Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Paşinyanı rəqibləri ilə son döyüş gözləyir

 

Daşnakların ardınca erməni generallar da Qarabağ klanı ilə birləşdiRusiya hələlik müdaxilə etmir; politoloq: “Bu gərginlik uzun müddət davam edəcək...”

Yenixeber.org: Ermənistan vətəndaş qarşıdurmasının bir addımlığındadır. Baş nazir Nikol Paşinyanın məhkəmələrə qarşı etirazlara çağırmasından sonra hakimiyyət əleyhdarları ciddi şəkildə hərəkətə keçiblər və baş nazirə meydan oxuyurlar. Məsələnin ciddiliyini artıran budur ki, Qarabağ klanı ilə daşnakların mövqeləri üst-üstə düşür. 

Bu arada Qarabağdan olan “generallar” Ermənistanın baş naziri Nikol Paşinyanı devirmək istədiklərini bəyan ediblər. “Bir neçə gün əvvəl Ermənistanın tanınmış oliqarxları və Qarabağdan olan ”generallar" bir villaya toplaşıblar. Görüşü Samvel Karapetyan (separatçı rejimin “müdafiə nazirinin keçmiş müavini” - red.) təşkil edib. İştirakçılar Nikol Paşinyan hökumətini devirmək üçün əllərindən gələni edəcəklərinə and içiblər.  Bu barədə “Report”  Ermənistanın “Jamanak” qəzetinə  istinadən xəbər yayıb. Görüşdə Samvel Aleksanyan (sahibkar, keçmiş hakim Respublikaçılar Partiyasından deputat, Ermənistana qənd və bitki yağlarının idxalı ilə məşğuldur - red.) da iştirak edib".

Ermənişünas alim Qafar Çaxmaqlı dedi ki, generallar hədə-qorxu gəlirlər: “Onların bir qrupu müharibə zamanı hədsiz dərəcədə zənginləşən, Azərbaycanın sərvətlərini talamaqla məşğul olan generallardır. Paşinyanın öncə Köçəryanın üzərinə getməsilə erməni generallarının da cinayətləri ortaya çıxacaq. İndi Köçəryanın həbsdən azad edilməsi məsələsi ciddiləşincə, bu generallar özlərinin xilas yolu barədə fikirləşirlər. Görürsünüzmü, Paşinyan bir az təzyiqlərə məruz qalan kimi, dərhal xalqa müraciət edir.

ErmÉniÅünas alim Qafar Ãaxmaqlı ile ilgili görsel sonucu

Demək, hələ xalqın onun arxasında olduğuna arxayındır və bu, hələlik belədir”. Q.Çaxmaqlı dedi ki, Paşinyan güc strukturlarını da özünə tabe eləyə bilib: “Hər hansı qarşıdurma olarsa, bu qurumlar onu müdafiə edəcəklər. Mən düşünmürəm ki, vəziyyət silahlı qarşıdurma həddinə çatacaq. Ermənistanda, sadəcə olaraq, keçən ildən başlayan siyasi qütbləşmə və bununla əlaqədar da durulma prosesi gedir. Bu gərginlik uzun müddət davam edəcək, çünki Ermənistanda hələ dövlət deyə biləcəyimiz bir şey yoxdur. Bu, hakimiyyətdəkilərin iradə nümayişidir”.

Bu arada Paşinyan Qarabağ klanının dayaqlarını tam süpürüb atmağa qərarlıdır. Ermənistanın baş naziri gələn aya qədər hökumətdə ciddi kadr dəyişiklikləri aparmaq niyyətindədir. “Jamanak” qəzetinin iddiasına görə, Paşinyan anlayır ki, onun kadrları təkcə qeyri-peşəkar deyillər, həm də dövlət idarəetməsində qabiliyyətsizdirlər. Onlar həmçinin avtoritet sahibi deyillər və bu da birbaşa bütün hakimiyyətin avtoritetinə təsir göstərir.

FikrÉt Sadıxov ile ilgili görsel sonucu

Politoloq, sabiq diplomat Fikrət Sadıxovun fikrincə, Paşinyan nə qədər ciddi kadr dəyişikliyinə getsə belə, bu işə yaramayacaq:

“Ermənistanın hazırkı hökumətində bir çox postları Nikol Paşinyanın tərəfdaşları, mitinqlərdə iştirak edən insanlar tutub. Amma Paşinyan ölkədə baş verən hadisələrə nəzarət edə bilmir. Burada ciddi, sistemli, qətiyyətli addımlar atılmalıdır. İqtisadi, siyasi məsələlərə baxılmalıdır. Paşinyan hələ ki, siyasi yamaqlarla məşğuldur. Hər dəfə fors-major bir vəziyyət yarananda xalqı küçələrə çağırır, zor tətbiq etdirir. Müxtəlif çağırışlar etməklə öz missiyasını yerinə yetirmiş hesab edir. Təbii ki, belə üsullarla ölkəyə rəhbərlik etmək mümkün deyil. Üstəlik, Paşinyanın peşəkar tərəfdarları yoxdur. Bəlkə də boşalmış kadrların yerinə mitinqdə iştirak edən başqa insanlar təyin olunacaq. Amma bu da məsələni tam mənada həll etməyəcək. İqtisadi, siyasi problemlər, xarici məsələlər olduğu kimi qalacaq”. Politoloq bildirir ki, Ermənistan böhranlardan çıxmaq üçün bu böhranları yaradan səbəb olan Dağlıq Qarabağ problemini həll etməlidir.

D.Medvedyev PaÅinyan ile ilgili görsel sonucu

Maraqlıdır ki, Ermənistanda hərbi bazası və ciddi maraqları olan Rusiya Paşinyanın başının üstündəki “qara buludları” sakitcə seyr edir. D.Medvedyev İrəvanda qonağı olduğu Paşinyanı ələ saldıqdan sonra məlum oldu ki, prezident Putinin Ermənistan səfəri ilin sonunadək baş tutmayacaq. Bu arada Paşinyan əleyhdarlarının revanşı təsadüfə bənzəmir. Görünən budur ki, Rusiya ilə bağlı Paşinyan dilinin bəlasını çəkir. Daşnakların Ermənistanda mitinq təyin etməsi isə N.Paşinyan üçün yaxşı heç nə vəd etmir. Məlumdur ki, daşnaklar “zəhər”i diasporadan alır...(müsavat)

E.PAŞASOY


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam