Redaktor seçimi
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Günün xəbəri

Rusiya kəşfiyyatı Gürcüstanda "LGBT kartı"nı oynayır? -Təfərrüatlar

Rusiya kəşfiyyatı Gürcüstanda "LGBT kartı"nı oynayır? -  Təfərrüatlar
Gürcüstanda keçən həftə baş verən hadisələrin şoku hələ də tam keçməyib. Cinsi azlıqların aksiyasına edilən hücumun, iğtişaşlar zamanı jurnalistin ölümündə iştirak edənlərin və təqsirkarların tapılıb cəzalandırılmasını tələb edənlərin sayı durmadan artır. Artıq hakimiyyəti istefaya səsləyənlər də var.
Yenixeber.org: Dövlət strukturları qalmaqalın gündəmdən çıxmasına nə qədər çalışsalar da, hələlik buna nail ola bilməyiblər. Sosial şəbəkələrdə məsələ ətrafında gedən müzakirələr daha da genişlənir.
Artıq olayların fitilinə od vuran xarici qüvvələr haqqqında ilkin versiyalar gürcü KİV-lərində yayılmaqdadır. Müxtəlif yönümlü, fərqli siyasi görüşlü ictimai xadimlər, politoloqlar, blogerlər və jurnalistlər Gürcüstanın imicinə zərbə vuran insidenti analiz etməyə çalışırlar. Reaksiyalardan gürcü seqmentinin bir neçə qütbə bölündüyünü aydın görmək olur. Populyar ekspertlərin əksəriyyəti birbaşa ad çəkməsələr də, üstüörtülü şəkildə olayların arxasında Qərblə Gücüstanın arasını vurmaq, gürcülərin "tolerant" imicini zədələmək istəyən qüvvələrin durduğunu bildirirlər.

Gürcülərin əksəriyyəti LGBT nümayəndələrinə qarşı aqressiv hücumun məhz Rusiyanın xüsusi xidmət orqanlarının yerli agenturası tərəfindən həyata keçirildiyinə inanırlar. İş o yerə çatıb ki, hətta gürcü pravoslav kilsəsini də Rusiya agenturası hesab edirlər. Çünki, son illər LGBT, feminist və digər azlıqlırın bu ölkədə baş tutmuş aksiyalarında təxribat törədərək, iştirakçılara hücum edənlər arasında kilsənin ətrafında toplaşan mühafizəkar radikallar çox olub. Məlumata görə, 5 iyul tarixində Gürcüstanın müxtəlif regionlarından dini fanatlar dəstələr şəklində Tiflsə gətirilib, onların bir hissəsi otellərdə, bir hissəsi kilsələrin nəzdindəki ev və sığınacaqlarda qalaraq, aksiya günü şəhərin mərkəzinə, LGBT mitinqini dağıtmağa cəlb olunublar.

Gürcüstanın Avropaya inteqrasiyasını dəstəkləyən qüvvələrin elektron KİV və sosial şəbəkələrdə yaydıqları məlumata görə, baş verənləri yönləndirən, radikal qrupları maliyyələşdirən və onlara təlimat verən biznesmen Levan Vasadzedir. Onun Rusiyadan yaxınlarda qayıtdığı bildirilir. O, bu il Gürcüstan siyasətinə daxil olacağını bəyan edib, arxasında böyük kapitalı olan güclərin dayandığı deyilir. Həyatının böyük hissəsini Rusiyada yaşayan Levan Vasadze uzun illər bu ölkədə karyera qurub və böyük Rusiya şirkətlərinin top-meneceri olub. Onun hazırda məşhur AFK “Sistem”də çalışdığı bildirilir. Xatırladaq ki, AFK “Sistem”in direktorlar şurasının üzvlərindən biri də Ermənistanın keçmiş prezidenti Robert Koçaryandır.

Mixeil Saakaşvilinin prezidentlik illərində Rusiya kəşfiyyatı ilə olan sıx əlaqəsinə görə Gürcüstana girişinə qadağa qoyulan Vasadze Bdzina İvanişvilinin hakimiyyətə gəlməsindən sonra vətənində geniş fəaliyyətə başladı. Ekspertlərin sözlərinə görə, Gürcüstanda Rusiya və onun imperiya maraqlarına Levan Vasadzedən daha sadiq ikinci şəxs yoxdur. Onun gürcülərin rəğbətini qazanmaq üçün Tiflisdəki villasının divarlarını ikona ilə doldurduğu, bahalı kostyumlarını isə kəndli formalarına dəyişdiyi deyilir. Vasadze özünün “YouTube” kanalında “Pravoslavlıq və ənənəvi dəyərlərin mühafizəsi” proqramını da məhz bu ikonaların fonunda çəkərək, internetə yükləyir.

“Gürcüstanın ərazisinin 20%-ni Rusiyanın işğal etməsinə, rus tanklarının Tiflisin 40 kilometrliyində durduğuna baxmyaraq, Levan Vasadze ölkə üçün əsas təhlükənin Qərbdən olduğunu iddia edir!”, “Əgər Vasadze istəsə, Abxaziyada separatçılarının öldürdüyü minlərlə gürcü haqda bütün məlumatları tapar və bir də belə danışmaz!” - gürcülər sosial şəbəkədə hiddətlə yazırlar.

Gürcülərin fikrincə, Rusiyanın adamı İvanişvilinin hakimiyyətdə olduğu təqdirdə Gürcüstanın Qərbə doğru atdığı bütün addımlara badalaq vurulacaq, bu prosesin getməməsi üçün rus agenturası əlindən gələni edəcək.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam