Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İrandan Ermənistana daha bir dost jesti...- Səfir Azərbaycanla sərhəddə gəlib

                     İranın Ermənistandakı səfiri Abbas Zohuri Ermənistan-Azərbaycan sərhədinə səfər edib.

Yenixeber.org: Ermənistan mətbuatı xəbər verir ki, erməni hərbçilərinin müşayiəti ilə sərhəd bölgələrinə baş çəkən səfir əsasən gərginlik yaşanan məntəqələrdə olub.

Məlumatda deyilir ki, İran səfiri sərhəddəki gərginliyə görə narahatlıq keçirdiklərini bildirib və son hərbi qarşıdurmalarda həlak olan erməni hərbçilərinin ailələrinə başsağlığı verib. Erməni hərbi hissəsinin komandiri sərhəddəki vəziyyətlə bağlı səfirə ətraflı məlumat verib.

İran səfirinin bu səfəri müəyyən mənada gözlənilməz sayıla bilər və təbii ki, daha çox Ermənistana dəstək xarakteri daşıyır. Əlbəttə, belə səfərlər İran hökumətinin razılığı və hətta tapşırığı olmadan baş tuta bilməz. 

Ancaq maraqlıdır ki, hətta ən qatı ermənipərəst mövqeyilə seçilən Fransa səfiri belə son zamanlar Azərbaycanla sərhədə gələrək, erməni hərbçilərinə baş çəkməyib.

Eynilə də Rusiya səfirinin bu bölgəyə gəldiyinə dair hər hansı məlumata rast gəlinmir. Bütün bunların fonunda İran səfirinin canfəşanlığı kifayət qədər müəmmalı görünür...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam