Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

 Vətəndaş Həmrəyliyi Partiyası Bəyanat yaydı-Azərbaycan və Türkiyə Respublikası arasında Şuşa Bəyannaməsi ilə bağlı

 Yenixeber.org: 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında imzalanan Bəyannamə 44 günlük Zəfər savaşından sonra müstəqillik tariximizin ən böyük hadisəsi sayıla bilər. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapır. Beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətimiz, siyasi əlaqələr, iqtisadi-ticarət əlaqələri,  hərbi əməkdaşlıq, mədəniyyət, təhsil, idman, gənclər siyasəti, demək olar ki, bütün sahələr əhatə olunur. Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamədə Qars müqaviləsinin xatırlanması, xüsusilə tarixi türk torpağı Zəngəzur dəhlizinin adının hallanması tarixi gerçəkliyi və hədəfləri göstərən mühüm amildir. "Şuşa bəyannəməsi”nə əsasən, Türkiyə və Azərbaycandan hər hansı birinə üçüncü ölkə tərəfindən təhlükə olarsa, bu ölkələr bir-birini qorumaq üçün birgə addımlar atacaqlar. Bütün mahiyyəti ilə Şuşada imzalanan Bəyannamə Azərbaycan və Türkiyə Respublikalarının tarixi ənənələrə sadiqlik nümayiş etdirərək gələcəyə daha möhkəm təməllər yaratdı.

Bəyannamədən əlavə, diqqəti cəlb edən digər mühüm bir məqam da Türkiyə Konsulluğunun Şuşada açılacağının bildirilməsidir. Bununla Türkiyə Şuşanın statusunu siyasi baxımdan yüksəldərək, bu mühüm strateji şəhərin təhlükəsizliyinə siyasi diplomatik təminat vermiş oldu.Həmçinin Türkiyə prezidentinin bu sənədi NATO Sammitindən və ABŞ prezidenti Con Baydenlə uğurlu keçən görüşdən sonra imzalamasısənəddə ifadə olunan iqtisadi-siyasi təminatın arxasında həm də Dünyanın maraqlarının durduğunu ifadə etmiş olur.

Vətəndaş Həmrəyliyi Partiyası “Şuşa Bəyannaməsi”ni Azərbaycan üçün iqtisadi, diplomatik və hərbi baxımdan əvəzolunmaz hadisə hesab edərək bu sənədin Qafqazda sabitliyin qarantına çevriləcəyini, eyni zamanda Azərbaycan-Türkiyə ittifaqının regionda heç bir dövlətin marağına zidd getmədən, sülhün təminatçısı olacaq güc mərkəzinə sevrilməsinin təsdiqi olduğunu bəyan edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam