Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Rusiya üçtərəfli razılaşmanı pozmağa başlayıb -ŞƏRH

General Muradovun separatçılarla görüşləri, Putinin Qarabağla bağlı müşavirə keçirməsi və fərman imzalaması narahatlıq doğuran siqnallardır

Yenixeber.org: Rusiya noyabrın 10-da əldə olunan üçtərəfli atəşkəs razılaşmasından kənaraçıxmalara yol verməyə başlayıb. Dağlıq Qarabağa göndərilən sülhməramlı kontingentin reaktiv atəş sistemləri, hava hücumundan müdafiə vasitəsləri, döyüş vertolyotları ilə təmin olunması Azərbaycanda ciddi suallar doğurur. 

Doğrudur, razılaşmada kontingentin 90 zirehli texnika, 380 ədəd nəqliyyat və xüsusi texnika ilə bölgəyə yerləşdiriləcəyi yazılıb. Amma onların təyinatı, sülhməramlı əməliyyatda görəcəyi işlər ətraflı təsvir olunmayıb. Məsələn, Laçın dəhlizinə yerləşdirilən B-21 “Qrad” reaktiv atəş sisteminin nəyə lazım olduğu məlum deyil. Beynəlxalq təcrübədə sülhməramlı kontingent əsasən atıcı silahlarla və hərbi nəqliyyat vasitələri ilə təchiz olunur. Onlara döyüş texnikası, ağır silah sistemləri verməyə ehtiyac yoxdur. Əgər münaqişə bölgəsində atəşkəs pozulursa, aktiv döyüş əməliyyatları başlayırsa, dərhal sülhməramlılar bölgədən təxliyyə olunur. Onların hərbi əməliyyatlarda iştirak hüququ yoxdur. Rusiyadan göndərilən hərbi heyəti və onların malik olduğu hərbi texnikanı isə 4 gündür daşıyıb qurtara bilmirlər. Hər gün İrəvana 20-yə yaxın Rusiya hərbi nəqliyyat təyyarələri enib-qalxır. Əgər razılaşmadan əlavə, Rusiyanın bölgədə hərbi mövcudluğunu tənzimləyən, amma ictimaiyyətə açıqlanmayan başqa bir sənəd yoxdursa, Bakı yubanmadan bu barədə Rusiya Müdafiə Nazirliyindən izahat istəməlidir. Əks halda, həmin sənədi cəmiyyətə açıqlamalıdır.

Rusiya həm də Dağlıq Qarabağdakı qondarma rejimin qalıqları ilə təmaslar qurmaqla atəşkəs razılaşmasından kənara çıxır. Məlumdur ki, üçətərəfli sənədə Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri imza atıb. O zaman sülhməramlı kontingentin rəhbəri, general-leytenant Rüstəm Muradov hansı əsasla separatçıların başçısı Araik Arutunyanla (iki dəfə), “müdafiə naziri” Arzumanyanla görüşlər keçirir? Sənəddə separatçı tərəfin mövcudluğu haqqında heç bir ifadə yoxdur. Azərbaycan prezidenti də bəyan edib ki, Qarabağa heç bir status verilmir. O zaman Rusiya Arutunyunla niyə təmasa keçməlidir?

Daha bir vacib məsələ Rusiya prezidenti Vladimir Putinin Dağlıq Qarabağda infrastrukturun bərpası və humanitar məsələlər üzrə idarələrarası mərkəz yaratmaq haqqında fərman imzalamasıdır. Rusiya liderinin dediyinə görə, yeni qurum qaçqınların daimi yaşayış yerlərinə qaytarılması, Dağlıq Qarabağda mülki infrastrukturun bərpası, normal yaşayış şəraiti yaradılması istiqamətində fəaliyyət göstərəcək, Azərbaycan və Ermənistan dövlət qurumları ilə qarşılıqlı əlaqələr quracaq. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, qurum sözügedən istiqamətdə müxtəlif dövlət qurumlarının fəaliyyətini uzlaşdıracaq. 

Maraqlıdır, Dağlıq Qarabağın işğalda qalan hissəsi Azərbaycan Respublikasının suveren ərazisidir. Bakı orada hər hansı qanunsuz qurumu tanımır və bundan sonra da tanımayacaq. Rusiya prezidenti bu fərmanı imzalamaqla Azərbaycanın mövqeyinə, suverenlik hüquqlarına hörmətsizlik nümayiş etdirib. Bu fərman necə icra olunacaq, Azərbaycan onun ərazi bütövlüyünü tanımayan, Qarabağa müstəqillik tələb edən Ermənistanla necə koordinasiyalı iş apara bilər? Belə çıxır ki, Rusiya separatçı rejimi himayəsinə götürür, onu faktiki, Dağlıq Qarabağın idarəedici orqanı kimi tanıyır və onları dirçəltmək üçün lazımi işlər görür.  

Bir vacib məqamı da xatırladaq: Vladimir Putin müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikovla “Dağlıq Qarabağ rayonunda” humanitar məsələlərlə bağlı keçirdiyi iclasda deyib ki, artıq “Dağlıq Qarabağ münaqişəsi” ifadəsindən istifadə etməməliyik. 

Əvvala, Rusiya prezidentinin öz nazirlərini başına toplayıb “Dağlıq Qarabağ rayonunda” humanitar məsələlərə dair toplantı keçirməsi absurddur. Qarabağ Rusiyanın deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. Başqa bir ölkənin hökuməti oradakı vəziyyətlə bağlı hansı əsasla toplantı keçirib, qərarlar qəbul edə bilər? Rusiya Dağlıq Qarabağda ancaq sülhməramlı missiya ilə iştirak edir, habelə Minsk Qrupunun həmsədrlərindən biridir.  Bu mandata bölgənin hansısa daxili məsələlərini tənzimləmək daxil deyil.  

İkincisi, Putin deyir, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Rusiya rəhbəri açıq şəkildə problemin həll olunduğunu söyləyir. O zaman Xankəndi, Əsgəran, Xocalı, Xocavənd, Ağdərə kimin ərazisidir? Azərbaycan bu rayonlardan imtina etdiyini bəyan etməyib. Üçtərəfli atəşkəs razılaşması sadəcə, hərbi əməliyyatların dayandırılmasını, 3 rayonun Azərbaycana qaytarılmasını və Rusiya sülhməramlılarının bölgəyə gətirilməsini nəzərdə tutur. Bakı daha sonra işğalda olan digər rayonların boşaldılacağını və Dağlıq Qarabağın bütünlüklə Azərbaycana qaytarılacağını gözləyir. Putinin dediklərindən belə çıxır ki, bu ərazilərin artıq Azərbaycana məxsus olduğunu qəbul etmir, öz nəzarətində olan anklav hesab edir. Eyni ilə Gürcüstana məxsus Cənubi Osetiya və Abxaziya problemlərində tutduğu mövqeyə uyğun yanaşmadır…

Beləliklə, razılaşmanın mürəkkəbi qurumamış Azərbaycan üçün mürəkkəb vəziyyət yaranıb. Rusiya hegemon mövqeyindən sui-sitifadə edib, Qarabağda bölgəsində öz bildiyini etməyə çalışır. Güman ki, qarşıda bizi işğaldan azad edilən Kəlbəcər, Laçın, Ağdam rayonları, Şuşa şəhəri ilə bağlı problemlər gözləyir. Rusiya Müdafiə Nazirliyinin yaydığı xəritədə bu rayonlara gedən yolların hamısının Rusiya sülhməramlılarının nəzarətində olacağı göstərilir. Xüsusən, Kəlbəcərə gedən əsas yol işğalda qalan Ağdərə ərazisindən keçir. Bu və ya başqa məsələlərin necə tənzimlənəcəyi hələlik məlum deyil.(pressklub) 

Turqut 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam