Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

 RUSİYA MÜDAFİƏ NAZİRLİYİ PUTİNİN İMZASINI HEÇƏ SAYDI... - Və ya Ermənistan qoşunları Rusiya sülhməramlılarının arxasına necə keçib?

 

Artıq iki gündür ki, Şuşa ətrafından atışma xəbərləri gəlir, üstəlik Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan istiqamətində hər iki tərəfdən yaralıların (erməni tərəfindən bir itki) olduğu atışmalar baş verib. Bütün bunların fonunda ötən gün axşam Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında, Qarabağdakı sülhməramlı əməliyyatlara aid bölmədə qəribə məlumat yerləşdirilib. 

Yenixeber.org: Orada deyilir ki, Şuşa ətrafında Azərbaycan ordusu ilə “Ermənistan silahlı qüvvələri” arasında “nizamsız atışma” baş verib, Rusiya sülhməramlıları vəziyyətə müdaxilə edib və atəş dayandırılıb.

Hansı “Ermənistan silahlı qüvvələri”? Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, general İqor Konaşenkov bülleteni redaktə edərkən bu ifadəni gözdən qaçırıb, yoxsa bilərəkdən ora daxil edib? Axı Şuşa ətrafında, ümumiyyətlə Qarabağda Ermənistan silahlı qüvvələri olmalı deyil, bu qüvvələr ötən ilin payızında darmadağın ediliblər və qalıqları 10 noyabr üçtərəfli razılaşması əsasında Azərbaycan ərazisindən çıxarılmalı idi. Bəlkə gecəylə “Ermənistan silahlı qüvvələri” Rusiya sülhməramlılarını yuxuya verərək Laçın dəhlizi ilə irəliləyib və onların arxasına keçib və Şuşa ətrafında mövqe tutub? Heç ağlabatan deyil-Rusiyanın Qarabağa yeritdiyi kontingent peşəkarlardan ibarətdir və Abxaziyada, Suriyada, Liviyada, Osetiyada...döyüş təcrübəsi qazanıblar.

Bəlkə general Konaşenkovun idarəsi Qarabağın hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan hissəsində hələ də tərksilah edilməyən qondarma “dqr müdafiə ordusunun” qalıqlarını (təxminən 18 minlik qruplaşma) nəzərdə tutur? Əgər belədirsə həmin qanunsuz silahlı birləşmənin elementləri niyə hansısa nizami ordu birləşmələri kimi təqdim olunur, üstəlik Ermənistana mənsub olduğu göstərilir?

Prinsipcə, Şuşadan şimal-qərbdə həmin qanunsuz silahlı birləşmələrin elementlərinin mövqe tutması mümkündür. Onlar hələ də tərksilah edilməyiblər və qondarma “dqr müdafiə ordusu” çətiri altında fəaliyyət göstərirlər, özlərinə yeni postlar qururlar. Amma onları “Ermənistan silahlı qüvvələri” kimi təqdim etməklə Rusiya Müdafiə Nazirliyi 10 noyabr üçtərəfli razılaşmasına (həmin sənədin altında isə Rusiya prezidentinin də imzası var) “nizamsız atəş” açmış olmurmu?

Yaxud bir halda ki, general Konaşenkovun idarəsi “nizamsız atəş” açanları hər halda “Ermənistan silahlı qüvvələri” kimi tanıyır, o zaman belə çıxır ki, onların Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövqe tutmasına və sərbəst hərəkətinə bilərəkdən şərait yaradılıb. Maraqlıdır, belə olan halda Rusiya sülhməramlı qüvvələrinin komandanlığı həmin “nizamsız atəşi” dayandırmaq üçün necə hərəkət edib? İndiki halda İrəvana, Nikol Paşinyana zəng vurub? (Axı söhbət “Ermənistan silahlı qüvvələrindən” gedirsə atəş açanlara dayanmaq əmrini də Paşinyan, yaxud onun Baş qərargahı verə bilərdi). Yoxsa atəş açan tərəfləri sakitləşdirmək üçün hər iki tərəfə cavab atəşləri açılıb?

Hər halda müəmmalı vəziyyətdir və çox nizamsız sülhyaratma əməliyyatıdır. Çünki necə olursa son günlər bu “nizamsız atəş” səsləri daha tez-tez eşidilməyə başlayıb. Rusiya sülhməramlıları isə, bu ölkənin Müdafiə Nazirliyinin yaydığı son məlumatda deyildiyi kimi, Qarabağdakı poliqonlardan birində növbəti döyüş təlimi keçiblər. Və minaatanlardan, artilleriya qurğularından atəş açmaq vərdişlərini təkmilləşdiriblər. Qulaqlarının dibində “nizamsız atəşlər” ara vermir, bunlar poliqonda təlim keçirlər? Üstəlik artilleriya qurğuları ilə, hansı ki, artilleriya qurğuları ilə silahlanmış sülhməramlı kontingent bir az qəribə səslənir...


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam