Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Çörək lazım olan xalqa müharibə çağırışları... –Paşinyan müxalifət üçün kabusa çevrilir

İstefa tələb edən rəqib düşərgənin resursları get-gedə zəifləyir – səbəblər; Rusiya nəşri: “Əhalinin mühüm bir kəsimi Paşinyanı ölkəyə fayda verə biləcək lider sayır”; politoloq: “Ermənilər cinayətkar milli ideyanın qurbanıdır...”

Yenixeber.org: 2021-ci ilin girməsinə sayılı günlər qaldı. Belə görünür ki, Ermənistanda radikal müxalifətin çoxsaylı cəhdlərinə rəğmən, ölkə növbəti təqvim ilinə də hazırkı hakimiyyət  komandası ilə gedəcək. Hər halda, baş nazir Nikol Paşinyanın 10 noyabr kapitulyasiya sənədinə imza atmasından keçən ayarım “dəniz suyunun dadına baxmaq” üçün artıqlaması ilə bəs edir.

Daşlaşmaqda olan qənaət belədir ki, Ermənistan müxalifəti hazırkı iqtidarı devirmək üçün ciddi resurslara, o cümlədən xalqın kifayət qədər dəstəyinə malik deyil. Zaman ötdükcə isə olan-qalan resurslar da azalmaqdadır. Başqa yandan, azsaylı tərəfdarlar da artıq mübarizənin mənasızlığını anlayaraq kənara çəkilməkdədirlər. Qısası, zaman siyasi rəqiblərə işləmir.

*****

Sözsüz ki, vəziyyətin belə şəkil almasında Moskvanın, özəlliklə prezident Vladimir Putinin nəyin bahasına olur-olsun, Paşinyanın istefasında təkid etməsinsən imtinası da mühüm rol oynayır. Hər necə olmasa, xüsusən də 44 günlük Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistanda çətin ki, hansısa siyasi qüvvə və ya siyasətçi Kremlin “xeyir-duası” olmadan hakimiyyətə gəlməyi ağlından keçirsin. Təsadüfi deyil ki, Paşinyana alternativ olan erməni siyasilərin hamısı 10 noyabr sənədinin icrasının vacib olduğunu söyləyirlər. O zaman istefa tələbinin hansı anlamı qalır? Elə Paşinyan onun bəndlərini necə lazımdır həyata keçirir də.

Üçüncü tərəfdən, indi o, öz xalqı qarşısında “üzü kölgəli” olduğu üçün heç olmasa, bundan sonra Ermənistana düz yola çıxarmaq şansına malikdir, bundan ötrü var qüvvəsi ilə çalışacaq. Məsələn, müxalifətdən fərqli olaraq, Türkiyə və Azərbaycanla əlaqələri normallaşdırmağın vacibliyini dilə gətirib. Ən əsası, onun bu işləri həyata keçirməsi üçün pis-yaxşı Qərbdən və Rusiyadan dəstəyi, həmçinin də mandatı qalır -  ölkədə hələ də Paşinyanı müdafiə edən elektorat var.

Məsələ də elə ondadır ki, cəmiyyətin az qala, yarıdan çoxu “istefa” qışqıran müxalifət liderlərinin, - hansılar ki, əksərən köhnə iqtidar komandalarını təmsil edir - ölkəyə yalnız yeni fəlakətlər gətirəcəyinə inanır. Hətta buna əmindir. Odur ki, sakitcə öz yerində oturub prosesləri seyr eləməklə məşğuldur.                     

“İrəvanda vəziyyət artıq tərsinə çevrilib. Baş nazir Nikol Paşinyan xəyanətdə günahlandırılsa da, cəmiyyət indi parçalanmış durumdadır. Əhalinin bir hissəsi onun istefasını tələb edir, digər hissəsi isə Paşinyana və komandasına xüsusin etimad bəsləməsə belə, hakimiyyəti dəyişmək istəyən rəqib düşərgəyə də inanmır. Hansı rəqib düşərgədə ki, nə təzə simalar var, nə də yeni ideyalar. Ümumiyyətlə, deyəsən heç bir ideya yoxdur – hakimiyyəti dəyişmək ideyasından savayı”.

Bu barədə Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta”sındakı məqalədə deyilir.

Nəşrə görə, üstəlik, əhalinin müəyyən kəsimi Paşinyanı ölkəyə fayda verə biləcək lider saymağa davam edir. “Ermənistan hazırda çox dərin böhran içindədir. Onun dövlətçiliyi də sınaqdan keçməkdədir”, - deyə məqalədə qeyd olunur.

*****

“Bəzi erməni liderlərinin revanş haqda çığır-bağırları əhalini mövcud problemlərdən yayındırmaq cəhdindən başqa bir şey deyil”.

Bunu isə Axar.az a açıqlamasında beynəlxalq münaqişələr üzrə rusiyalı ekspert Yevgeni Mixaylov bildirib. Onun sözlərinə görə, ermənilər intiqam almaq üçün çığır-bağır salsalar da, heç nə alınmır: “Çökmüş iqtisadiyyat və tam bir siyasi kollaps fonunda xalqa yeni müharibə haqqında danışmaq tam axmaqlıqdır. Xalqa çörək lazımdır, o isə yoxdur”.

Politoloqun fikrincə, rəsmi İrəvan yekunda dövlətçiliyini qoruyub saxlasa da, qisas üçün güc toplamağa on illər gedəcək. “Üstəlik, Azərbaycan bunu gözləməyəcək. Onun gücü qat-qat böyükdür və yalnız güclənəcək. Beləliklə, revanş fantastikadır və sülh içində yaşamaq daha yaxşıdır”, - deyə o əlavə edib.

Digər rusiyalı politoloq Vitali Arkov isə hesab edir ki, revanşizm, “azadlıq müharibəsi” hazırda Ermənistan cəmiyyətinin müxtəlif qruplarını birləşdirən demək olar ki, yeganə mövzudur - Qarabağın guya “əzəli erməni torpağı” olduğuna dair milli ideya kimi...

“Daha əvvəl də dediyim kimi, müharibə dövlət başçılarının qərarı ilə dayandırıla bilər, lakin bütün bir millətin şüurunu bir gecədə dəyişdirmək mümkün deyil. Bu gün müşahidə olunanlar uzun illər ərzində erməni xalqına Azərbaycandan ələ keçirilmiş torpaqların guya işğal olunmadığını, əksinə, “geri qaytarıldığını” aşılamaq məqsədi daşıyan cinayətkar bir milli ideyanın nəticəsidir. İndi bununla bağlı heç bir şey etmək mümkün deyil, zamana ehtiyac var”, - politoloq bildirib.

*****

Qalır, bu zamanı erməni xalqının necə və nəyə xərcləyəcəyi məsələsi. Yəni sonuncu şans. Tarix ola bilsin, bir daha erməni xalqına etdiyi səhvi düzəltmək üçün belə bir fürsəti tanımayacaq. Cinayətkar milli ideyadan imtina vaxtı çatıb. Özü də çoxdan...  
“Müsavat”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam