Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

"Siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq"- Erməni ekspertlər

 

"Siyasi mübarizə Ermənistanın məhvinə səbəb olacaq" - Erməni ekspertlər
Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib. Bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var.
Yenixeber.org: Bu fikirləri Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib. Ermənistanın baş naziri bildirib ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər ediləcək. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçiriləcək. Paşinyan qeyd edib ki, quldur dəstə parlamentdən də tam uzaqlaşdırıldıqdan sonra ölkədə stabillik əldə oluna bilər.

N.Paşinyanın səsləndirdiyi fikirləri şərh edən erməni siyasi ekspertləri bildirib ki, Paşinyanda bundan əvvəlki hökumət başçılar kimi yalan vədlər verib baş nazir postuna gəldi. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Sadəcə olaraq məxməri inqilab zamanı xalqa qəhrəman lazım idi. Paşinyanda bu vəziyyətdən istifadə etdi.

Bundan başqa siyasi ekspertlər qeyd edib ki, parlamentdə çoxluğun Respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Ekspertlərin fikrincə, eks-prezident Robert Köçaryanın həbsdən çıxması Daşnakların və Respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir.

Erməni ekspertləri bildirib ki, qızışan siyasi mübarizə isə Ermənistanın məhvinə səbəb olacaq. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam