Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Paşinyanın peşəkar ordu arzusu -Ermənistan xəritədən silinə bilər

 Baş nazir əvəzi müharibədən darmadağınla çıxmış ölkəsi üçün prioritetlər sırasında 4 şeyi görür; öz sərhədlərini belə özü qorumayan vassal ölkənin ordu nəyinə gərək?..

Yenixeber.org: Ermənistanın baş nazir əvəzi Nikol Paşinyan srağagün ölkə parlamentində çıxışı zamanı Ermənistanın inkişafı ilə bağlı prioritet istiqamətləri açıqlayıb. Deyib ki, hazırda əsas məsələlərdən biri kommunikasiyaların açılmasıdır. Onun sözlərinə görə, dəmir yolu xətlərinin işə düşməsi ölkənin xammal resurslarından daha səmərəli istifadəsinə kömək edəcək.

Bununla yanaşı, o, ardınca iddia edib ki, “Azərbaycanın destruktiv mövqeyi regionun blokadadan çıxmasına əngəl yaradır”. Halbuki regionda barışıq və qarşılıqlı əməkdaşlıq prosesinə, o sırada Zəngəzur dəhlizinin açılmasına məhz özünün destruktiv, aqressiv mövqeyi və sərsəm tələbləri ilə Ermənistan və onun ərazi bütövlüyümüzü hələ də şübhə altına alan rəhbərliyi maneə yaradır.

General-polkovnik Ramil Usubov - Bayram təbriki - 26.06.2020 - YouTube

Ramil Usubov 

 

Elə dünən Azərbaycanın Təhlükəsizlik Şurasının katibi, general Ramil Usubov bir daha rəsmi Bakının xoşməramlı mövqeyini təkrarlayaraq deyib: “Biz ərazimizdə erməni millətindən olan vətəndaşlarımızın təhlükəsiz yaşayışını təmin etməyə hazır olduğumuz kimi, regionun maraqları naminə Ermənistan əhalisinin də rifahına töhfə verməyə hazırıq. Prezident İlham Əliyevin unikal liderlik keyfiyyətlərindən biri də məhz budur”.

*****

“Bu mövzuda (yolların açılması - red.) müzakirələr aparılır. Düşünürəm ki, Azərbaycan bundan sonra da pozucu mövqe tutacaq, müxtəlif açıqlamalar verərək cəmiyyətimizdə əsassız qorxu mühiti yaratmağa çalışacaq ki, blokada götürülməsin”, - Paşinyan absurdcasına bildirib.

Ermənistan rəhbəri çıxışında daha bir strateji istiqamətin ölkənin xarici təhlükəsizliyinin təmin edilməsi ilə bağlı olduğunu söyləyib: “Bundan ötrü birləşmiş Ermənistan-Rusiya hərbi qruplaşmasının və ortaq hava hücumundan müdafiə sisteminin yaradılması mühüm önəm kəsb edir. Bu prosesin davamında isə biz ordumuzu ciddi transfer eləməli və strateji perspektivdə peşəkar orduya sahib olmalıyıq. Qarşımızda həmçinin demoqrafik vəziyyətdə və təhsilin keyfiyyətində köklü dəyişikliklər eləmək vəzifələri durur”.

Separatçıların “yaş həddi” və Paşinyanın ordu islahatı: Qarabağda nələr  gözlənilir?

Qərbyönlü siyasətçi sayılan Nilkol Paşinyanın Rusiya ilə hərbi müttəfiqliyi gücləndirməyin vacibliyi ilə bağlı yuxarıdakı açıqlaması şübhə yox ki, 44 günlük Qarabağ müharibəsindəki kapitulyasiyanın yaratdığı yeni reallığın diktəsindən və əlacsızlıqdan irəli gəlir. Onun Rusiyaya, Putinə rəğbət bəsləmədiyi çoxdan məlumdur və əksər analitiklərə görə, ilk fürsətdəcə Paşinyan Rusiyanı ABŞ-a (Qərbə) dəyişəcək. Daha doğrusu, satacaq.

Bu yerdə yada salaq ki, N.Paşinyan iqtidara həm də anti-Rusiya şüarları ilə gəlib. İnqilaba qədər onun üzv olduğu deputat fraksiyasının adı isə “Yelk” (“Çıxış”) idi. Yəni Nikol Paşinyan daim Ermənistanın Rusiyanın lideri olduğu Avrasiya İqtisadi Birliyi və KTMT-ni (“Rus NATO-su”) tərk eləməsinin tərəfdarı olub, həmin qurumların və Rusiyanın əleyhinə təbliğat aparıb...

*****     

Nikol Paşinyanın növbəti yalvarışı - VİDEO

Maraqlıdır ki, bu arada Ermənistanda Rusiya qoşunlarını amerikalı kontingentlə əvəzləmək təklifi səslənib. Belə bir bəyanatı müxalif “Sasna Tsrer” partiyasının rəhbəri Jirayr Səfilyan səsləndirib.

Ermənistan ərazisindən hansı marşrutların İrəvan üçün faydalı olacağı və bu məsələdə ABŞ-ın mümkün dəstəyi mövzusunda mühakimə yürüdən Səfilyan rus qoşunlarını zorla çıxarmağa ehtiyacın olmadığını da vurğulayıb. “Ancaq çox böyük ehtimalla, onlar (rus hərbçiləri - red.) bizə kənardan heç bir kömək olmadan buradan rədd olub gedəcəklər və erməni tərəfi buna hazır olmalıdır. Rusiya hərbi kontingentinin çıxacağı gün gələndə isə İrəvan ölkənin xaosa sürüklənməsi riskinin qarşısını almaq üçün ”boşluğu dolduracaq" bir şey fikirləşməlidir", - partiya sədri qeyd edib.

Jirayr Səfilyan

 

Onun qənaətincə, indi Ermənistanın özünə yeni müttəfiqlər tapması vacibdir. “Çünki hər bir müstəqil dövlətin tərəfdaşları olmalıdır. ABŞ-la əməkdaşlıq qurmaq üçün yaxşı fürsət var” - Səfilyan bildirib və əlavə edib ki, “Rusiya on illərdir İrəvanın əllərini bağlamaqla məşğuldur”.

Sonuncu sitatdan da göründüyü kimi, Rusiya simvolik Ermənistanın əsas varlıq qarantı olsa da, orada təkcə iqtidar deyil, müxalifət və cəmiyyət də Rusiyaya etibar eləmir. Yəqin ki, bu amil 20 iyun erkən seçkilərin yekun nəticələrində də özünü göstərəcək. Hər halda, seçki prosesində əsas mübarizə obyektiv səbəblərdən qərbyönlülərlə rusiyayönlülər arasında gedəcək...

***** 

O ki qaldı Paşinyanın peşəkar ordu ilə bağlı xəyalına, bu, elə xam xəyal olaraq qalacaq. Ən azı ona görə ki, bir yandan Rusiya ilə ortaq silahlı qüvvələrdən, Azərbaycanla sülhdən danışıb, o biri yandan peşəkar ordudan dəm vurmaq absurddur. Vassal ölkələrin orduları olmur, o ki qala peşəkar ordusu.

Başqa tərəfdən, yoxsul Ermənistan minimum yaxın 10 il üçün ordu qurmağı unutmalıdır və özünün olan-qalan resurslarını, maliyyəsini ac-yalavac, növbəti kütləvi köçə hazırlaşan erməni xalqının xilasına yönəltməlidir. Bundan ötrü isə ilk növbədə iqtisadiyyatı dirçəltmək, iş yerləri açmaq lazımdır. Bütün bunlar da qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri normallaşdırmadan qeyri-mümkün görünür.

Əlaqələr normallaşandan sonra isə Ermənistanın nəinki peşəkar orduya, ümumiyyətlə, orduya ehtiyacı qala bilməz. Çünki nə Moskvanın daim şişirdib erməniləri qorxu altında saxladığı Türkiyə təhlükəsinin, nə də Azərbaycan təhlükəsinin olmadığına qonşular əmin olacaqlar. O zaman Ermənistandakı Rusiya hərbi bazaları da öz aktuallığını avtomatik itirmiş olacaq.

 

Odur ki, kommunikasiyaların açılmasında hamıdan çox Ermənistan maraqlı olmalı, məhz İrəvan 10 noyabr üçtərəfli sazişin reallaşmasına, Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmamalıdır. Bu əngəllər sırasına Ermənistanda ən yüksək səviyyədə körüklənən anti-Azərbaycan isteriyası, ksenofobiya da daxildir - hansı ki, iki xalq arasında post-konflikt dönəmində etimadın yaranmasına imkan vermir. Eyni zamanda qardaş Türkiyədən də “əcinnə”, “şeytan” obrazı yaradılması cəhdləri səngimir.    

*****

“Ermənilərin Türkiyədən ”şeytan" obrazı yaratmaq cəhdi informasiya müharibəsidir. Erməni lobbisi Rusiya-Türkiyə, Rusiya-Azərbaycan münasibətlərinə qarşı çıxmağa çalışır".

Bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib. “Ermənistan natamam bir dövlətdir. Bu dövlət uğursuz hərbi strukturun nümunəsidir. 44 gün ərzində on min hərbçisi fərari oldu. Bu, dövrümüz üçün görünməmiş hadisədir” - Korotçenko qeyd edib.

Onun əminliyinə görə, Ermənistan revanş yolunu seçsə, bu, onun siyasi xəritədən silinməsinə gətirib çıxaracaq: “Ona görə də hazırda erməni cəmiyyətinin qarşısında çox sadə bir çıxış yolu var: ya hazırkı sərhədləri qoruyaraq qonşu ölkələrlə iqtisadi münasibətləri bərpa etmək, ya da revanşist ideologiyalı siyasətçiləri seçərək siyasi xəritədən silinmək təhlükəsi ilə qarşılaşmaq”.

Erməni toplumun hansı seçimi edəcəyini iyunun 20-də biləcəyik. Bir şey qalmayıb...


“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam