Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu gün Ermənistan müxalifəti -yolları bağlayacaq, küçələrdə çadırlar quracaq

Bu gün Ermənistan müxalifəti yolları bağlayacaq, küçələrdə çadırlar quracaq

Ermənistan müxalifəti bu gün ölkədə iri həcmli etiraz aksiyaları keçirməyi planlaşdırır.

Yenixeber.org: Bu barədə Ermənistan mətbuatı xəbər verir.

Qeyd edilir ki, mövcud hakimiyyətin əleyhdarları bir sıra sahələrdə tətil etməyi nəzərdə tutur. Baş nazir Nikol Paşinyanın istefasını tələb edən narazılar paytaxt Yerevanda, eləcə də ayrı-ayrı şəhərlərdə yolları bağlamağı planlaşdırırlar. Bu səbəbdən aksiyaçılarla polis əməkdaşları arasında toqquşmaların baş verəcəyi gözlənilir.

Etiraz formasına küçələrdə çadırların qurulması da daxildir. Yerli mətbuatın məlumatına görə, yerli vaxtla saat 15:00-da müxalifətin böyük mitinqi planlaşdırılıb.

Qeyd edək ki, Ermənistanda sadə vətəndaşlar, mədəniyyət, incəsənət xadimləri, müəllimlər, jurnalistlərlə yanaşı, vəkillər, idmançılar da etiraz aksiyalarında iştirak edəcəklər. Müxalifət baş nazir Nikol Paşinyanı 10 noyabr bəyanatına imza atmaqda ittiham edir, onun istefası tələbini irəli sürür. Lakin hökumət rəhbəri istefa verməyəcəyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam