Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Erməni siyasi icmalçısı:Paşinyana qarşı qorxunc təxribat hazırlanır

Sərkisyan və Köçəryan hətta ikisi birlikdə belə Nikol Paşinyan kimi “zəif” sayılan rəqibi məğlub edə bilmədilər. Amma bu hələ başlanğıcdır – quldur Robik və Serjik təslim olmaq fikrində deyillər. 

Yenixeber.org: Yerli KİV-lər bildirir ki, bu barədə erməni siyasi icmalçısı Samvel Ohanesyan yazıb.

“Robik və Serjikin bu cür biabırçı uduzması onu göstərir ki, erməni xalqı quldurlardan, terrorçulardan bezib. İnsanlarımızın yadından çıxmayıb ki, bu iki quldurun hakimiyəti dövründə biznesi olanlar qazanclarının yarısını onlara verməli idilər. Orduda əsgərlər alçaldılırdı, “dedovşina” baş qaldırmışdı. Əsgərləri zorlayırdılar. Avropaya inteqrasiya cəhdləri batırılırdı. Amma biz gördük ki, hətta ölkənin ağır siyasi vəziyyətində belə bu quldurların spekulyasiya etmək cəhdləri heçə endi. Onlar özləri üçün ən əlverişli bir anda məğlub oldular.

İndi Paşinyan Ermənistanın siyasi və iqtisadi dalandan çıxarılması üçün titanik işlər görməlidir.

Amma quldur Robik və Serjik Paşinyanı mümkün qədər ağrılı vurmaq üçün gizli şəkildə təxribatlar təşkil edəcəklər”, - deyə Ohanesyan vurğulayıb.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam