Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Durbinli səfirin hədəfi, yaxud -İranın Ermənistandan Azərbaycana düşmən baxışı

Durbinli səfirin hədəfi, yaxud İranın Ermənistandan Azərbaycana düşmən baxışı

Dövlət sərhədinin delimitasiyası prosesinə mane olan Ermənistanın Azərbaycanla sərhədə səfirlərin səfərini təşkil etməsində məqsəd bəllidir: İrəvan iddia edir ki, “Azərbaycan sərhədi pozaraq, mövqelərini irəli çəkib” və bunu səfirlərə əyani şəkildə göstərməyə çalışır”.

Yenixeber.org: ABŞ və Fransa səfirlərinin bölgəyə gəlməsində artıq ehtiyac olmayan Minsk qrupunun bu iki həmsədr ölkəsinin münaqişənin həllindən sonra sərhəd məsələsi üzərindən bölgəyə qayıtmaq istəkləri də yer alır. İranın Ermənistandakı səfiri Abbas Zohurinin də Ermənistan-Azərbaycan sərhədinə gəlişi ölkəsinin regional maraqlarından qaynaqlandığı məlumdur.

Amma digər səfirlərdən fərli olaraq, Abbas Zohurinin davranışı, səfər zamanı etdikləri, ümumilikdə qonşu və müsəlman ölkəsi olan İranın Ermənistan və Azərbaycan arasında tutduğu mövqe diqqət çəkir.

Zohuri əlində durbin Azərbaycan mövqelərinə doğru elə baxır ki, sanki Ermənistan-Azərbaycan sərhədində yox, İran-Azərbaycan sərhədində dayanıb və Azərbaycan düşmən ölkədir.

Zohuri sərhədə doğru elə boylanır ki, sanki Azərbaycan işğal dövründə Ermənistanın irəli çəkdiyi dövlət sərhədini bərpa etməyib, Ermənistanın torpağını “işğal edib”.

Sərhədə doğru düşməncəsinə baxan İran səfiri bununla kifayətlənmədi, ardınca son qarşıdurmalarda ölən əsgərlərin ailələrinə başsağlığı da verdi.

Sual yaranır: Zohuri durbinlə Azərbaycana düşməncəsinə baxması nədən qaynaqlanır, bununla İran hansı mesajı verir?

44 günlük müharibədən sonra regionda yaranmış reallığı qəbul etmək istəməyən İran əslində Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsindən heç də sevinənə oxşamır, hər nə qədər rəsmi bəyanatlarda dilə gətirilsə də.

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası prosesi zamanı İran nə qonşuluq, nə də müsəlman ölkə olduğu prinsipini unutdu və Ermənistan sərhədlərini özünün “qırmızı xətti” elan etdi. Əslində təəccüblü deyil.

I Qarabağ müharibəsində Azərbaycana saqqız, Ermənistana silah göndərən ölkədir İran.

İran 30 illik işğal dövründə təkcə Ermənistanla yox, Qarabağdakı separatçı rejimlə belə sıx əməkdaşlıq edirdi. Hətta işğal altındakı Azərbaycan abidələrinin farslaşdırılması istiqamətində də addımlar atıb. Misal üçün, Şuşada Yuxarı Gövhərağa məscidinin İran şirkəti tərəfindən fars abidəsi kimi bərpa edilməsi bu qanunsuz və məkrli əməkdaşlığın sübutlarından biridir.

Məscidin bərpası 2014-cü ildə İranın “Part Saman Cahan” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin rəhbəri Səid Nəhavəndinin Ermənistanda memarlıq üzrə təhsil alması burada diqqətçəkən detallardan biridir. Məscidin bərpası İranın Şərq Tarixi İrsinin Dirçəlişi Fondunun təşəbbüsü ilə həyata keçirilib, daha sonra fondun nümayəndələrinin iştirakı ilə açılışı da edilib. Keçmiş separatçı rejimin “mədəniyyət naziri” Lernik Avanesyan açılış mərasimində çıxışı zamanı etiraf edirdi ki, “Qarabağdakı bir çox erməni məbədinin bərpası İran dövləti tərəfindən bərpa edilir”.

“İran mədəniyyətinin nümunəsi olan və Artsaxda (Qarabağ-red), xüsusən Şuşada yerləşən abidələr də bu qayğıdan bəhrələndi, çünki erməni-İran dostluğu dərin köklərə malikdir. Məscid erməni-İran elmi-mədəni mərkəzi kimi fəaliyyət göstərəcək”, - Avanesyan bildirirdi (Mənbə:https://armenpress.am/eng/news/991623.html?fbclid=IwAR3psF0FgGq3HLZEHDqYnBjS_1KQniG8Y1ZBYnhklT3-Z-nEztw30wp1M1g).

İran tərəfi bu məlumatları təkzib etməyə çalışsa da, Şuşanın azad edilməsindən sonra məscidin İran şirkəti tərəfindən bərpa edildiyinə dair faktlar və sənədlər ortaya çıxdı.

İşğal dövründə Azərbaycan məscidinin İran tərəfindən təmir edilməsinin iki səbəbi var idi.

Birincisi, Azərbaycan abidələrinin farslaşdırılmasıdır. Gövhərağa məscidinin fars məbədi kimi təqdim edilməsi də bu məqsədə xidmət edirdi.

İkincisi, Qarabağda İran şirkətlərinin biznes şəbəkəsinə şəraitin yaradılmasıdır. Lernik Avanesyanın etirafı da təsdiqləyir ki, İran şirkətləri biznes maraqları qarşılığında “erməni abidələri”nin də bərpa və təmir işlərini həyata keçirirmiş.

İran şirkətlərinin Qarabağda fəaliyyətinə dair açıq mənbələrdə yetərincə fakt var.

İran səfirinin sərhədə gəlişi, Azərbaycana doğru düşməncəsinə baxması, ölən erməni əsgərlərin ailələrinə başsağlığı verməsi də bu mövqeyin davamıdır.

Bəs, İranın daim Azərbaycana ünvanlandığı “qardaşlıq” mesajları hara getdi?

Faktlar sübut edir ki, İran Azərbaycana mesaj, Ermənistana dəstək verir, I Qarabağ müharibəsində olduğu kimi.

İran deyə bilər ki, səfir sadəcə sərhəd bölgəsinə səfər edib. O zaman sual yaranır, 30 illik işğal dövründə İranın Azərbaycandakı səfirləri nə üçün bir dəfə də olsun Horadizə, Ağdama getmək təşəbbüsü irəli sürməyiblər? Nə üçün bir dəfə də olsun Azərbaycanın şəhid olan əsgərlərinin ailələrinə baş çəkməyib, başsağlığı verməyiblər?!

Cavab bəllidir: İranın 30 il öncəki “Azərbaycana saqqız, Ermənistana silah” siyasəti 30 il sonra başqa formada davam edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam