Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Cəbhədə təxribat əmri Nikola açılan atəşdir-Politoloq

 

Ümumiyyətlə, cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir.

Yenixeber.org: Bu sözləri Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdamda mülki vətəndaşları atəşə tutması ilə bağlı danışan politoloq Elxan Şahinoğlu deyib.

“Təxminən iki aydır cəbhə bölgəsində atəşkəsə riayət olunur. Bu sakitlik Ermənistanın baş nazir əvəzi Nikol Paşinyana imkan verdi ki, parlament seçkisini rahat keçirib qələbə əldə etsin. Bəs necə oldu ki, separatçılar dünən qəfil atəş açaraq Ağdamın yaşlı sakinini yaraladılar? Atəşkəsin pozulması Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanın maraqlarına cavab vermir. Ümumiyyətlə, cəbhə bölgəsindəki istənilən gərginlik Paşinyanın mövqelərinə zərbədir. Erməni hərbçilərinin itkisi isə Nikolun reytinqinə mənfi təsir edəcək”, - siyasi şərhçi bildirib.

Politoloqun fikrincə, Dağlıq Qarabağdakı separatçıları Paşinyanın mövqelərini zəiflətmək üçün fürsət axtarırlar:

“Ermənistanda 20 il hakimiyyətdə olan Qarabağ klanının istəyi xaricində Dağlıq Qarabağda heç nə baş verməzdi. Bu klan həm Dağlıq Qarabağdakı separatçılara, həm də Ermənistan hakimiyyətinə nəzarət edirdi. İndi isə durum fərqlidir. Dağlıq Qarabağdakı separatçılar sözdə Ermənistanın hazırkı baş nazir əvəzi Nikol Paşinyanın istəklərinə tabe olsalar da, əməldə onun vəziyyətini gərginləşdirə biləcək addımlardan çəkinməyəcəklər. Separatçılara İrəvan deyil, Robert Köçəryan və Rusiyadakı siyasi-hərbi mərkəzlər təsir edir. Elə dünənki insidentin müəllifləri də onlardır. Ancaq bizim üçün fərqi yoxdur. Paşinyan Dağlıq Qarabağdakı separatçılara nəzarət edə bilmirsə, bu onun problemidir. Bizim vəzifəmiz isə atəşkəsi pozan separatçıları susdurmaq və düşmənin itkilərini artırmaqdır”.

Qeyd edək ki, dekabrın 26-da axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam