Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Sərhəddə gərginlik artır: -Türkiyə ordusu hərəkətə keçir?

Sərhəddə gərginlik artır: Türkiyə ordusu hərəkətə keçir?

Ötən gün axşam saatlarında erməni silahlı dəstələri Şuşa şəhəri ətrafındakı mövqelərimizi pulemyot və avtomatlardan atəşə tutub. Hadisə nəticəsində bölmələrimizin şəxsi heyəti arasında həlak olan və yaralananlar olmasa da, son günlər düşmənin mütəmadi olaraq atəşkəsi pozması cəmiyyətdə ciddi narahatlıq doğurur. Oxşar hadisə bu gün Naxçıvanla sərhəddə də baş verib.

Yenixeber.org: Maraqlıdır, bu vəziyyət intensiv xarakter alsa və Azərbaycan üçün real təhlükə yaransa, Türkiyə Şuşa Bəyannaməsindən çıxış edərək prosesə qoşula bilər?

Mövzu ilə bağlı danışan politoloq Fikrət Sadıxov diqqətə çatdırıb ki, hazırda Ermənistana qarşı adekvat addım atmaq üçün kifayət qədər əsasımız var:

“Həm diplomatik müstəvidə, həm hərbi səviyyədə onları susdura bilərik. Ermənilər artıq anlamalıdır ki, bizim bunları etməklə bağlı problemimiz yoxdur. 

Onlar Türkiyə ilə Şuşa Bəyannaməmizin olduğunu yaddan çıxarmamalıdır. Çünki bu bəyannamə bizə onlara qarşı hərtərəfli cavab verməyə tam əsas verir. Əgər onlar bundan sonra da təxribatlarla məşğul olmaq istəyirlərsə, unutmasınlar ki, yeni bir güc-Azərbaycan-Türkiyə birliyi yaranıb.

Əgər Şuşaya atəş açırlarsa, deməli, Türkiyəyə qarşı da bu addımı atırlar, bunu başa düşməli və müəyyən nəticə çıxarmalıdırlar. Bəyannamədə bunları əks etdirən müvafiq maddələr var. Belə ki, əgər Azərbaycan ərazisinə müəyyən təhlükə yaranarsa, təbii ki, bizim müttəfiqimiz bizə kömək edəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam