəhlizinin, həm də digər regional nəqliyyat-kommunikasiya xətlərinin tam şəkildə açılması üçtərəfli anlaşmalarda öz əksini tapıb. Bu, Cənubi Qafqazın iqtisadi inkişaf perspektivlərinin yeni və daha yüksək mərhələyə keçirilməsi üçün də olduqca vacibdir. Və baş nazir N.Paşinyan isə istəməsə belə, həmin üçtərəfli anlaşmaları imzalayıb.

Maraqlıdır ki, son günlər erməni baş nazir öz imzasından da imtina etməyə başlayıb. Hər halda, onun Ermənistan ərazisindən keçməklə, hər hansı dəhlizin yaradılması barədə heç bir sənədə imza atmadığını bəyan etməsini başqa cür izah etmək mümkün deyil. Halbuki N.Paşinyana onun hansı sənədlərə imza atmasını və həmin anlaşmaların tələblərini müxtəlif variantlarda xatırlada da bilərlər. Və bu, Ermənistan üçün o qədər də yaxşı nəticələr verməz.

452096.jpg (79 KB)

Məsələ ondadır ki, həm Azərbaycanın, həm də Rusiyanın səbrinin tükənməz olduğuna ümid bəsləmək qətiyyən doğru seçim deyil. Əksinə, bu, Ermənistan üçün olduqca böyük bir risk təşkil edir. Yəni, Paşinyan hakimiyyəti özünü heç də həmişə doğrultmayan “risk etməyən şampan içməz” prinsipinə sığınmaqla, əslində, Ermənistanı böyük təhlükənin içinə atmış olur.

Rəsmi Bakının erməni baş nazirin “avantürist kaprizlər”inə müddətsiz səbr göstərəcəyi qətiyyən inandırıcı deyil. Ona görə də Azərbaycan ordusunun hər an hərəkətə gətirilə biləcəyi qətiyyən istisna deyil. Və bunun mümkün nəzticələrini erməni baş nazir hamıdan daha yaxşı hesablaya bilər.

Məsələ ondadır ki, erməni mətbuatının hökumətə yaxın mənbələrə istinadən yaydığı məlumata görə, Ermənistan ordusunun tam şəkildə komplektləşdirilməsi mümkün olmayıb. Hazırda Ermənistan ordusunda ciddi şəkildə əsgər çatışmazlığı mövcuddur. Hərbi xidmətə çağırış prosesi isə uğursuz olub və boşluğun doldurulması baş tutmayıb.

Səbəblər isə, müxtəlifdir. Əsas səbəb odur ki, Ermənistanda hərbi xidmətə çağırışçıların sayı qətiyyən yetərli deyil. Üstəlik, erməni gənclər müxtəlif yollarla hərbi xidmətdən yayınmağa da çalışırlar. Bəziləri savaşdan sonra ölkəni artıq tərk ediblər. Eyni zamanda, hərbi xidmətdən yayınmaq üçün rüşvət fakrorundan istifadə də geniş yayılıb.

865049d5-4b31-4d0d-8cd0-d35f3cd66f3a.jpg (294 KB)

Ona görə də, Ermənistan ordusundakı mənbələr yerli mətbuata etiraf ediblər ki, ölkənin müdafiə qabiliyyəti demək olar ki, yoxdur. Erməni hərbi dairələri hesab edirlər ki, Ermənistan ordusunun hazırda hətta nəzarət etdikləri indiki mövqeləri belə, qorumaq üçün gücə və döyüş qabiliyyətinə malik deyil. Yəni, Azərbaycan ordusunun hərəkətə gətiriləcəyi təqdirdə, erməni hərbi qüvvələri öz mövqelərini ən qısamüddətli silahlı toqquşmalardan sonra tərk etmək məcburiyyətində qala bilərlər.

Digər tərəfdən, Ermənistanın Rusiya və KTMT-ya ümid bəsləməsi də tamamilə yersizdir. Düzdür, Kremlə yaxın siyasi dairələr Paşinyan hakimiyyətinin Rusiyanı Azərbaycan ilə hərbi münaqişəyə çəlb etməyə çalışdığını düşünürlər. Ancaq onların fikrincə, bu, olduqca mənasız cıhdlərdir. Çünki Azərbaycanla növbəti hərbi toqquşmalar baş verərsə, nə Rusiya, nə də KTMT Ermənistana dəstək verməyə həvəs göstərməyəcək.

Çünki KTMT Kremlədən idarə olunan hərbi qurumdur. Kreml isə Azərbaycan və Türkiyəni Rusiyanın strateji tərəfdaşı olaraq, qəbul edir. Və Ermənistan ucbatından Rusiyanın bu iki önəmli strateji tərəfdaşla münasibətlərinin pozulmasına imkan verməz.   

Göründüyü kimi, Paşinyan hakimiyyəti hərbi-siyasi avantüralarla Ermənistanı üçtərəfli anlaşmaların icrasından yayındırmağa və daha fərqli şərtlərə nail olmağa çalışır. Ancaq bütün bu avantürst oyunlar Ermənistana heç bir geopolitik uduş vəd etmir. Çünki, Azərbaycan ordusu ilə ilk ciddi genişmiqyaslı hərbi toqquşmada Ermənistan məğlubiyyətə məhkumdur. Ən əsasısa, bu, Rusiyanın müşahidəsi altında Paşinyan hakimiyyətinin hərbi-siyasi avantüralarının sonu və məntiqi nəticəsi olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam